Prezident seçkiləri ilə bağlı media üçün təlim keçirilib


Digərləri 12 Yan 2024 12:47:00 152 0

Prezident seçkiləri ilə bağlı media üçün təlim keçirilib

Mərkəzi Seçki Komissiyası (MSK) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə yanvarın 12-də "Prezident seçkilərində medianın rol və vəzifələri" mövzusunda praktiki seminar keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, media nümayəndələrinin prezident seçkilərində məlumatlılığının artırılması və fəaliyyətlərinin səmərəliliyinin daha da yüksəldilməsi məqsədilə təşkil olunan tədbirdə MSK və MEDİA rəsmiləri ilə yanaşı, 20 media subyektinin nümayəndələri iştirak edib.

Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli seçki prosesi ilə bağlı məlumatların ictimaiyyətə düzgün və effektiv çatdırılmasının vacibliyini vurğulayıb, bu məsuliyyətli işdə media subyektlərinin üzərinə böyük vəzifə düşdüyünü deyib. O, media nümayəndələri ilə məlumat mübadiləsinin aparılması və peşəkar media fəaliyyətinin təşkili ilə əlaqədar seminarın jurnalistlər üçün faydalı olacağını qeyd edib.

Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazov Azərbaycan Respublikasının Konstitusiyasında əsas insan hüquq və azadlıqlarından biri kimi təsbit olunan seçki hüququnun nəzəri aspektləri, mənsubiyyəti və realizə imkanlarından danışıb. O vurğulayıb ki, Seçki Məcəlləsi seçkilərin hazırlanıb keçirilməsi prosesində və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasında müxtəlif statuslu seçki subyektlərinə münasibətdə rol və vəzifələr müəyyən edib.

Media subyektləri də istər seçki prosesində aşkarlığın və şəffaflığın təşəkkül tapmasında, istərsə də seçkiqabağı təşviqat mərhələsində və səsvermə günü öz peşə fəaliyyətlərini yerinə yetirərkən seçki qanunvericiliyinin tələblərinə dəqiqliklə riayət etməlidirlər. MSK nəzdində fəaliyyət göstərən və əsasən jurnalistlərdən ibarət olan Mətbuat qrupu mediada seçkiqabağı təşviqat üçün Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalara riayət olunmasına nəzarəti həyata keçirir.

Seminarda daha sonra MSK Katibliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Şahin Əsədli seçkilərin mediada işıqlandırılması, ən mühüm mərhələlərdən biri olan seçkiqabağı təşviqatla bağlı qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətlər, seçkiqabağı təşviqatı aparmaq hüququna malik olan subyektlər, habelə səsvermə günü prosedurları barədə təqdimat keçirib.

Bildirib ki, Prezident seçkilərində qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, eləcə də namizədi qeydə alınmış siyasi partiyaların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri qanunla qadağan edilməyən forma və üsullarını müstəqil müəyyənləşdirməklə, azad və sərbəst şəkildə seçkiqabağı təşviqat aparmaq hüququna malikdirlər.

Şahin Əsədli tədbirdə, həmçinin seçki günü prosedurları ilə bağlı praktiki məşğələ formatında ətraflı məlumat verib. O, seçki məntəqəsinin açılışı, səsvermə hərəkətləri, seçki günü müstəsna hallar və digər bu kimi prosedurların həyata keçirilməsi və tənzimlənməsinin qanunvericilik əsaslarını iştirakçıların diqqətinə çatdırıb.

Seminarın sonunda jurnalistlərin sualları cavablandırılıb və onları maraqlandıran məsələlərə aydınlıq gətirilib. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

"Əxlaqsızlıq, kütbeyinlik, cahillik baş alıb gedir"  Cəlalə Nəzəroğlu like
  • 12 Yan 12:30  
Digərləri "Əxlaqsızlıq, kütbeyinlik, cahillik baş alıb gedir" Cəlalə Nəzəroğlu

Son.az qafqazinfo-ya istindən Cəlalə Nəzəroğlunun yazısını təqdim edir

arrow Ətraflı
Tərtərdə naməlum heyvan skeleti tapıldı  FOTOlar like
  • 12 Yan 12:26  
Digərləri Tərtərdə naməlum heyvan skeleti tapıldı FOTOlar

Tərtər rayonunda naməlum heyvan skeleti aşkarlanıb.

arrow Ətraflı
Survivorda qalmaqal: "Turabi keçmişindən danışıb AĞLADI"  FOTOlar like
  • 12 Yan 11:57  
Şou-biznes Survivorda qalmaqal: "Turabi keçmişindən danışıb AĞLADI" FOTOlar

Survivorda yarışan Turabi ilə Ögeday arasında mübahisə yenidən alovlanı

arrow Ətraflı
Qumralla Nərmin studiada elə rəqs etdilər ki...  aparıcı üzünü tutdu  VİDEO like
  • 12 Yan 11:28  
Şou-biznes Qumralla Nərmin studiada elə rəqs etdilər ki... aparıcı üzünü tutdu VİDEO

Müğənni Nərmin Kərimbəyova və Təranə Qumralın müğənni qızı Qumral

arrow Ətraflı
“WhatsApp”da yeni funksiya olacaq like
  • 12 Yan 11:24  
Digərləri “WhatsApp”da yeni funksiya olacaq

Populyar "WhatsApp" ani mesencerində istifadəçilərə mesajların m

arrow Ətraflı
Yeni Baş nazir gey sevgilisini nazir təyin etdi like
  • 12 Yan 11:19  
Dünya Yeni Baş nazir gey sevgilisini nazir təyin etdi

Xəbər verdiyimiz kimi, Fransanın xarici işlər naziri vəzifəsinə 38 yaşl

arrow Ətraflı
Seçkidə müşahidəçilərin sayı 50 mini keçəcək  Məzahir Pənahov like
  • 12 Yan 10:52  
Digərləri Seçkidə müşahidəçilərin sayı 50 mini keçəcək Məzahir Pənahov

Seçkiləri müşahidə edəcək şəxslərin sayı artıq 20 minə çatıb.

arrow Ətraflı
Serenayın bu çıxışı gündəm oldu  VİDEO like
  • 12 Yan 10:45  
Şou-biznes Serenayın bu çıxışı gündəm oldu VİDEO

Ötən gün Türkiyədə "İlin Ulduzları" mükafatlandırma mərasim

arrow Ətraflı
Kişilər bu bürclərin qadınlarına gözüyumulu aşiq olurlar like
  • 12 Yan 10:37  
Digərləri Kişilər bu bürclərin qadınlarına gözüyumulu aşiq olurlar

Bəzi xanımların kişilərin ürəyini fəth etmək üçün xüsusi əməyə

arrow Ətraflı
Faciəvi şəkildə ölən biznesmenin FOTOsu like
  • 12 Yan 10:30  
Digərləri Faciəvi şəkildə ölən biznesmenin FOTOsu

Xəbər verildiyi kimi, Lənkəran rayonunun Vilvan kəndində ağır yol qəzas

arrow Ətraflı
Türkiyə Azərbaycanla sazişi ratifikasiya edib like
  • 12 Yan 10:25  
Digərləri Türkiyə Azərbaycanla sazişi ratifikasiya edib

Türkiyə Respublikası Hökuməti Azərbaycan Respublikası Hökuməti ilə Qra

arrow Ətraflı
Murad və Ülviyyə uzun müddət sonra birlikdə FOTO paylaşdılar like
  • 12 Yan 10:18  
Şou-biznes Murad və Ülviyyə uzun müddət sonra birlikdə FOTO paylaşdılar

Aktyor cütlük Murad İsmayıl və Ülviyyə Xəlilbəyova uzun müddət sonra

arrow Ətraflı
Tbilisidən Bakıya uçuşlar ləğv edildi like
  • 12 Yan 09:57  
Digərləri Tbilisidən Bakıya uçuşlar ləğv edildi

Əlverişsiz hava şəraiti ilə əlaqədar Tbilisi Beynəlxalq Hava limanından

arrow Ətraflı