Kişilər bu bürclərin qadınlarına gözüyumulu aşiq olurlar


Digərləri 12 Yan 2024 10:37:00 167 0

Kişilər bu bürclərin qadınlarına gözüyumulu aşiq olurlar

Bəzi xanımların kişilərin ürəyini fəth etmək üçün xüsusi əməyə ehtiyac yoxdur. Son.az qlobal.net-ə istinadən həmin bürcləri təqdim edir:

QOÇ

Qoç qadını bir kişidən qorunmağı, təqib edilməyi gözləməz. O, həyatında öz yolunda gedən güclü bir qadındır. Bu yolda ona yoldaşlıq edəcək, özü kimi güclü bir yoldaş istəyər. Ona təqdim edəcəyiniz romantik bir axşam yeməyi, təbii gözəlliklər içində istirahət təkliflərinə isti baxmaz. Birlikdə izləyəcəyiniz bir basketbol oyununa isə qaçaraq gələr. Şəfqət və sevgi yerinə ehtiras və əsas oyunçususunuzsa, o, da tamaşaçılar arasındadırsa mütləq sizə aşiq olacaq. Qarşı qoya bilməyəcəyi təklif: "Paraşütlə atlanma kurslarına gedirəm, sən də gəlirsənmi?"

BUĞA Buğa bürcündən qadın əvvəl eşq və sevgi istər. Sonra isə heç şübhəniz olmasın ki "pul" deyəcək. O, həyatın gözəlliklərindən ola bildiyincə faydalanmaq istəyən həyat dolu bir qadındır. Bunun üçün də tez və ya gec pulun lazımlı olacağını bilir. Çalışqandır, birlikdə olduğu kişinin də çalışqan olmasını istəyir. Onun üçün birlikdə qazanılan sərvət, birlikdə dadılacaq gözəlliklərdir. Təbiəti, heyvanları, uşaqları və bu zövqləri də onunla paylaşacaq kişiləri çox sevər. Qarşı qoya bilməyəcəyi təklif: "Akşamkı dəvətdən əvvəl bir zərgərə getmək istəyirsən?" ƏKİZLƏR Əkizlər qadını davamlı eyni adamla eyni dam altında yaşayarkən görmək çətindir. Buna görə qısqanc bir kişi ilə əsla birlikdə ola bilməz. Onun kiçik xırda eşqbazlıqlarına göz yumacaq biri ilə rahatlayar. Bu, onun üçün bir oyundur. Bu oyunu onunla paylaşacaq kişilərə dərhal maraq duyar. Bunun yanında özü ilə uzun-uzun danışıb müzakirə edəcək ağıllı və mədəni kişilərə də xeyr deməz. Çünki bu ağıllı qadının davamlı beyin gimnastikası etməsi lazımdır. Ruhu hər yaşda gənc qaldığı üçün orta yaşlarında gənc kişilərlə birlikdə olmağı seçər. Ömrü boyu səyahət və eşqbazlıq edə biləcək bir kişiyə xeyr deməz.  XƏRÇƏNG Xərçəng qadını, bir kişidən; əvvəl özünə, sonra da uşaqlarına ata olmasını gözləyər. Ailəsinə və evinə düşkündür. Bu mövzularda hörmət və anlayış gözləyər. Sevdiyi kişini evində görməkdən xoşlu gəlir. Yaxşı aşbazdır. Problemlərini öz başına həll edə biləcək qədər güclüdür, həmçinin ona yol göstərmənizə də sevinər. Laqeydlik edilməyə dözümü yoxdur. Əks halda başqa limanlara sığına bilər. Kiçik kaprizlərinə göz yumsanız sizi daha çox sevər. Qarşı qoya bilməyəcəyi təklif: "Bu axşam evdə qalıb dadlı bir yemək yeyəkmi?" ŞİR Şir bürcünün qadını bir kişidən əvvəl hörmət gözləyər. O, bir kraliçadır. Tənqid olunmaqdan xoşu gəlmir. Nəzakətli davranışı isə çox sevir, xüsusilə başqalarının yanında olsa! Onu çadırla səyahət etməyə və ya sadə bir restorana aparmağa çalışmayın. O, hər şeyin möhtəşəm olmasını istəyər. Müvəffəqiyyəti sevər, müvəffəqiyyətli kişiləri də... Utancaq və romantik kişilərdən xoşu gəlmir. Onun sevgisindən əvvəl hörmətini qazansanız sizə aşiq olması uzun sürməz. Qarşı qoya bilməyəcəyi təklif: "Şəhərin ən hörmətli və gözəl restoranında bu axşam yer tutmuşam. Mənə yoldaşlıq edərsənmi?"

QIZ Qız bürcü üçün hər kişi həll edilməsi lazım olan bir hadisədir. Buna görə özünüzü dərhal ələ verməməyiniz lazımdır. Sizi tanımağı nə qədər uzun zaman alsa, o qədər uzun müddət birlikdə olarsınız. Ona boşuna özünüzü izah etməyə çalışmayın. O, sizin heç bilmədiyiniz yönlərinizlə məşğul olar və qısa müddətdə özünüzü psixoloq kürsüsündə hiss etmənizə gətirib çıxarar. Qız bürcü ilə birgə olacaq kişilərin hər şeydən əvvəl ağıllı olmaqları lazımdır. 24 saat birlikdə olsanız da sizə məktub yaza bilər. Bu oyuna qatılıb məktublarına cavab yazsanız, ömür boyu yazışacağınızdan şübhəniz olmasın. Qarşı qoya bilməyəcəyi təklif: (Yazıb göndərsəniz daha təsirli olar.) "Bir şahmat oyunu oynayaqmı? TƏRƏZİ Tərəzi qadını uyğun bir münasibət istəyər. Birlikdə olacağı kişinin xarakteri, ailə quruluşu, təhsil səviyyəsi, boyu, çəkisi özünə uyğun olsun istəyər. Əgər o, uzun boyludursa siz isə orta boylusunuzsa bu artıq onun üçün problemdir. Futbol matçı seyr edərkən qışqırıb çağıran, danışarkən səsini yüksəldən kişilərə dözümü yoxdur. Özünə uyğun olduğunu düşündüyü kişi ilə dərhal evlənmək istəyə bilər. Çünki onun üçün uyğun münasibət evlilik deməkdir. Sənətçi və ya sənətə maraq duyan kişiləri sevər... Qarşı qoya bilməyəcəyi təklif: "Mənimlə evlənərsənmi?" ƏQRƏB Əqrəb qadını ehtiraslıdır. Bir kişidən çox çox şey gözləməz. Səhvləriylə, qüsurlarıyla sevməyi bilər. Dözər, görməzlikdən gələr. Amma xəyanəti heç bir zaman bağışlamaz. Əqrəb qadını ilə birgə olan kişi şanslıdır. Çünki başqa heç bir qadın onu bu qədər sevə bilməz. Şanssızdır. Çünki onu aldatsa ömür boyu sevilmədən yaşayar. Qarşı qoya bilməyəcəyi təklif: "Səndən başqa heç bir qadının olmadığı bir adada yaşamaq istəyərsən?" OXATAN Ana diliniz, doğulduğunuz ölkə fərqlidirsə bir Oxatan qadınıyla bərabərsiniz deməkdir. Oxatan qadınları xarici kişiləri sevər. İdmançıları da... Çünki möhkəm başın möhkəm bədəndə olduğunu bilər. Böhranların, dərin problemlərin insanısınızsa ona yaxınlaşmayın. Qısqanc kişilərə tab gətirə bilməz. Çünki sizinlə bərabər ikən başqa bir kişi yoldaşı ilə səyahətə gedər, başqa niyyət güdmədən. Azadlığını məhdudlaşdıracaq olsanız ən son görüşünüz telefonla beynəlxalq əlvida görüşməsi olar. Sizdən qaça bilmək üçün mümkün olan ən uzaq ölkəyə gedə bilər. Qarşı qoya bilməyəcəyi təklif: "Öz yolunla gedə bilərsən." OĞLAQ Oğlaq qadını ilə birgə olmaq üçün gözləməyiniz lazımdır. Ehtimalla o, da sizi uzun zamandır gözləyir amma bunu dərhal bildirməz. Tələsiklik etsəniz qaçar. Sizi tanıması və güvən duyması üçün zamana ehtiyacı var. Həqiqidir, boş xəyallara bel bağlamaz. Qısa davamlı həyəcanlar arxasında qaçmaq yerinə uzun davamlı möhkəm əlaqələri seçər. Məsuliyyət sahibi, mehriban, isti qanlı, yumor anlayışı olan kişilərdən xoşu gəlir. Qəfil alınan qərarlardan, son anda edilən planlardan xoşu gəlmir. Onu bir yerə dəvət etmək istəyirsinizsə bunu ən az bir həftə əvvəldən etməniz lazımdır. Qarşı qoya bilməyəcəyi təklif: "Bir il sonra evlənmək istəyərsən?" DOLÇA Mühafizəkar və qısqancsınızmı? O zaman bu qadına yaxınlaşmayın! Onsuz da siz onu uzaqdan belə görsəniz qeyri-mümkün olduğunu anlayacaqsınız. Çünki Sutökən qadını xarici görünüşü ilə belə mühafizəkar insanları əziyyətdən çıxara bilər. Romantizm ən son müraciət etməniz lazım olan silah olmalıdır. Romantik bir aşiqdən çox, macəra sevər bir yoldaşla birlikdə olmağı seçər. Onu əldə etmənin tək yolu yoldaşlığını qazanmaqdır. Sürprizlərə hazırlıqlı olmağınız lazımdır. Çünki harada, nə vaxt, nə edəcəyini bilmək çətindir. Çox tez aşiq olar və çox tez bezə bilər. Bu qısa müddətdə dostluğunu qazana bilsəniz, uzun müddət sizinlə birlikdə olar. Qarşı qoya bilməyəcəyi təklif: "Nə vaxt istəsən mənə zəng vur.

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Faciəvi şəkildə ölən biznesmenin FOTOsu like
  • 12 Yan 10:30  
Digərləri Faciəvi şəkildə ölən biznesmenin FOTOsu

Xəbər verildiyi kimi, Lənkəran rayonunun Vilvan kəndində ağır yol qəzas

arrow Ətraflı
Türkiyə Azərbaycanla sazişi ratifikasiya edib like
  • 12 Yan 10:25  
Digərləri Türkiyə Azərbaycanla sazişi ratifikasiya edib

Türkiyə Respublikası Hökuməti Azərbaycan Respublikası Hökuməti ilə Qra

arrow Ətraflı
Murad və Ülviyyə uzun müddət sonra birlikdə FOTO paylaşdılar like
  • 12 Yan 10:18  
Şou-biznes Murad və Ülviyyə uzun müddət sonra birlikdə FOTO paylaşdılar

Aktyor cütlük Murad İsmayıl və Ülviyyə Xəlilbəyova uzun müddət sonra

arrow Ətraflı
Tbilisidən Bakıya uçuşlar ləğv edildi like
  • 12 Yan 09:57  
Digərləri Tbilisidən Bakıya uçuşlar ləğv edildi

Əlverişsiz hava şəraiti ilə əlaqədar Tbilisi Beynəlxalq Hava limanından

arrow Ətraflı
Pentaqon rəhbəri Yəmənə hücum əmrini xəstəxanadan verib ŞOK FAKTLAR like
  • 12 Yan 09:55  
Dünya Pentaqon rəhbəri Yəmənə hücum əmrini xəstəxanadan verib ŞOK FAKTLAR

CNN yazır ki, Yəməndə husilərə zərbələr endirilən zaman prosesi Pentaq

arrow Ətraflı
Seçkiləri ilə əlaqədar xaricdə olan seçicilərin dəqiqləşdirilməsi müddəti sabah başa çatır like
  • 12 Yan 09:23  
Siyasət Seçkiləri ilə əlaqədar xaricdə olan seçicilərin dəqiqləşdirilməsi müddəti sabah başa çatır

Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan, yaxud uzunmüdd

arrow Ətraflı
Azərbaycanlı müğənniyə ağır itki üz verdi  FOTO like
  • 12 Yan 09:18  
Şou-biznes Azərbaycanlı müğənniyə ağır itki üz verdi FOTO

Müğənni Pünhan Piriyevə ağır itki üz verib.

arrow Ətraflı
HƏMAS Qəzzada tunellərin tikintisinə bu qədər xərc çəkib like
  • 12 Yan 08:42  
Dünya HƏMAS Qəzzada tunellərin tikintisinə bu qədər xərc çəkib

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında yeraltı infrastrukturunun ti

arrow Ətraflı
Vaşinqton və NyuYorkda ABŞ və Britaniyanın Yəməndəki əməliyyatının əleyhinə aksiya keçirilir like
  • 12 Yan 08:38  
Dünya Vaşinqton və NyuYorkda ABŞ və Britaniyanın Yəməndəki əməliyyatının əleyhinə aksiya keçirilir

ABŞ-nin paytaxtı Vaşinqtonda Ağ evin qarşısında, həmçinin Nyu-Yorkda Ta

arrow Ətraflı
Avtoxuliqanlıq edən Mahir Qasımov saxlanıldı  VİDEO like
  • 12 Yan 08:33  
Digərləri Avtoxuliqanlıq edən Mahir Qasımov saxlanıldı VİDEO

Bakı şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən nəqliyyat vasitə

arrow Ətraflı
Bakıda 14 istiqamətdə tıxac yaranıb like
  • 12 Yan 08:27  
Digərləri Bakıda 14 istiqamətdə tıxac yaranıb

Bakının bəzi yollarında tıxac yaranıb.

arrow Ətraflı
Gülyanaq ilk dəfə övladlarının like
  • 12 Yan 02:02  
Şou-biznes Gülyanaq ilk dəfə övladlarının

Xalq artisti Gülyanaq Məmmədova ilk dəfə övladları ilə fotolar paylaşı

arrow Ətraflı
Serkanın serial çəkillişində yanğın oldu like
  • 12 Yan 01:50  
Şou-biznes Serkanın serial çəkillişində yanğın oldu

"TRT"də yayımlanacaq "Fatih" serialının çəkilişi zama

arrow Ətraflı