"Bahalıq hisslərimizi öldürüb, biz nəinki sekslə məşğul olmuruq, mən daha..."


Digərləri 09 Yan 2024 01:25:00 156 0

"Bahalıq hisslərimizi öldürüb, biz nəinki sekslə məşğul olmuruq, mən daha..."

"Maliyyə çətinlikləri həm kişilər, həm də qadınlarda libidonu aşağı salır..."

"Mənim üçün intim həyat bütün bəlaların dərmanıdır, kimsə hər şeyi unutmaq üçün şərab işir, kimsə sekslə məşğul olur..."

Qiymətlərin yüksək olması seksual münasibətlərə necə təsir edir?

"Mən maliyyə çətinlikləri ucbatından evlənə bilmirəm", - Hamdi şikayət edir. O, valideynlərinin ölümündən sonra özünü tənha hiss edir və özünə sabit həyat qurmağa cəhd edir. Onun qırx beş yaşı var, Misirdə həyat bahalaşdıqca, özünə həyat yoldaşı tapmaq şansları sıfra yaxınlaşır.   Son.az moderator.az-a istinadən xəbər verir ki, bu barədə Livanın "Raseef22" nəşri yazıb.   Lakin fiziki tələbatdan qaçmaq mümkün deyil. Hamdi gizli seksual münasibətlər qurmaq qərarına gəlib. O, "Facebook"da bir qızla tanış olub, sonradan onunla videoəlaqə yaradıb. O, öz sinəsini göstərib, sifətinini isə gizlədib. Hamdi qızın ondan ilkin olaraq yüz Misir funtu (üç dollar) almasına və görüş təyin etməsinə çox sevinib. O, həmin məbləği ona göndərəndə, qız öz ünvanını göndərib və görüş tarixini açıqlayıb.   Handi təyin edilən ünvana gəlib və üç saat ərzində qızla əlaqə yaratmağa cəhd edib, lakin qız ona cavab verməyib və sonra onu bloklayıb.   "Bu, ilk dəfə idi ki, məni aldadıb blok ediblər", - Hamdi deyib.   Hamdinin məvacibi çox azdır, bu da ona nikah barəsində düşünməyə imkan vermir. Bu yaxınlarda qiymətlərin artmasından sonra onun məvacibi tək özünə də yetərli deyil.   Bəs ailə cütlükləri ilə vəziyyət nə yerdədir? İqtisadi böhran onların seksual münasibətlərinə necə təsir edir?   "Mənim üçün seks qida və su kimi zərurətdir, qalan şeylər vecimə də deyil..."   "Mənim üçün seks qida və su kimi zərurətdir. Mənim psixoloji və ya psixososial şərait vecimə də deyil. Mən xoşbəxt olmaq istəyirəm. Mən əylənmək istəyirəm. Mən işdən gələndən sonra həyat yoldaşımı sekslə əyləndirmək istəyirəm", - 45 yaşlı Əbdül Tavab deyir. O, xoşbəxt yaşamaq və hər gün sevişmək istəyir. Lakin iqtisadi böhran onun belini qırıb. Əbdül Tavabın əmək haqqı aşağı düşüb. İndi o, öz ailəsinin əsas tələbatlarını belə təmin edə bilmir.   İqtisadi böhranın seksual münasibətlərə təsirinə gəldikdə, o, "Raseef22" nəşrinə bunları deyib:   "Qiymətlərin artmasınadək mənim əmək haqqım evin ehtiyatlarına və uşaqların xərclərinə yetərli olub, üstəlik, mən öz mənzilimdə yaşayıram, icarə götürməmişəm. Hər gün mən sekslə məşğul olmuşam, hər şey yaxşı olub".   Əbdül Tavab qiymət artımından və Misir funtunun məzənnədən düşməsindən daima stresdədir. Uzunmüddətli gərginlik libidonun (cinsi həvəsin) aşağı düşməsinə gətirub çıxarıb. O, deyir: " Seks xoş bir məşğuliyyətdir. O, hətta pis günlərimə də rəng qatıb. Ailəmizin maliyyə vəziyyəti pisləşəndən sonra seks yadıma da düşmür. Mən indi həftədə bir dəfə, hətta iki həftədən bir sekslə məşğul oluram".   Seks və stres   Avropa Seksual Təbabət Birliyinin üzvü, psixoloq Nabil əl-Kat izah edib ki, iqtisadiyyatla seks arasında sıx əlaqə var. İqtisadi vəziyyət nə qədər sabit olarsa, şəxsi cəbhədə də işlər yaxşı gedəcək. Maliyyə çətinlikləri insanlara seksə köklənməyə imkan vermir. Seksual həvəs əzələlər boşalanda və cinsiyyət orqanlarına qan axını güclənəndə yaranır.   "Stres zamanı ereksiya olmur. Maliyyə çətinlikləri və ailə öhdəliklərinin icrası işçi yükünü artırır, bu da psixoloji və əsəb gərginliyi yaradır. Buradan da yorğunluq, süstlük və libidonun aşağı düşməsi baş verir", - psixoloq iddia edib.   Maliyyə çətinlikləri həm kişilər, həm də qadınlarda libidonu aşağı salır. Onlar müxtəlif növ seksual pozuntulara və ya sərt seksə meylliyə düçar ola bilər. "Belə olan halda insan cinsi əlaqə yolu ilə zövq almağa deyil, gərginliyi aradan qaldırmağa cəhd edir", - əl-Kat deyir.   "Sonuncu dəfə nə zaman sekslə məşğul olduğumuzu xatırlayırsan?"   Nisbətən az müddətli nikaha rəğmən, qiymətlərin yüksək olması 24 yaşlı Abir və onun ərinin intim münasibətlərini pozub. Onlar heç olmasa iki gündə bir dəfə sekslə məşğul olub, sonra ərinin istəyi xeyli azalıb. O zaman onlar bir-birilə açıq danışmaq qərarına gəlib. Abir deyib: "O, sonuncu dəfə nə zaman sekslə məşğul olduğumuzla maraqlanıb. 20 gündən artıq müddətdə ərim istəyinin olmamasına daimi yorğunluğu ilə haqq qazandırıb".   Ərinin aylıq maliyyəsi fəlakətli dərəcədə yetərli olmayıb. Lakin birtəhər yola vermək olub. Abir ailənin ehtiyaclarına həftədə 200 funt (6, 5 dollar) xərcləyib, lakin qiymətlərin qalxmasından sonra bu məbləğ yetərli olmayıb.   "Qiymətlər artmazdan öncə mən soyuducumu pendir və ət yarımfabrikatları ilə doldura bilirdim. İndi iki ay ərzində supermarketə getmirik", - qadın deyir. Qıymət artımı uşaqlara da təsir edib. Populyar uşaq bezlərinin bir dəsti 90 Misir funtundan (3 dollar) az olub, indi 200 funtdan (6 dollar) çoxdur, mən hələ uşaq qidasının bahalı olmasından danışmıram. Bütün bu qayğılar ərini həyat yoldaşı ilə yaxınlıq etməsindən çəkinməyə vadar edib.   "Bahalıq hisslərimizi öldürüb. Biz nəinki sekslə məşğul olmuruq, mən daha xoş sözlər də eşitmirəm", - Abir şikayətlənib.   Seks qaçış deməkdir   Yaxşı seksual münasibətlər faktiki olaraq bir çox hallarda düzgün ovqatla bağlıdır.   Helvan Universitetinin incəsənət fakultəsinin sosiologiya kafedrasının dosenti Xalid Əbdül əl-Fəttah iqtisadi böhranın seksə təsirindən danışıb. O, bəyan edib ki, iqtisadi təzyiq və qiymətlərin yüksək olması ailə başçısında psixoloji problemlər yaradır, bu da öz növbəsində seksual həvəsi aşağı salır. Bədbin ovqat həyatın bahalaşması ilə bağlı problemlərin öhdəsindən gələ bilməmək ucbatından daha da kəskinləşir.   Əbdül əl-Fəttah hesab edir ki, kasıblar seksdən özünü unutmaq üçün istifadə edir. Başqa sözlə desək, seks gerçəklikdən uzaqlaşmağa və gələcək barədə düşünməməyə kömək edən vasitəyə çevrilir. Xidmət sahəsinin işçisi, 25 yaşlı Taiufiklə məhz bu baş verib: "Mənim üçün intim yaxınlıq bütün bəlaların dərmanıdır. Kimsə hər şeyi unutmaq üçün şərab içir, kimsə də sekslə məşğul olur".   "Seks əhval-ruhiyyədən asılı olan yaxşı və az bir təcrübədir", - o, əlavə edib.    İxtilaflar, mübahisələr və seksdən yayınma   27 yaşlı Rukayya hər cinsi əlaqədən öncə dəyəri 300 Misir funtu (10 dollar) olan bahalı ənənəvi Misir yeməkləri hazırlayıb ki, seksual həvəsi stimullaşdırsın. Bu, ailəsinin cibinə uyğun olmayıb, çünki ərinin əmək haqqı ərzaq məhsullarına nisbətən iki dəfə aşağı düşüb. Onun kənd təsərrüfatı alətlərinin satıcısı işləyən 32 yaşlı həyat yoldaşının əmək haqqı əvvəllər ailəsinin tələbatlarını təmin etməyə yetərli olub. Zamanla o, həmişəkindən daha çox vəsait qazanıb. Onlar həmişə yaxşı əhval-ruhiyyədə olub və müntəzəm olaraq sekslə məşğul olub. Amma indi daima mübahisə edirlər. "Ərimin ovqatı həmişə pis olur. Mənin özümün də tez-tez halım dəyişir. Mən istəyirəm ki, kimsə məni bu vəziyyətdən çıxarsın, ərim isə yalnız əsəbilərimlə oynayır", - Rulayya gileylənir.   Abbasiyada Psixonevroloji Xəstəxananın həkim-psixiatrı Əminə Əşrəf hesab edir ki, qiymət artımı və həyatın bahalaşması ailə həyatının oynaqlığını məhv edir və pul qıtlığından hər gün qalmaqallar yaranır. Əmək haqqının sabit olduğu şəraitdə qiymətlərin daima qalxması psixoloji gücsüzlük halını artırır və ailənin bütün tələbatlarının təmin etmək qabiliyyətini sarsıdır. Bu da öz növbəsində mübahisələrə, ixtilaflara gətirib çıxarır və psixoloji hala təsir edir.   Seks malların satışı aşağı düşüb   28 yaşlı Raxma uzun müddət həyatın bahalaşması və maliyyə vəziyyətinin sabit olmaması səbəbindən övladları barədə fikirləri bir kənara qoyub. Onun əri özəl sektorda muzdlu işdə işləyir və çox qazanmır. O, nəşrə bunları deyib: "Əvvəllər əmək haqqı 20 günə çatırdı, indi isə güclə 10 günə yetərlidir. İl ərzində qiymətlər 120 faiz artıb. İkimizin əmək haqqı ilə həyatın bahalaşmasına tab gətirmək mümkün deyil".   Ər-arvad zinyət əşyalarından imtina edib. Onlar həmçinin iqtisadi böhranın onların seksual münasibətlərinə təsirini azaltmağa cəhd edib, amma alınmayıb. "Çıxış yolu yoxdur. İqtisadi  problemlər həyatımızı çətinləşdirəndə biz əsəbiləşirik. Bizim heç nəyə həvəsimiz qalmayıb. Biz qeyri-müəyyənlikdən qorxuruq", - Raxma şikayətlənib.   Əvzaçı Fatimə Raslan iqtisadi böhranın uşaqların doğulması və seksual həvəsə təsirini şərh edib. O, bəyan edib ki, Misirdə qiymət artımı qadınların əczaxanada satılan qoruyucu həblərə tələbini azaldıb. Onlar bu həbləri tibb müəssisələrində pulsuz verilən preparatlarla əvəzləyib. Bəzi qadınlar uşaqlıqdaxili spiralların alışından da imtina edib və ailə planlaşdırılması mərkəzlərinə müraciət edir. Lubrikantlar, prezervativlər və seks-oyuncaqlara tələbat da azalıb.    "İqtisadi böhran və istənilən digər sıxıntı libidonu və seksual həyatı pozur", - həkim-psixiatr Camal Fərviz deyir. O, vurğulayıb ki, qadınlar ağır iqtisadi şəraitdən kişilərə nisbətən daha çox əzab çəkir, çünki daimi əsəb gərginliyi və gələcək qarşısında qorxu səbəbindən sekslə məşğul olmaq həvəsi azalır.   "Seks kasıbların yeganə məşğuliyyətidir, onlar bunsuz keçinə bilmir. Məlumatlılıq və mədəni səviyyə yüksəldikcə, onlar xüsusilə idtisadi şəraitin pisləşməsi şəraitində seksə daha az meyl edir", - həkim-psixiatr deyir.   Fərviz deyir: "KİV-lər insanları sakitləşdirməli və onlara əsəbilərinin tükənməməsi üçün səmərəli istehlak variantlarını təklif etməlidir".

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məşhur azərbaycanlı “tiktok”çu Nia Qurbanova ailə qurdu like
  • 09 Yan 01:15  
Şou-biznes Məşhur azərbaycanlı “tiktok”çu Nia Qurbanova ailə qurdu

"Tiktok" sosial şəbəkəsində qısa müddətdə məşhurlaşan Nia

arrow Ətraflı
İrəvan Moskva ilə silah tədarükü danışıqlarını davam etdirir like
  • 09 Yan 01:06  
Dünya İrəvan Moskva ilə silah tədarükü danışıqlarını davam etdirir

Ermənistan və Rusiya imzalanmış sazişlər çərçivəsində silah tədarük

arrow Ətraflı
Tanınmış astroloqdan 2024cü il üçün böyük proqnoz... like
  • 09 Yan 01:01  
Digərləri Tanınmış astroloqdan 2024cü il üçün böyük proqnoz...

"Xüsusi hərbi əməliyyat"ın bitməsi, yeni pandemiyalar və nüvə

arrow Ətraflı
Belqorod atəşə tutuldu: yaralılar var like
  • 09 Yan 00:57  
Dünya Belqorod atəşə tutuldu: yaralılar var

Ukrayna Silahlı Qüvvələrinin Belqorodu raket atəşinə tutması nəticəsin

arrow Ətraflı
“Fatih”in imamı məsciddə bıçaqlandı like
  • 09 Yan 00:42  
Dünya “Fatih”in imamı məsciddə bıçaqlandı

İstanbulun "Fatih" məscidində bıçaqlı insident baş verib. 

arrow Ətraflı
Tez öləcəyini 20 il əvvəl deyibmiş like
  • 09 Yan 00:36  
Şou-biznes Tez öləcəyini 20 il əvvəl deyibmiş

Tarzən Rövşən Qurbanov mərhum Əməkdar artist Aygün Bəylərlə bağlı x

arrow Ətraflı
BMT: Qəzzada fəaliyyət göstərən jurnalistlərin öldürülməsindən ciddi narahatlıq keçiririk like
  • 09 Yan 00:30  
Dünya BMT: Qəzzada fəaliyyət göstərən jurnalistlərin öldürülməsindən ciddi narahatlıq keçiririk

"BMT Baş katibi Qəzzada fəaliyyət göstərən jurnalistlərin öldürü

arrow Ətraflı
HƏMASın Suriya qolunun lideri məhv edildi like
  • 09 Yan 00:19  
Dünya HƏMASın Suriya qolunun lideri məhv edildi

İsrail ordusu HƏMAS hərəkatının Suriya qolunun lideri Həsən Akaşunu zə

arrow Ətraflı
At qəzaya səbəb oldu like
  • 09 Yan 00:14  
Digərləri At qəzaya səbəb oldu

Oğuzda avtomobilin qarşısına çıxan at qəzaya səbəb olub.

arrow Ətraflı
4 ölkə İrana qarşı bəyanat yaydı like
  • 09 Yan 00:09  
Dünya 4 ölkə İrana qarşı bəyanat yaydı

Ukrayna, İsveç, Böyük Britaniya və Kanada 2020-ci ilin yanvarında Tehran s

arrow Ətraflı
Daşkəsəndə kömür istehsalının qarşısı alındı like
  • 09 Yan 00:01  
Digərləri Daşkəsəndə kömür istehsalının qarşısı alındı

Daşkəsən Rayon Polis Şöbəsinin və 10 saylı Regional Ekologiya və Təbii

arrow Ətraflı
Günün qoroskopu: Emosiyalarınızı cilovlayın, münaqişədən yayının like
  • 09 Yan 00:01  
Digərləri Günün qoroskopu: Emosiyalarınızı cilovlayın, münaqişədən yayının

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
İrəvan sülh müqaviləsi ilə bağlı Bakıya əlavə təkliflər təqdim etdi like
  • 08 Yan 23:57  
Digərləri İrəvan sülh müqaviləsi ilə bağlı Bakıya əlavə təkliflər təqdim etdi

Yanvarın 4-də Ermənistan sülh müqaviləsi ilə bağlı əlavə təklifləri

arrow Ətraflı
İtkin düşmüş yeniyetmə qız məşhur oyun sayəsində tapıldı  FOTO like
  • 08 Yan 23:48  
Dünya İtkin düşmüş yeniyetmə qız məşhur oyun sayəsində tapıldı FOTO

ABŞ-də polis itkin düşmüş yeniyetməni "World of Warcraft" oyunu

arrow Ətraflı