Paşinyan İlham Əliyevə “iki təkliflə” cavab verdi


Digərləri 14 Yan 2024 00:05:00 186 0

Paşinyan İlham Əliyevə “iki təkliflə” cavab verdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevin müsahibəsində toxunduğu məsələlərə lideri olduğu partiyanın toplantısında münasibət bildirib.

Son.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

"Birincisi, Paşinyan dəhliz barədə danışarkən deyib ki, Ermənistanın İran kimi eyni şərtlərlə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini təmin etməyə hazırdır. Bu hiyləgər açıqlamadır. Yəni Paşinyan demək istəyib ki, İranın sərhəd və gömrük xidməti Naxçıvana keçmək istəyən Azərbaycan vətəndaşlarını yoxlayacaqlarsa, eyni hüquqa Ermənistan da malik olmalıdır. Azərbaycan Zəngəzur dəhlizi uzandığına görə alternativ marşrut olaraq İran variantını seçmək məcburiyyətində qalıb. Prezident İlham Əliyev müsahibəsində açıq deyib ki, Zəngəzur dəhlizi olmasa Ermənistanla heç bir sərhəd məntəqəsi açılmayacaq. Seçim Paşinyanındır. İranla bağlı oxşar tələbimiz yoxdur, əksinə, iki ölkə arasında sərhəd keçid məntəqələrinin sayı artıb.

İkincisi, Paşinyan İlham Əliyevin "Azərbaycan Ermənistanın silahlanmasına seyrçi qalmayacaq" açıqlamasına belə münasibət bildirib ki, əgər rəsmi Bakı narahatdırsa, iki ölkə bir-birinin silahlanmasına qarşılıqlı şəkildə nəzarətinə dair saziş imzalasın. Nikol Paşinyan İkinci Qarabağ müharibəsinin nəticəsini unudub. Qalib ölkə ilə məğlub ölkə arasında fərq ondadır ki, ikinci birinciyə şərt diktə edə bilməz. Digər tərəfdən İlham Əliyev Ermənistana yalnız hücum xarakterli silah və hərbi texnika almaqla bağlı xəbərdarlıq edib. Ancaq Nikol Paşinyanın açıqlamasından hiss olunur ki, o, İlham Əliyevin hücum xarakterli silahların alınması xəbərdarlığını diqqətə alıb.

Üçüncüsü, Nikol Paşinyan çıxışında bəzi xarici və daxili qüvvələrin Ermənistanla Azərbaycan arasında davamlı sülhün bərqərar olmasını istəmədiyini deyib. Bu məsələdə Paşinyan haqlıdır, sadəcə baş nazir konkret ünvanın adını çəkməkdən ehtiyat edib. Paşinyan "daxili qüvvələr" dedikdə Qarabağ klanını, "xarici qüvvələr" dedikdə isə yaxın tərəfdaşı Parisi və ya Vaşinqtonu deyil, böyük ehtimalla Moskvadakı dairələri nəzərdə tutub. Paşinyan xarici qüvvələrin iki ölkə arasında sülhün əldə olunmasını istəmədikləri qənaətindədirsə, onda İlham Əliyevin "təminatçı dövlətlərə ehtiyac yoxdur" yanaşmasını qəbul etməlidir", - politoloq vurğulayıb.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Günün qoroskopu: İstirahəti qulaqardına vurmayın like
  • 14 Yan 00:01  
Digərləri Günün qoroskopu: İstirahəti qulaqardına vurmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
2024cü ildə bu 10 ŞEYİ ETMƏYİN like
  • 13 Yan 23:58  
Digərləri 2024cü ildə bu 10 ŞEYİ ETMƏYİN

Bu il etməməli olduğunuz bəzi şeylər var. Çünki onlar həyatınıza təs

arrow Ətraflı
Enginlə Alperen eyni layihədə like
  • 13 Yan 23:50  
Şou-biznes Enginlə Alperen eyni layihədə

Türkiyəli aktyorlar Alperen Duymazla Engin Öztürk eyni layihədə yer alacaq

arrow Ətraflı
Bakıda qar avtomobillərin hərəkətinə çətinlik yaratdı like
  • 13 Yan 23:43  
Digərləri Bakıda qar avtomobillərin hərəkətinə çətinlik yaratdı

Bakıya və Azərbaycanın digər ərazilərinə daxil olan soyuq hava kütləl�

arrow Ətraflı
"Təhsili olan efirdə markadan danışmaz" like
  • 13 Yan 22:54  
Şou-biznes "Təhsili olan efirdə markadan danışmaz"

"Xalqın musiqi zövqünü formalaşdıran televiziyadır. Bəzən müğən

arrow Ətraflı
Dünya xalqlarının inanılmaz yeni il adətləri like
  • 13 Yan 22:50  
Digərləri Dünya xalqlarının inanılmaz yeni il adətləri

Rusiyada Yeni il ərəfəsində əziz bir arzunu kağıza yazmaq, yandırmaq, k�

arrow Ətraflı
Şamaxının bəzi kəndlərinə güclü qar yağır like
  • 13 Yan 22:47  
Digərləri Şamaxının bəzi kəndlərinə güclü qar yağır

Azərbaycanın əksər bölgələrinə yağan güclü qar Şamaxının bəzi kə

arrow Ətraflı
Zəngilanın əksər yerləri ağ örpəyə bürünüb like
  • 13 Yan 22:42  
Digərləri Zəngilanın əksər yerləri ağ örpəyə bürünüb

Rayonun Ağalı kəndində qarın yaratdığı mənzərə daha cəlbedicidir.

arrow Ətraflı
2024cü ildə varlanmaq istəyənlər üçün: Ekspert qızıl qaydaları açıqladı like
  • 13 Yan 22:20  
Digərləri 2024cü ildə varlanmaq istəyənlər üçün: Ekspert qızıl qaydaları açıqladı

Biznes təlimçisi, psixoloq və motivator Alina Malinina yeni ildə maliyyə sa

arrow Ətraflı
Tanınmış oftalmoloq "Milyonların şousu"nda böyük məbləğ uddu like
  • 13 Yan 22:12  
Digərləri Tanınmış oftalmoloq "Milyonların şousu"nda böyük məbləğ uddu

İctimai TV-nin efirində yayımlanan "Milyonların şousu"nda böyük

arrow Ətraflı
Bələdiyyədən göyərçinlərə yem verən qadına qarşı İNANILMAZ ADDIM like
  • 13 Yan 22:00  
Digərləri Bələdiyyədən göyərçinlərə yem verən qadına qarşı İNANILMAZ ADDIM

Tenerife adasında bələdiyyə küçədə göyərçin bəsləyən qadını cər

arrow Ətraflı
Evi və ya mənzili kifdən qoruyan TƏBİİ VASİTƏ like
  • 13 Yan 21:50  
Digərləri Evi və ya mənzili kifdən qoruyan TƏBİİ VASİTƏ

Süfrə sirkəsi əlavə xərc çəkmədən evinizdə və ya mənzilinizdə kifd

arrow Ətraflı
Dünyada ən çox bu avtomobillər satılır like
  • 13 Yan 21:40  
Digərləri Dünyada ən çox bu avtomobillər satılır

Dünyada ən çox satılan avtomobillər açıqlanıb.

arrow Ətraflı
Şamaxıİsmayıllı yolunda hazırkı vəziyyət like
  • 13 Yan 21:38  
Digərləri Şamaxıİsmayıllı yolunda hazırkı vəziyyət

Xəbər verdiyimiz kimi, Şamaxı-İsmayıllı yolunu buz bağlaması səbəbind

arrow Ətraflı