Rusiya bu addımı müsbət qiymətləndirir Zaxarova


Digərləri 18 Sen 2023 18:15:00 253 0

Rusiya bu addımı müsbət qiymətləndirir  Zaxarova

Rusiya Laçın yolu ilə Ağdam-Xankəndi marşrutunun eyni vaxtda açılmasını müsbət qiymətləndirib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova özünün "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, ərzaq yüklərinin maneəsiz və mütəmadi keçidini təmin etmək lazımdır.

Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bakı ilə Qarabağın erməni azlığının nümayəndələri arasında dialoqun başlayacağına, eləcə də 2020-2022-ci illər ərzində Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair yüksək səviyyədə üçtərəfli razılaşmaların bərpa olunacağına ümid etdiyini bildirib.

"Cənubi Qafqazda sülhün və sabitliyin dəstəklənməsində bütünlüklə maraqlıyıq", - o yazıb.

Qeyd edək ki, Qarabağa yüklərin çatdırılması üçün Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolundan da istifadə edilməsi barədə razılıq əldə olunub.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisi və Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanlığı arasında yüklərin Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolu vasitəsilə də çatdırılması razılaşdırılıb.

Yüklər Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları ilə daşınacaq. Beləliklə, BQXK bu gün həm Laçın-Xankəndi, həm də Ağdam-Xankəndi yollarından istifadə etməklə Qarabağda yaşayan erməniəsilli sakinlərə yük daşıyacaq.

Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus yük maşınları Ağdam-Xankəndi yolu ilə paralel, "Laçın" sərhəd-buraxılış məntəqəsindən maneəsiz keçib. "Laçın" sərhəd-buraxılış məntəqəsindən keçən yük maşınlarında yoxlama aparıldıqdan sonra onların sərbəst keçidi təmin edilib.

Bakıda tanınmış şirkət rəhbərini işçisi like
  • 18 Sen 18:12  
Kriminal Bakıda tanınmış şirkət rəhbərini işçisi

Bakı Ağır Cinayətlər Məhkəməsində şirkət rəhbərini öldürməyə c�

arrow Ətraflı
Ərdoğan Maskdan bunu istədi like
  • 18 Sen 18:10  
Digərləri Ərdoğan Maskdan bunu istədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Tesla" şirkətinin ba�

arrow Ətraflı
Azərbaycan ərazisində mövcud olan qanunsuz erməni silahlılarının sayı like
  • 18 Sen 18:02  
Siyasət Azərbaycan ərazisində mövcud olan qanunsuz erməni silahlılarının sayı

10 min nəfərdən çox erməni silahlı qüvvələri qanunsuz olaraq Azərbayca

arrow Ətraflı
Vətəndaşlar dərmanları daha ucuz qiymətə alacaqlar like
  • 18 Sen 18:00  
Digərləri Vətəndaşlar dərmanları daha ucuz qiymətə alacaqlar

Prezident İlham Əliyevin 15 avqust 2023-cü il tarixli Fərmanı ilə "D�

arrow Ətraflı
Ermənistan öz yolundan dönmədi like
  • 18 Sen 17:59  
Siyasət Ermənistan öz yolundan dönmədi

Azərbaycan qarşı tərəfin israrla davam etdirdiyi təxribatçı addımlarla

arrow Ətraflı
"Bu problem barışıq prosesi yolunda əsas maneədir" like
  • 18 Sen 17:48  
Digərləri "Bu problem barışıq prosesi yolunda əsas maneədir"

İtkin düşmüş şəxslər problemi barışıq prosesi yolunda əsas maneə ol

arrow Ətraflı
Nəsir Əhmədlinin nəvəsi babasının yolunu davam etdirəcək  FOTO like
  • 18 Sen 17:43  
Digərləri Nəsir Əhmədlinin nəvəsi babasının yolunu davam etdirəcək FOTO

Ötən il vəfat edən Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq jurnalis

arrow Ətraflı
Diplomatlar üçün brifinq keçirildi like
  • 18 Sen 17:38  
Siyasət Diplomatlar üçün brifinq keçirildi

18 sentyabr 2023-cü il tarixində, Azərbaycan Respublikası Prezidentinin köm

arrow Ətraflı
Tanınmış aktyor 43 yaşında vəfat etdi like
  • 18 Sen 17:37  
Digərləri Tanınmış aktyor 43 yaşında vəfat etdi

"Emmy" mükafatçısı akyor Billi Miller 43 yaşında vəfat edib.

arrow Ətraflı
XİN: Bizim bütün təkliflərimizi rədd edirlər like
  • 18 Sen 17:33  
Siyasət XİN: Bizim bütün təkliflərimizi rədd edirlər

Ermənistan və qondarma rejim Azərbaycanın bütün təkliflərini rədd edir.

arrow Ətraflı
Dünən ağır qəzada ölən şəxsin görüntüləri like
  • 18 Sen 17:27  
Digərləri Dünən ağır qəzada ölən şəxsin görüntüləri

Bakı-Qazax avtomobil yolunun 114-cü kilometrliyi, Hacıqabul rayonunda yol-nə

arrow Ətraflı
Bolqarıstanın eksprezidenti Azərbaycana təşəkkür etdi like
  • 18 Sen 17:26  
Siyasət Bolqarıstanın eksprezidenti Azərbaycana təşəkkür etdi

"Mən Azərbaycan hökumətinə itkin düşmüş şəxslərin tapılması i

arrow Ətraflı
Şanxay Əməkdaşlıq Təşkilatının nümayəndələri Heydər Əliyev Fondunda olub like
  • 18 Sen 17:18  
Dünya Şanxay Əməkdaşlıq Təşkilatının nümayəndələri Heydər Əliyev Fondunda olub

Bakıya səfər edən Şanxay Əməkdaşlıq Təşkilatının Qonşuluq, Dostluq

arrow Ətraflı
Azərbaycan çətin görünəni BACARDI  Bakı İrəvanı MAT ETDİ: like
  • 18 Sen 17:09  
Siyasət Azərbaycan çətin görünəni BACARDI Bakı İrəvanı MAT ETDİ:

Son illər həm regionda, həm də qlobal arenada çox şey dəyişib. Azərbayc

arrow Ətraflı
Azərbaycanda koronavirusun “Eris” variantı aşkarlanıb? like
  • 18 Sen 17:06  
Digərləri Azərbaycanda koronavirusun “Eris” variantı aşkarlanıb?

"Hazırda Azərbaycanda koronavirusun "Eris" variantının yayıl

arrow Ətraflı