Azərbaycanda xəstələrin sığorta hesabına dərmanla təminatı başlayır


Digərləri 14 Yan 2024 00:16:00 229 0

Azərbaycanda xəstələrin sığorta hesabına dərmanla təminatı başlayır

Azərbaycanda ambulator müalicə alanların dərmanla təminatına başlanılacaq. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev bildirib. Agentlik sədri vurğulayıb ki, ambulator müalicədə resept əsasında yazılan bəzi dərman vasitələrinin sığorta hesabına qarşılanması nəzərdə tutulur. Yəni vətəndaşlar pulsuz müayinə ilə yanaşı, dərmanlarını da apteklərdən dövlət hesabına təmin edə biləcəklər. Bəs mexanizm necə olacaq? İlk hansı dərmanların təminatına başlanılacaq?

Son.az xəbər verir ki, kaspi.az qəzeti mövzu ilə bağlı məqalə dərc edib:

Hansı dərmanlar pulsuz veriləcək?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən "Kaspi" qəzetinə verilən məlumata görə, tibbi sığorta çərçivəsində ambulator müalicədə resept əsasında yazılan ürək-damar, həzm və tənəffüs sistemi xəstəlikləri ilə bağlı dərman vasitələrinin mərhələli şəkildə təminatı nəzərdə tutulub. Proses hazırda layihə şəklində hazırlanıb, razılaşdırılma üçün aidiyyəti qurumlara təqdim edilib. Həmçinin vətəndaşların dərmanlarla təmin edilməsi məqsədilə apteklərlə müqavilələrin bağlanılması, dərman vasitələrinin pozitiv siyahısının hazırlanması nəzərdə tutulub.

Maraqlıdır, dəfələrlə dərman qiymətlərindən şikayətləndiyimiz apteklər bu mexanizmə hazırdırlarmı? 

Vacib dərmanların əksəriyyətini özümüz istehsal edəcəyik

Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının sədri Azər Xudiyev deyir ki, bu xidməti yüksək səviyyədə yerinə yetirmək üçün dövlətin imkanları var: "Artıq o mərhələ çatıb ki, ödənişsiz dərman təchizatını təmin edək. Gələcəkdə böyük çeşid dərman istehsalı planlaşdırılır. Düşünürəm ki, vacib dərmanlar siyahısının 80-90 faizini Azərbaycan özü istehsal edəcək və dövriyyəyə buraxacaq".

Prosesin necə olacağına gəldikdə isə, həmsöhbətimiz düşünür ki, xidməti bütün apteklər verməyəcək: "Dövlət təminatı varsa, özəl və dövlət münasibətləri formalaşırsa, orada hansısa razılaşdılırmış qaydalar olmalıdır. Dövlətin təyin etdiyi xüsusi dərman siyahıları ola bilər və dərmanlar da protokollar əsasında təyin edilə bilər".

Burada xəstəyə dərman siyahısı təqdim edilmir

Bəs xarici təcrübə necədir? Ambulator müalicə alanlar pulsuz dərmanlardan necə faydalanırlar?

Türkiyədə çalışan ortopediya və travmatologiya mütəxəssisi, uzman həkim İdrak Məmmədov deyir ki, bu ölkədə insanlar sığorta vəziyyətinə görə 3 qrupa bölünürlər. Onların böyük qismi dövlət sığortalı, bir qismi özəl sığortalı, digərləri isə sığortasız olur. Amma bu bölgü uşaqlara aid deyil. Qardaş ölkədə bütün uşaqlar dövlət sığortalıdır: "Dövlət sığortalı xəstənin də istər özəl, istər dövlət tibb müəssisəsində xəstəxanaya daxil olma şərti eynidir. Burada uzun illərdir ki, elektron reseptlər yazılır. Reseptdə elektron imza olmasa, keçərli deyil. Üstəlik, xəstəyə bizdəki kimi dərman siyahısı yazılıb təqdim edilmir. Ona ancaq resept barkodu, şifrə təqdim olunur. Bu şifrə sistemdə görünür. Əgər xəstənin telefon nömrəsi də SGK (Sosial Güvənlik Kurumu) tərəfindən təsdiqlənibsə, xəstəyə bununla bağlı mesaj gedir. Xəstə bu şifrə ilə aptekə gedir, şəxsiyyət vəsiqəsi ilə dərmanlarını alır". 

Dərmanın qiyməti 200 manatdırsa, xəstə 20 manat ödəyir

Türkiyədə xəstə dərman qiymətinin minimum 10, maksimum 20 faizini ödəyir. Uzman həkimin sözlərinə görə, bəzi dərmanlar da var ki, onlar tam ödənişsizdir: "Reseptin özəl və ya dövlət xəstəxanasında yazılmasının fərqi yoxdur. Məsələn, xəstənin bütün dərmanlarının qiyməti 200 manatdırsa, o, bunun üçün minimum 10, maksimum 20 manat ödəyir. Digər 180 manatı sığorta tərəfindən qarşılanır. Amma sığortanın tam qarşılamadığı dərmanlar da var. SGK-nın siyahısında olmayan çox az qrup dərmanlar var ki, onların pulu dövlət tərəfindən ödənilmir. Bununla yanaşı, xəstənin tam ödənişsiz aldığı dərmanlar da var. Hansı ki, xəstə bu dərmanı qəbul etməyə məcburdur. Məsələn, şəkərli diabet, ömür boyu təzyiqlə mübarizə aparan xəstələrin dərmanları pulsuzdur. Bu xəstələr üçün xüsusi hesabat hazırlanır, qeyd olunur ki, xəstə bu dərmandan üç yaxud beş il istifadə etməlidir. Bu, sistemdə aktiv olur və xəstə istənilən vaxt, tam pulsuz yararlanır. Elektron reseptlərin qüvvədə qalma müddəti isə üç gündür".

Müayinə başlanğıcdır, nəticə isə...

Bu layihənin xəstələr üçün əhəmiyyətinə gəldikdə isə, həkim vurğulayır ki, nəinki xəstələr, bu, həkimlər üçün də olduqca əhəmiyyətlidir: "Xəstə xəstəxanaya tək müayinə üçün deyil, müalicə olunmaq üçün gedir. İcbari tibbi sığorta müayinələri pulsuz edir. Amma müayinə başlanğıcdır. Nəticə reseptdir, müalicədir. O baxımdan müalicənin də pulsuz olması həm xəstə, həm də həkimlər üçün önəmlidir".

Reseptlər aptekdə toplanır, sığorta şirkətinə göndərilir

Almaniyada həkim kimi fəaliyyət göstərən Etibar Rzalı deyir ki, Almaniyada həkimin yazdığı resept xəstəyə verilmir. Bununla da sui-istifadə hallarının qarşısı alınır: "Burada yalnız resept yazmaq hüququ olan həkimin yazdığı reseptlə dərmanları almaq mümkündür. Sistem həkimlər tərəfindən yazılan birdəfəlik reseptlərlə idarə olunur. Reseptlər aptekdə toplanır, sığorta şirkətinə göndərilir. Təbii ki, Almaniyada da bütün dərmanlar siyahıda yoxdur".

Həkimlər aptekdəki "stok"ları görə bilirlər

Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının sədri Azər Xudiyev Norveç və Danimarka təcrübəsini bizimlə bölüşür. Mütəxəssis bildirir ki, həkimlər dərman təyin etdikdə brendin adına görə deyil, tərkibinə əsaslanan dərmanları təyin edirlər. Xəstə yaşadığı yerə uyğun aptekdən dərmanlarını ala bilir: "Skandinaviya ölkələrində hər bir xəstəni təyinatı üzrə aptekə yönəldirlər. Çünki aptekdə həmin çeşidin olması önəmlidir. Xəstə məmnuniyyəti təmin edilməlidir. Həkimlər aptekdəki stokları görə bilir, ona uyğun seçim edə bilirlər".

Azərbaycanda bu layihənin necə aparılacağı hələ müzakirə mərhələsindədir. İcbari Tibbi Sığorta Agentliyindən bildirilib ki, layihə təsdiq olunduqdan sonra ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Amazon meşələrində 2,5 min illik yaşayış məskənləri aşkarlanıb like
  • 14 Yan 00:12  
Dünya Amazon meşələrində 2,5 min illik yaşayış məskənləri aşkarlanıb

Alimlər Ekvadorun Amazon meşələrində azı 2,5 min il əvvəl salınmış ya

arrow Ətraflı
Paşinyan İlham Əliyevə “iki təkliflə” cavab verdi like
  • 14 Yan 00:05  
Digərləri Paşinyan İlham Əliyevə “iki təkliflə” cavab verdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevin müsahibə

arrow Ətraflı
Günün qoroskopu: İstirahəti qulaqardına vurmayın like
  • 14 Yan 00:01  
Digərləri Günün qoroskopu: İstirahəti qulaqardına vurmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
2024cü ildə bu 10 ŞEYİ ETMƏYİN like
  • 13 Yan 23:58  
Digərləri 2024cü ildə bu 10 ŞEYİ ETMƏYİN

Bu il etməməli olduğunuz bəzi şeylər var. Çünki onlar həyatınıza təs

arrow Ətraflı
Enginlə Alperen eyni layihədə like
  • 13 Yan 23:50  
Şou-biznes Enginlə Alperen eyni layihədə

Türkiyəli aktyorlar Alperen Duymazla Engin Öztürk eyni layihədə yer alacaq

arrow Ətraflı
Bakıda qar avtomobillərin hərəkətinə çətinlik yaratdı like
  • 13 Yan 23:43  
Digərləri Bakıda qar avtomobillərin hərəkətinə çətinlik yaratdı

Bakıya və Azərbaycanın digər ərazilərinə daxil olan soyuq hava kütləl�

arrow Ətraflı
"Təhsili olan efirdə markadan danışmaz" like
  • 13 Yan 22:54  
Şou-biznes "Təhsili olan efirdə markadan danışmaz"

"Xalqın musiqi zövqünü formalaşdıran televiziyadır. Bəzən müğən

arrow Ətraflı
Dünya xalqlarının inanılmaz yeni il adətləri like
  • 13 Yan 22:50  
Digərləri Dünya xalqlarının inanılmaz yeni il adətləri

Rusiyada Yeni il ərəfəsində əziz bir arzunu kağıza yazmaq, yandırmaq, k�

arrow Ətraflı
Şamaxının bəzi kəndlərinə güclü qar yağır like
  • 13 Yan 22:47  
Digərləri Şamaxının bəzi kəndlərinə güclü qar yağır

Azərbaycanın əksər bölgələrinə yağan güclü qar Şamaxının bəzi kə

arrow Ətraflı
Zəngilanın əksər yerləri ağ örpəyə bürünüb like
  • 13 Yan 22:42  
Digərləri Zəngilanın əksər yerləri ağ örpəyə bürünüb

Rayonun Ağalı kəndində qarın yaratdığı mənzərə daha cəlbedicidir.

arrow Ətraflı
2024cü ildə varlanmaq istəyənlər üçün: Ekspert qızıl qaydaları açıqladı like
  • 13 Yan 22:20  
Digərləri 2024cü ildə varlanmaq istəyənlər üçün: Ekspert qızıl qaydaları açıqladı

Biznes təlimçisi, psixoloq və motivator Alina Malinina yeni ildə maliyyə sa

arrow Ətraflı
Tanınmış oftalmoloq "Milyonların şousu"nda böyük məbləğ uddu like
  • 13 Yan 22:12  
Digərləri Tanınmış oftalmoloq "Milyonların şousu"nda böyük məbləğ uddu

İctimai TV-nin efirində yayımlanan "Milyonların şousu"nda böyük

arrow Ətraflı
Bələdiyyədən göyərçinlərə yem verən qadına qarşı İNANILMAZ ADDIM like
  • 13 Yan 22:00  
Digərləri Bələdiyyədən göyərçinlərə yem verən qadına qarşı İNANILMAZ ADDIM

Tenerife adasında bələdiyyə küçədə göyərçin bəsləyən qadını cər

arrow Ətraflı
Evi və ya mənzili kifdən qoruyan TƏBİİ VASİTƏ like
  • 13 Yan 21:50  
Digərləri Evi və ya mənzili kifdən qoruyan TƏBİİ VASİTƏ

Süfrə sirkəsi əlavə xərc çəkmədən evinizdə və ya mənzilinizdə kifd

arrow Ətraflı