Bakıya qarşı hücum platforması: AŞPA ifşa edildi


Digərləri 24 Yan 2024 22:25:00 140 0

Bakıya qarşı hücum platforması: AŞPA ifşa edildi

Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Asambleyasında fəaliyyətini qeyri-müyyən müddətə dayandırdı. Bu addım AŞPA-da anti-Azərbaycan fəaliyyətə qarşı rəsmi Bakının adekvat həmləsidir. Çünki Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməkdən imtina ilə bağlı təklifin gündəmə gətirildiyi təşkilatda məqsəd Bakıya qarşı siyasi təzyiq planının icrasından başqa bir şey deyil.

Son.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı qeyd edib Baş verənlər fonunda Azərbaycan nümayəndə heyətinin qəbul etdiyi qərar doğru gedişdir.

Birincisi, AŞPA illərdir Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir və rəsmi Bakının əməkdaşlıqla bağlı bütün cəhdlərinə baxmayaraq, təşkilat haqsızlığından əl çəkmir;

İkincisi, bu təşkilat erməni lobbisi və anti-Azərbaycan şəbəkəsinin Bakıya qarşı hücum platformasına çevrilib;

Azərbaycan nümayəndə heyətinə qarşı atılan son addım isə artıq körpülərin yandırılması hesab edilə bilər. Və bütün bu təzyiqin kökündə iddia etdikləri "insan haqları" kimi amillərin yox, məhz Qarabağ məsələsinin dayandığı, məqsədin də erməni maraqlarının müdafiəsi və bu maraqlar naminə Azərbaycana təzyiq etmək olduğu bəllidir. AŞPA-nın Bakıya qarşı irəli sürdüyü "Qarabağdan erməni əhalisinin zorla çıxarılması" ittihamı təşkilatın məqsədini ifşa edir. Bunun fonunda sual yaranır: Ermənistanın 30 il ərzində apardığı işğal siyasətini görməyən, hətta bir çox hallarda işğalçıya dəstək verən, torpaqlarımızda işğala son qoyulduqdan sonra isə rəsmi Bakıya qarşı hücuma keçən bir təşkilatda təmsil olunmaq Azərbaycana lazımdırmı?!

Xeyr, çünki AŞPA son addımları ilə ikiüzlülüyünü ortaya qoydu.

Azərbaycan nümayəndə heyətinin bəyanatında yer alan faktlar bunun ispatıdır:

- Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda insan haqlarını və qanunun aliliyini müdafiə etmək məqsədi daşıyan bu təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən hərbi təcavüzə və işğala məruz qalması nəticəsində hüquqları pozulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının bərpasında Azərbaycana kömək edəcəyi və beləliklə regionda davamlı sülhün əldə olunması naminə ədalətin öz yerini tutacağı barədə səmimi bir ümid və gözlənti var idi. Bu ümidlər nətixə vermədi.

- 2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində AŞPA işğalçı dövlətdən - Ermənistandan Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab verməyi tələb etməyib. Etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan haqlarına qarşı açıq-aşkar hörmətsizlik edilib.

- 20 ilə yaxın müddətdə Azərbaycan nümayəndə heyəti erməni işğalının ağır nəticələrini gündəmə gətirərkən deyirdilər ki, AŞPA münaqişə ilə bağlı məsələlərin müzakirəsi üçün düzgün format deyil. İndi isə həmin AŞPA və həmin deputatlar bunun əksini deyir və Azərbaycana hücum etmək üçün heç bir fürsəti əldən vermirlər. Beynəlxalq hüququn selektiv şərhi, dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərə fərqli yanaşma bu biabırçı təklifin müəlliflərinin rüsvayçı və ikiüzlü xarakterini nümayiş etdirir.

- AŞPA-dan bəzi üzv dövlətləri hədəfə almaq üçün platforma kimi istifadə olunur. Müəyyən qərəzli qruplar AŞPA-nın əsas prinsiplərindən öz dar maraqlarının təmini məqsədilə sui-istifadə edirlər. AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm hökm sürən praktikaya çevrilib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinə etiraz etmək təşəbbüsü də bu çirkin kampaniyanın tərkib hissəsidir.

Azərbaycanda AŞPA-ya 23 il dözüb və bu illər ərzində təkcə beynəlxalq hüququn aliliyinin qorunması istiqamətində yox, həm də təşkilat daxilindəki maraqlı qrupların ədalətsizliyinə qarşı mübarizə aparmalı olub. İllərdir erməni işğalını gündəmə gətirməkdən imtina edən AŞPA-nın bu gün Qarabağdan danışması, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasına qarşı çıxması bu təşkilatın öz prinsiplərindən uzaqlaşdığı, ümumiyyətlə praktiki fəaliyyətini maraq qruplarının istəkləri üzərində qurduğunu göstərir. Azərbaycana qarşı qərəzli kampaniyanın məhz indi - seçki ərəfəsində edilməsi də maraq qruplarının sifarişindən başqa bir şey deyil. Məqsəd seçki mühitini pozmaq, seçkilərin demokratik prinsiplərə uyğun keçirilməsinə kölgə salmaqdır.

Azərbaycan nümayəndə heyətinin maraq qrupların əlində oyuncağa çevrilən AŞPA-da fəaliyyətini dondurmaq qərarı əslində bütün bu ədalətsizliyə qarşı atılan addımdır. Bu qərardan Azərbaycan yox, AŞPA-nın özü itirəcək.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Elşənin Batumi gəzintisi like
  • 24 Yan 22:20  
Şou-biznes Elşənin Batumi gəzintisi

"Fəlakət" obrazı ilə tanınan Elşən Orucov  istirahətə yollan

arrow Ətraflı
Qara görə elektrik kəsildi like
  • 24 Yan 22:18  
Digərləri Qara görə elektrik kəsildi

Cəlilabad rayonunda güclü qar elektrik təsərrüfatında ciddi fəsadlar yar

arrow Ətraflı
Azərbaycanda ödəniş və elektron pul təşkilatları kredit verə biləcək like
  • 24 Yan 22:15  
Digərləri Azərbaycanda ödəniş və elektron pul təşkilatları kredit verə biləcək

"Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən f

arrow Ətraflı
Bu ölkələrin təhlükəsizliyi bizim təhlükəsizliyimizdir like
  • 24 Yan 22:10  
Dünya Bu ölkələrin təhlükəsizliyi bizim təhlükəsizliyimizdir

Türkiyəni təhdid edən və bölgənin digər ölkələrindəki terror təşki

arrow Ətraflı
Bakının AŞPA qərarına Kılıçdan reaksiya like
  • 24 Yan 22:05  
Dünya Bakının AŞPA qərarına Kılıçdan reaksiya

Yaxşı yadımdadır, AŞPA-da Azərbaycan nümayəndə heyətinə o vaxt Milli

arrow Ətraflı
"Qarabağda sülhməramlıların yerləşdirilməsinin İrəvana aidiyyəti yoxdur" like
  • 24 Yan 22:03  
Digərləri "Qarabağda sülhməramlıların yerləşdirilməsinin İrəvana aidiyyəti yoxdur"

Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi məsələsi Erməni

arrow Ətraflı
Halitin serialında onlar da rol alacaq like
  • 24 Yan 22:00  
Şou-biznes Halitin serialında onlar da rol alacaq

"Adsız aşıklar" serialında rol alacaq aktyorların kimliyi bəlli

arrow Ətraflı
Türkiyə parlamenti İsveçin NATOya üzvlüyünü ratifikasiya edib like
  • 24 Yan 06:15  
Dünya Türkiyə parlamenti İsveçin NATOya üzvlüyünü ratifikasiya edib

Türkiyə Böyük Millət Məclisi İsveçin NATO-ya üzv olmaq barədə müraci

arrow Ətraflı
Azərbaycan polisi üçün böyük problemə çevrilən bakılı like
  • 24 Yan 06:06  
Kriminal Azərbaycan polisi üçün böyük problemə çevrilən bakılı

1960-cı illərin ikinci yarısında bakılı kriminal avtoritetin qızı Aslanx

arrow Ətraflı
Zelenskinin bu qərarı dünya müharibəsini başladacaq like
  • 23 Yan 09:24  
Dünya Zelenskinin bu qərarı dünya müharibəsini başladacaq

Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiyanın ukraynalıların məskunlaşd

arrow Ətraflı
Bakıda 34 yaşlı qadın faciəvi şəkildə öldü like
  • 23 Yan 09:19  
Digərləri Bakıda 34 yaşlı qadın faciəvi şəkildə öldü

Bakıda 34 yaşlı qadın dəm qazından boğulub.

arrow Ətraflı
Türkiyənin növbəti kosmik hədəfi nədir? like
  • 23 Yan 08:36  
Dünya Türkiyənin növbəti kosmik hədəfi nədir?

Xəbər verdiyimiz kimi, ilk türkiyəli astronavt Alper Gezeravcı yanvarın 19

arrow Ətraflı
Kreml və Tehran haqda proznoz: Bakı hazırlaşmalıdır like
  • 23 Yan 08:28  
Dünya Kreml və Tehran haqda proznoz: Bakı hazırlaşmalıdır

Dünya 2034-cü ildə necə olacaq? ABŞ-ın "Atlantic Council" beyin

arrow Ətraflı
Şabranda əməliyyatlar zamanı 2 nəfər saxlanılıb like
  • 23 Yan 08:23  
Digərləri Şabranda əməliyyatlar zamanı 2 nəfər saxlanılıb

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitəl

arrow Ətraflı
Seysmoloq: Azərbaycanda güclü zəlzələ olacaq like
  • 23 Yan 06:30  
Digərləri Seysmoloq: Azərbaycanda güclü zəlzələ olacaq

Bu il superaktiv il olacaq, zəlzələlər baş verəcək, həmçinin palçıq v

arrow Ətraflı