"Bu problem barışıq prosesi yolunda əsas maneədir"
Digərləri 18 Sen 2023 17:48:00 367 0
İtkin düşmüş şəxslər problemi barışıq prosesi yolunda əsas maneə olaraq qalır.
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması" üzrə beynəlxalq konfransda videomüraciətində Serbiyanın keçmiş prezidenti Boris Tadiç deyib.
"Müharibə yaşayan hər bir ölkə bu çağırışla üzləşir. Bununla bağlı olaraq, Azərbaycana bu məsələnin öhdəsindən uğurla gəlməyi arzu edirəm.
Tam əminəm ki, Azərbaycan ekspertlərin və itkin düşmüş şəxslərin axtarışından həqiqətən anlayışı olanların təcrübəsindən yararlanmağı planlaşdırır", - deyə o vurğulayıb.
B.Tadiçin sözlərinə görə, itkin düşmüş şəxslər problemini kim həll etməyə çalışsa da, bu proses insanlar, etnik qruplar və dövlətlər arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi üzrə gərgin əmək tələb edəcək. Bununla əlaqədar olaraq, o, Azərbaycan hökuməti tərəfindən bu cür konfransın təşkilini yüksək qiymətləndirib.
Qeyd edək ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən, humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə 18 sentyabr tarixində "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması" mövzusunda beynəlxalq konfrans keçirilir.
Ötən il vəfat edən Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq jurnalis
18 sentyabr 2023-cü il tarixində, Azərbaycan Respublikası Prezidentinin köm
"Emmy" mükafatçısı akyor Billi Miller 43 yaşında vəfat edib.
Ermənistan və qondarma rejim Azərbaycanın bütün təkliflərini rədd edir.
Bakı-Qazax avtomobil yolunun 114-cü kilometrliyi, Hacıqabul rayonunda yol-nə
"Mən Azərbaycan hökumətinə itkin düşmüş şəxslərin tapılması i
Bakıya səfər edən Şanxay Əməkdaşlıq Təşkilatının Qonşuluq, Dostluq
Son illər həm regionda, həm də qlobal arenada çox şey dəyişib. Azərbayc
"Hazırda Azərbaycanda koronavirusun "Eris" variantının yayıl
Rüşvət müqabilində tikintiyə icazə verməkdə ittiham olunan vəzifəli �
Zaqatalada yağan güclü yağış səbəbindən yaranan sel suları şəxsi evl
Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) məlumatına görə son ay dünya �
Ağdam-Xankəndi yolunun istifadəsi ilə Ermənistan növbəti dəfə beynəlxa
Qalıqları tapılanlarlardan 9 nəfəri hərbi qulluqçu, 1-i isə mülki şəx
"Hazırda bəzi erməni ideoloqları tarixə istinad edərək ermənilərl�