Əliyevin “Suriya ssenarisi”: Ermənistan


Digərləri 25 Yan 2024 11:24:00 139 0

Əliyevin “Suriya ssenarisi”: Ermənistan

Bu gün Əliyevin daha böyük ambisiyaları var və buna görə də Avropa platformalarını rədd edir. Əliyevin istədiyi isə çox aydındır, o, Azərbaycanın dövlət siyasətini həyata keçirir.

Son.az axar.az-a istinadən bildirir ki, bu sözləri erməni politoloq Suren Zolyan Azərbaycan Prezidenti İlham Əliyevin 1969-cu ilə qədər Azərbaycan torpaqlarının ermənilərə verilməsi, Zəngəzur dəhlizinin açılmayacağı təqdirdə Ermənistanla heç bir kommunikasiyanın olmayacağını, delimitasiya və demarkasiya üçün 1974-78-ci il xəritələrindən istifadəni rədd etməsi ilə bağlı 10 yanvar 2024-cü il yerli kanallara müsahibəsini şərh edərkən deyib.

O bildirib ki, Heydər Əliyev 1998-ci ildə Mart soyqırımı ilə bağlı 5 səhifəlik fərman imzalayıb:

"Həmin sənəddə Qərbi Azərbaycanla bağlı açıq şəkildə göstərilir ki, ermənilər 200 ildir dövləti olmadan soyqırım həyata keçirir, ruslardan istifadə edib, Azərbaycan torpaqlarında öz dövlətlərini qururlar. İlham Əliyev atasının bu fərmanına istinad edir, Qərbi Azərbaycan ideyasını həyata keçirir, Zəngəzur məsələsini, İrəvan xanlığının varisi olduqlarını gündəmə gətirir".

Zolyanın sözlərinə görə, İran yeganə dövlətdir ki, hazırda Azərbaycanın dövlət siyasətinin həyata keçirilməsində ciddi maneədir:

"Və müəyyən dərəcədə Rusiya da bu fikrin əleyhinədir, lakin bu, hazırda yalnız ekspertlər səviyyəsində nümayiş etdirilir. O ərazilərin hamısının İran torpaqları olduğu, Rusiyanın işğal etdiyi və nə İran, nə də Rusiyanın həmin ərazilərin Türkiyəyə keçməsini istəmədiyi... - təxminən belə bir konsensus var. Yəni bizim deyil, özlərinin maraqlarını güdürlər. Türkiyə istər-istəməz o reallığı nəzərə almalıdır, indi baxın, yeni "3+3" formatı formalaşır, əslində isə üç dövlət var, çünki Azərbaycan və Türkiyə bir vahiddir, Gürcüstan iştirak etmir: yəni təqribən Suriya məsələsində formalaşan İran-Türkiyə-Rusiya formatıdır. Bu məqamda Azərbaycanın planına əngəl törədən əsas ölkə İrandır, müəyyən dərəcədə isə Rusiya. Rusiya ilə çoxlu fikir ayrılığı olan Türkiyə Azərbaycanla razılaşır, amma bu, Əliyevin Qərbi Azərbaycanı "azad etmək" ideyasının tam həyata keçirilməsi deyil, sadəcə olaraq, üç dövlət arasında bölünmə ola bilər".

"Yəni demək istəyirsiniz ki, Ermənistan Türkiyə, İran və Rusiya arasında bölünməlidir" sualına isə Zolyan belə cavab verib:

"Gəlin Suriyaya baxaq, orada heç kim deməyib ki, bu ərazilər Türkiyəyə və ya İrana keçib - amma İran, Rusiya və ABŞ-ın nəzarətində olan çoxlu ərazilər var. Halbuki Suriya rəsmi olaraq beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mövcuddur. Düşünürəm ki, Ermənistanın timsalında Azərbaycanın "Suriya ssenarisi" daha çox ehtimal olunur. Yeri gəlmişkən, Azərbaycan dedikdə Azərbaycan və Türkiyəni bir olaraq nəzərdə tuturam".

O vurğulayıb ki, Əliyev bir dəfə də olsun Ermənistanın 29 min 800 kvadrat kilometr ərazisini tanıdığını bəyan etməyib:

"Bu da Əliyevin böyük ambisiyalarını sübut edir".

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Heydər Əliyev prospektində "protiv" gedən sürücü həbs edildi like
  • 25 Yan 11:23  
Digərləri Heydər Əliyev prospektində "protiv" gedən sürücü həbs edildi

Paytaxt ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən

arrow Ətraflı
Cennifer Lopez Paris Moda Həftəsinə DAMĞA VURDU – like
  • 25 Yan 11:18  
Şou-biznes Cennifer Lopez Paris Moda Həftəsinə DAMĞA VURDU –

Dünya pop musiqisinin ulduzu Cennifer Lopez Paris Moda Həftəsinə qatılıb.�

arrow Ətraflı
Neftimiz ucuzlaşdı like
  • 25 Yan 09:55  
Digərləri Neftimiz ucuzlaşdı

Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb.

arrow Ətraflı
İlk dəfə səs verəcək gənclərə bukletlər paylanır  FOTO like
  • 25 Yan 09:47  
Digərləri İlk dəfə səs verəcək gənclərə bukletlər paylanır FOTO

Azərbaycan Könüllü Təşkilatları İttifaqının seçki könüllüləri bö

arrow Ətraflı
Həkim ürəklə bağlı məşhur mifi təkzib etdi like
  • 25 Yan 07:54  
Digərləri Həkim ürəklə bağlı məşhur mifi təkzib etdi

Həkim və teleaparıcı Aleksandr Myasnikov deyib ki, məşhur inancın əksin�

arrow Ətraflı
Göygöldə avtomobil qəzası olub, yaralananlar var like
  • 25 Yan 07:51  
Digərləri Göygöldə avtomobil qəzası olub, yaralananlar var

Göygöl rayonunun Üçtəpə kəndi ərazisində yol-nəqliyyat hadisəsi zaman

arrow Ətraflı
Pentaqon: NATO Rusiya ilə münaqişəyə can atmır like
  • 25 Yan 07:49  
Dünya Pentaqon: NATO Rusiya ilə münaqişəyə can atmır

Şimali Atlantika Alyansı (NATO) Rusiyaya özünümüdafiəyə hazır olduğunu

arrow Ətraflı
Daha bir azərbaycanlı məşhurun “Instagram” səhifəsi oğurlandı like
  • 25 Yan 07:46  
Şou-biznes Daha bir azərbaycanlı məşhurun “Instagram” səhifəsi oğurlandı

Aktrisa Sevinc Əliyevanın "Instagram" səhifəsi oğurlanıb.

arrow Ətraflı
Bu yağları yeməyin, çox zərərlidir! like
  • 25 Yan 07:46  
Digərləri Bu yağları yeməyin, çox zərərlidir!

Son zamanlar Cənubi Asiya ölkələrində geniş yayılmış əridilmiş yağ v

arrow Ətraflı
"Başımıza oyun açırlar"  FOTOlar like
  • 25 Yan 05:05  
Şou-biznes "Başımıza oyun açırlar" FOTOlar

Son günlər dəb olan süni intelekt vasitəsilə foto hazırlamaq ənənəsin�

arrow Ətraflı
“Çılpaq gecə”nin təşkilatçısından külli miqdarda pul tələb edildi like
  • 25 Yan 04:04  
Şou-biznes “Çılpaq gecə”nin təşkilatçısından külli miqdarda pul tələb edildi

Moskvanın Taqanski Rayon Məhkəməsi  "çılpaq gecə"nin təşkila

arrow Ətraflı
Azərbaycanda qədim pullar bu qiymətə SATILIR  VİDEO like
  • 25 Yan 03:03  
Digərləri Azərbaycanda qədim pullar bu qiymətə SATILIR VİDEO

Satış platformalarında qədim pullar dəyərindən yüksək qiymətə təkl

arrow Ətraflı
Monika Belluççinin qızı sevgilisi ilə görüntüləndi  FOTOlar like
  • 25 Yan 02:02  
Şou-biznes Monika Belluççinin qızı sevgilisi ilə görüntüləndi FOTOlar

Dünya şöhrətli aktrisa Monika Belluççi və Vensan Kasselin 19 yaşlı qız

arrow Ətraflı
“Bu qədər pulun hara xərcləndiyini bilmirik” like
  • 25 Yan 01:29  
Dünya “Bu qədər pulun hara xərcləndiyini bilmirik”

"Vaşinqton Kiyevə ayrılan pulların hara xərcləndiyini bilmir".

arrow Ətraflı
Raulun qardaşı: Kamera görüntüsünə baxdım, biri qardaşımı tutur, o biri isə... like
  • 25 Yan 01:08  
Digərləri Raulun qardaşı: Kamera görüntüsünə baxdım, biri qardaşımı tutur, o biri isə...

Xəbər verdiyimiz kimi, dünən Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli

arrow Ətraflı