Günün qoroskopu: Emosiyalarınızı cilovlayın, münaqişədən yayının


Digərləri 09 Yan 2024 00:01:00 169 0

Günün qoroskopu: Emosiyalarınızı cilovlayın, münaqişədən yayının

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - başladığınız işin təfərrüatlarına və detallarına ciddi fikir versəniz, uğur əldə edə bilərsiniz. Layihələrinizin keyfiyyətli, hətta mükəmməl olmasına çalışın. Təmkinli davransanız, işgüzar münasibətlərinizdə irəliləyişlər yaşanacaq.

Günün ikinci yarısında başqalarının dediklərinə, tənələrə və iradlara fikir verməyin. Tənqid əhvalınızı korlamamalıdır. Subaysınızsa, yeni tanışlarla təmaslar zamanı diqqətli olun. Pərişanlığa qapıla bilərsiniz.

Buğa - qarşınıza qoyduğunuz məqsədləri dəqiqləşdirin, hədəfləri konkretləşdirin. Peşəkar fəaliyyət sahəsində uğurlara nail olmaq və rəqibləri üstələmək üçün qətiyyətli olun. Yaxşı nəticələrə nail olmaq üçün səylə, zəhmətlə işləmək lazımdır. Səbrli, zəhmətkeş olun. Tənbəllik etməyin.

Günün ikinci yarısında özlərini sizə rəqib sayan adamlarla ehtiyatlı davranın.

Hissləriniz prosesə mane olmamalıdır. Yaxın ətrafınızdakı insanların emosiyalarını nəzərə alın. Həmkarlar, sadəcə, tanışlar və yaxınlarınızla təmaslara fərq qoymağı bacarın.

Əkizlər - bundan sonrakı işinizdə istifadə edə biləcəyiniz məlumatları əldə etməyə çalışın. Kommersiya fəaliyyəti ilə məşğul olanlar üçün əlverişli zamandır. Sərfəli anlaşmalara nail ola bilərsiniz. Bir şərtlə ki, belə anlaşmadan əvvəl təfərrüatlı və ciddi danışıqlar olub.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlərin birgə əməkdaşlığa yüksəlməsinə çalışın. Zövq, adət və ya gələcək planlarla bağlı müzakirələr dartışmalara çevrilməməlidir.

Axşam saatlarında dincəlməyə çalışın.  

Xərçəng - yarımçıq qalmış işləri başa vurun. Proses darıxdırıcı və cansıxıcı təsir bağışlasa da, dayanmayın, ruhdan düşməyin. Enerjiniz azdır. Tənbəlliyə və süstlüyə qapılmayın. Layihə və sifarişləri vaxtında reallaşdırmağa çalışın.

Günün ikinci yarısına işdə rəhbərliyin tənqid, qınaq hədəfinə çevrilməyin. Səfər uğurlu olacaq. Amma heç bir halda yolda nə isə almayın.

Axşam saatlarına yaxın əks cins mənsubunun qəlbini qırmayın.

Sevdiyiniz insanla səmimi, qayğıkeş davranın.

Şir - günün ilk yarısında maliyyə məsələlərinin çözülməsi prosesində ehtiyatlı davranın. Alış-verişdə çox pul xərcləməyin. Hər hansı əşyanın gərəkli olub-olmaması ilə bağlı şübhələr varsa, o əşyanı almayın.

İş yerinin dəyişdirilməsi və ya başqa yerə köçməklə bağlı qəti qərar verməyə tələsməyin.

Günün ikinci yarısında maraqlı fikirlərə malik insanlarla xoş saatlar keçirə bilərsiniz. Dostlarla görüş, romantik təmaslar üçün yaxşı zamandır.

Yeni tanışlıqlar istisna deyil. İlkin təəssürata aldanmayın - ilk dəfə gördüyünüz insanla bağlı qənaətlərinizdə yanıla bilərsiniz.

Qız - ani hisslərin əsirinə çevrilməsəniz, problemlərin sayı azalacaq. Situasiya paradoksal hal alsa da, soyuqqanlı olun. Yaxın ətrafınızdakı insanların tələblərini qulaqardına vurmayın. Özünüzə nəzarəti itirməyin.

Günün ikinci yarısı təlatümlü saatlar vəd edir. Enerjinizi konstruktiv məcraya yönəldin, rəqibləri üstələməyə can atın.

Yaxınlarınızın istəklərini anlayın. Onların hərəkətlərinin motivlərini və səbəblərini araşdırın. Soyuqqanlı olun. Əks təqdirdə dəyər verdiyiniz insanla mübahisələr istisna deyil.

Tərəzi - yaxın ətrafınızdakı insanların davranışlarına emosional reaksiya verməyin. Yaranan situasiyaların məğzini anlamağa çalışın. Yeni problemlər yaranmasa, onlar formalaşmayacaq.

Özünüzü pis hiss edirsinizsə, psixoloji durumunuza diqqət yetirin.

Günün ikinci yarısında hisslərin burulğanında çaşıb qalmayın. Səhhətinizə fikir verin. Yaxınlarınızın və ailə üzvlərinizin xərclərinə diqqət yetirin. Büdcəyə diqqət yetirin, qənaət yollarını tapın. Sağlam məntiqlə hərəkət edin. Dəyər verdiyiniz insanların ehtiyaclarını unutmayın.

Axşam saatlarında gəzintiyə çıxmaq olar.  

Əqrəb - qətiyyətli davranın, mühüm işlərin çözülməsini və problemlərin həllini ertələməyin. Hadisələrə təsir imkanlarına malik insanlarla münasibətləri intensivləşdirin.

Həmin insanlardan dəstək ala bilərsiniz.

Günün ikinci yarısında əldə edəcəyiniz məlumatlar önəmli işin görülməsinə rəvac verəcək.

Sevdiyiniz insanla münasibətlərinizdəki problemləri müzakirə edin. Ailədəki mühiti normallaşdırın, harmoniyaya nail olmağa çalışın. Problemlərin obyektiv səbəblərini tapana qədər sakitləşməyin.

Ailə üzvləri ilə təmaslarda güzəştlərə meylli olun.

Oxatan - günün ilk yarısından etibarən yarana biləcək kiçik problemləri süni şəkildə böyütməyin. Nikbin olun ki, sizi təbdən çıxara bilməsinlər. Çoxdan bəri başladığınız işi tamamlayın, yeni layihələrə start verin.

Günün ikinci yarısı alış-veriş üçün münasib deyil. Hətta arzuladığınız nəsnənin satın alınması sizdə razılıq, məmnunluq hissi yaratmayacaq.

Yaxınlarınızın hərəkətlərində adi günlərdə fikir vermədiyiniz məqamlar indi münaqişəyə səbəb olmamalıdır. Qarşılıqlı iradlara yol verməmək üçün güzəştlərə hazır insan təsiri bağışlayın. Sərt və qaba davranmayın.  

Oğlaq - əsas işləri günün ilk yarısında başa vurmağa çalışın. Diqqətinizi yalnız ən önəmli məqamlara yönəldin. Bir ünsürü önə çəkərək digər məsələləri arxa plana salmayın. Çoxlarının sizə ehiiyacı var və bu səbəbdən də gün ərzində sizi işdən tez-tez ayıracaqlar.

Günün ikinci yarısında sevdiyiniz insanla təmaslarda diqqətli olun. Yaxın ətrafınızdakı insanlar bu gün daha kövrək, daha tələbkardır. Bəzi iradları eşidəndə aqressivləşməyin. Məişət qayğılarını və ailədəki problemləri vaxtında həll edin.

Emosiyalarınızı cilovlayın, münaqişədən yayının.  

Dolça - maliyyə məsələləri və yaxın gələcəklə bağlı tələsik qərar verməyin. Situasiyada dəyişikliklər olacaq. Uzun müddətdən bəri, zəhmətlə hazırladığınız planlara yeniliklər edin. Önəmli tədbiri, görüşü və ya danışıqları ertələməyiniz məsləhətdir.

Günün ikinci yarısında hadisələrin axarı istədiyiniz kimi olmayacaq. Təsəvvürləriniz dəyişə bilər. Yaşananların laqeyd, apatik müşahidəçisi olmayın. Bəzi problemlər göründükləri qədər ağır və təhlükəli deyil.  

Balıqlar - günün ilk yarısında alacağınız xəbərlər planlarınızı dəyişəcək. Reallığı nəzərə alın. Diqqətinizi önəmli məqamlara yönəldin. Eyni vaxtda bir neçə işi görmək çətindir. Əks təqdirdə başladığınız işlərdə uğursuzluğa düçar olacaqsınız.

Günün ikinci yarısı alış-veriş üçün münasib deyil. Axşam saatlarına yaxın səhhətinizin qeydinə qalın. Mənasız risklər etməyin. Yaxınlarınızla münasibətlərə dəyər verin, sizi sevən insanlarla acı danışmayın.

Ailədə harmoniyanı qoruyun.  

Son.az

İrəvan sülh müqaviləsi ilə bağlı Bakıya əlavə təkliflər təqdim etdi like
  • 08 Yan 23:57  
Digərləri İrəvan sülh müqaviləsi ilə bağlı Bakıya əlavə təkliflər təqdim etdi

Yanvarın 4-də Ermənistan sülh müqaviləsi ilə bağlı əlavə təklifləri

arrow Ətraflı
İtkin düşmüş yeniyetmə qız məşhur oyun sayəsində tapıldı  FOTO like
  • 08 Yan 23:48  
Dünya İtkin düşmüş yeniyetmə qız məşhur oyun sayəsində tapıldı FOTO

ABŞ-də polis itkin düşmüş yeniyetməni "World of Warcraft" oyunu

arrow Ətraflı
"Bəxt üzüyü"nün məşhur aktrisasının qızı şok faktları açıqladı like
  • 08 Yan 23:38  
Şou-biznes "Bəxt üzüyü"nün məşhur aktrisasının qızı şok faktları açıqladı

AzTV-də yayımlanan "Yüz ilin sirləri" verilişi  "Bəxt üz�

arrow Ətraflı
2024cü il üçün maliyyə falı – Bürcləri nə gözləyir? like
  • 08 Yan 23:31  
Digərləri 2024cü il üçün maliyyə falı – Bürcləri nə gözləyir?

Ulduzlar hər bir bürc üçün unikal imkanlar və çağırışlar vəd edir ki

arrow Ətraflı
Ukrayna yeni böyük hücuma keçə bilər like
  • 08 Yan 23:28  
Dünya Ukrayna yeni böyük hücuma keçə bilər

Ukrayna F-16 təyyarələrini aldıqdan sonra hücum edə bilər.

arrow Ətraflı
İtaliyanın 8 bölgəsində “sarı” xəbərdarlıq edildi like
  • 08 Yan 23:25  
Dünya İtaliyanın 8 bölgəsində “sarı” xəbərdarlıq edildi

İtaliyada ekstremal hava şəraitinin yarada biləcəyi təhlükə ilə əlaqə

arrow Ətraflı
"Kurtlar Vadisi"nin aktyorunun like
  • 08 Yan 23:23  
Digərləri "Kurtlar Vadisi"nin aktyorunun

İllər əvvəl yayımlanmasına baxmayaraq hələ də baxılan seriallardan ola

arrow Ətraflı
İsveçli nazir ölkə əhalisini müharibəyə hazırlaşmağa çağırdı like
  • 08 Yan 23:21  
Dünya İsveçli nazir ölkə əhalisini müharibəyə hazırlaşmağa çağırdı

İsveç vətəndaşlarına ölkədə müharibənin başlaya biləcəyi ehtimalı

arrow Ətraflı
Lirə növbəti antirekorda doğru – like
  • 08 Yan 23:19  
Dünya Lirə növbəti antirekorda doğru –

Türkiyədə lirə növbəti dəfə ucuzlaşıb.

arrow Ətraflı
Yaşar Gülər azərbaycanlı hərbçilərlə görüşdü  FOTO like
  • 08 Yan 23:11  
Digərləri Yaşar Gülər azərbaycanlı hərbçilərlə görüşdü FOTO

Türkiyə milli müdafiə naziri Yaşar Gülər qardaş ölkədə səfərdə ola

arrow Ətraflı
Borel və Blinken Səudiyyə Ərəbistanında Qəzzadakı vəziyyəti müzakirə ediblər like
  • 08 Yan 23:00  
Dünya Borel və Blinken Səudiyyə Ərəbistanında Qəzzadakı vəziyyəti müzakirə ediblər

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali n

arrow Ətraflı
Cari ayın sonu AzərbaycanErmənistan delimitasiya komissiyasının iclası keçiriləcək like
  • 08 Yan 22:54  
Digərləri Cari ayın sonu AzərbaycanErmənistan delimitasiya komissiyasının iclası keçiriləcək

Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası komissiyaları

arrow Ətraflı
Yuri Xaçaturovun general oğlu yenidən həbs edilə bilər like
  • 08 Yan 22:50  
Dünya Yuri Xaçaturovun general oğlu yenidən həbs edilə bilər

Ermənistanda sabiq korpus komandirinin yenidən həbsi barədə müraciət olun

arrow Ətraflı
Röya qalmaqal yaşadığı Aygün Bəylərlə bağlı bunları yazdı like
  • 08 Yan 22:49  
Şou-biznes Röya qalmaqal yaşadığı Aygün Bəylərlə bağlı bunları yazdı

Xəbər verdiyimiz kimi, bu gün Əməkdar artist Aygün Hümmətovanın (Bəyl�

arrow Ətraflı
Əgər dəstək dayansa, rus ordusu cəbhə xəttini keçəcək like
  • 08 Yan 22:24  
Dünya Əgər dəstək dayansa, rus ordusu cəbhə xəttini keçəcək

Əgər indi dəstəyi dayandırmaq və ya geri götürmək qərarı verilərsə,

arrow Ətraflı