Türkiyənin növbəti kosmik hədəfi nədir?


Dünya 23 Yan 2024 08:36:00 164 0

Türkiyənin növbəti kosmik hədəfi nədir?

Xəbər verdiyimiz kimi, ilk türkiyəli astronavt Alper Gezeravcı yanvarın 19-u Türkiyə saatı ilə 00:49-da kosmosa yola salınıb. Astronavt Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq. Kosmosa səyahət nəticəsində 13 fərqli elmi təcrübə aparılacaq. 

Bəs, Türkiyənin növbəti kosmik hədəfi nədir?

Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə artıq Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Türkiyənin növbəti kosmos gündəmində yeni layihələr yer alır. Hədəf isə əsasən Ayla bağlı layihələrdir. Belə ki, ilk kosmik gəminin 2026-cı ildə Aya göndərilməsi planlaşdırılır.

Ayı orbitdən tədqiq etmək və Ay səthinə enmək üçün istifadə ediləcək kosmik gəmi milli imkanlarla istehsal olunacaq. Bundan əlavə, yeni nəsil peyklərin inkişafı sahəsində dünya ilə rəqabət apara biləcək kommersiya brendinin yaradılması barədə də müzakirələr aparılır. 

Həmçinin, kosmos gündəliyinə bir çox peyk və raket layihələri də əlavə olunacaq.

Türkiyənin regional yerləşdirmə və zamanlama sisteminin inkişaf etdirilməsi, kosmosa çıxışın təmin edilməsi və kosmos limanının fəaliyyətinin qurulması, kosmik hava və ya meteorologiya sahəsinə investisiya yatırılması və bu sahədə səlahiyyətlərin artırılması əsas məqsədlər arasındadır.

Qeyd olunub ki, indiyə kimi BILSAT, RASAT, Göktürk-1 və Göktürk-2 peykləri, İMECE peyki, TÜRKSAT 3A, 4A, 4B, 5A və 5B peykləri kosmosa göndərilib. İndi isə ilk yerli rabitə peyki olan TÜRKSAT 6A-nın yaxın vaxtlarda kosmosa göndərilməsi planlaşdırılır. Beləliklə, Türkiyə dünyada rabitə peykləri istehsal edən ölkələr sırasında yer alacaq.

Xatırladaq ki, Gezeravcı stansiyadakı missiyası zamanı kosmosdan Bakı, Konya, Ankara, İstanbul və Çanaqqalanın fotolarını çəkəcək. 

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Kreml və Tehran haqda proznoz: Bakı hazırlaşmalıdır like
  • 23 Yan 08:28  
Dünya Kreml və Tehran haqda proznoz: Bakı hazırlaşmalıdır

Dünya 2034-cü ildə necə olacaq? ABŞ-ın "Atlantic Council" beyin

arrow Ətraflı
Şabranda əməliyyatlar zamanı 2 nəfər saxlanılıb like
  • 23 Yan 08:23  
Digərləri Şabranda əməliyyatlar zamanı 2 nəfər saxlanılıb

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitəl

arrow Ətraflı
Seysmoloq: Azərbaycanda güclü zəlzələ olacaq like
  • 23 Yan 06:30  
Digərləri Seysmoloq: Azərbaycanda güclü zəlzələ olacaq

Bu il superaktiv il olacaq, zəlzələlər baş verəcək, həmçinin palçıq v

arrow Ətraflı
İctimai xadimin kiçik oğlu vəfat etdi like
  • 23 Yan 01:19  
Dünya İctimai xadimin kiçik oğlu vəfat etdi

Amerikalı ictimai xadim və fəal Martin Lüter Kinqin kiçik oğlu və üçün

arrow Ətraflı
Qadın seksuallığını artıran qidalar like
  • 23 Yan 01:01  
Digərləri Qadın seksuallığını artıran qidalar

Düzgün qidalanma qadınlarda ehtirası artıra bilər. 

arrow Ətraflı
Oğurluq avtomobilləri Azərbaycana göndərmək istəyən qruplaşma üzvləri həbs edildi like
  • 23 Yan 00:51  
Dünya Oğurluq avtomobilləri Azərbaycana göndərmək istəyən qruplaşma üzvləri həbs edildi

Kanadada oğurluq avtomobilləri Azərbaycan və Gürcüstana göndərmək istə

arrow Ətraflı
Türkiyə çimərliklərində tapılan meyitlərlə bağlı açıqlama... like
  • 23 Yan 00:24  
Dünya Türkiyə çimərliklərində tapılan meyitlərlə bağlı açıqlama...

Türkiyənin daxili işlər naziri Əli Yerliqaya Türkiyənin çimərliklərind

arrow Ətraflı
Hacıqabulda yük maşınları toqquşub, ölən var like
  • 23 Yan 00:17  
Digərləri Hacıqabulda yük maşınları toqquşub, ölən var

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib, sürücü ölüb.

arrow Ətraflı
Dəhşətli zəlzələ böyük qorxu yaşatdı: küçələr insanla doludur like
  • 23 Yan 00:08  
Dünya Dəhşətli zəlzələ böyük qorxu yaşatdı: küçələr insanla doludur

Xəbər verdiyimiz kimi, Çin və Qırğızıstan sərhədində 7 bal gücündə

arrow Ətraflı
Günün qoroskopu: baş verən hadisələri diqqətlə izləyin like
  • 23 Yan 00:01  
Digərləri Günün qoroskopu: baş verən hadisələri diqqətlə izləyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Ukraynadan Rusiya ilə bağlı şok: 50 il müddətinə... like
  • 22 Yan 23:48  
Dünya Ukraynadan Rusiya ilə bağlı şok: 50 il müddətinə...

Ukrayna Rusiya ilə bütün nəqliyyat əlaqələrini 50 il müddətinə qadağa

arrow Ətraflı
Mebel sexindəki dəhşətli partlayışda həlak olan qazinin FOTOsu like
  • 22 Yan 15:23  
Digərləri Mebel sexindəki dəhşətli partlayışda həlak olan qazinin FOTOsu

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən mebel sexində yanvarın 15-d�

arrow Ətraflı
Ukrayna ordusu Donetskdəki bazarı vurdu: like
  • 21 Yan 14:22  
Dünya Ukrayna ordusu Donetskdəki bazarı vurdu:

Ukrayna ordusu Donetsk şəhərinə raket zərbələri endirib.

arrow Ətraflı