Vilayət Eyvazov türkiyəli həmkarı ilə görüşdü


Digərləri 07 Sen 2023 18:38:00 198 0

Vilayət Eyvazov türkiyəli həmkarı ilə görüşdü

Sentyabrın 7-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının daxili işlər naziri Ali Yerlikayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

DİN-in mətbuat xidmətindən Son.az-a verilən xəbərə görə, qonaqları salamlayan nazir Azərbaycanın Türkiyə ilə əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini, ulu öndər Heydər Əliyevin bu sahədəki xidmətlərini, onun "Bir millət, iki dövlət" siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu məmnunluqla xatırladıb.

Azərbaycanda mövcud olan sabitliyin əhəmiyyətini xüsusi qeyd edən nazir bildirib ki, asayişin və təhlükəsizliyin etibarlı qorunması vətəndaşlarımızın, xarici investorların, o cümlədən türkiyəli iş adamlarının ölkəmizin iqtisadiyyatına sərmayə qoymalarına və əmin-amanlıq şəraitində yaşayıb fəaliyyət göstərmələrinə əlverişli şərait yaradıb.

Nazir Azərbaycan Polisinin və DİN-in Daxili Qoşunlarının respublikada ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə əldə etdiyi müsbət nəticələri də nəzərə çatdıraraq fəaliyyətin təkmilləşdirilməsinə Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Jandarm Qüvvələrinin xüsusi rolunu və xidmətlərini məmnunluqla vurğulayıb və cənab Ali Yerlikayanın şəxsində Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Jandarm Qüvvələrinin rəhbərliyinə təşəkkür edib.

Nazir, cənab Ali Yerlikayanın Azərbaycana ilk rəsmi səfərinin əlaqələrimizin inkişafına və dərinləşməsinə də müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib.

Səmimi qəbula, ətraflı məlumata və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Türkiyənin daxili işlər naziri respublikamıza səfərindən, dost və qardaş ölkələrimizin bölgədə əmin-amanlığa və sabitliyin yaradılmasına ciddi əngəl olan qlobal problemlərə, o cümlədən mütəşəkkil cinayətkarlığın bütün təzahürlərinə qarşı hər zaman vahid mövqedən və birgə səylərlə çıxış etmələrindən, Azərbaycanın sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlikdən məmnunluğunu ifadə edib.

O, həmçinin iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, əlaqələrin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, əməkdaşlığın, təcrübə mübadiləsinin xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət etdiyini vurğulayıb.

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə olunub.

Buraxılış imtahanının nəticələri açıqlandı like
  • 07 Sen 18:24  
Digərləri Buraxılış imtahanının nəticələri açıqlandı

Sentyabrın 3-də keçirilən 9-cu və 11-ci sinif şagirdləri üçün buraxıl

arrow Ətraflı
Avtosığorta ilə bağlı yenilik edilir like
  • 07 Sen 18:21  
Digərləri Avtosığorta ilə bağlı yenilik edilir

Azərbaycanda avtosığorta üzrə qiymətləndirməni süni intellekt apara bil

arrow Ətraflı
Teatr və sərgilərə bilet aldıqda like
  • 07 Sen 18:20  
Digərləri Teatr və sərgilərə bilet aldıqda

Ölkəmizdə fəaliyyət göstərən müxtəlif teatr və sərgilərə bilet sat

arrow Ətraflı
Ukrayna bu tankları qorumağa çalışdı, bacarmadı like
  • 07 Sen 17:59  
Dünya Ukrayna bu tankları qorumağa çalışdı, bacarmadı

Böyük Britaniyanın "Challenger 2" tankı super silah deyil.

arrow Ətraflı
Əfsanəvi təqdimat üçün özəl olaraq hazırlanan kostyumlar like
  • 07 Sen 17:55  
Kriminal Əfsanəvi təqdimat üçün özəl olaraq hazırlanan kostyumlar

Sentyabrın 18-i və 19-da Heydər Əliyev Sarayında görkəmli bəstəkar Arif

arrow Ətraflı
Məşhur aparıcının 100 min dollarlıq üzüyü like
  • 07 Sen 17:26  
Şou-biznes Məşhur aparıcının 100 min dollarlıq üzüyü

Məşhur aparıcı Kseniya Sobçak sosial şəbəkə hesabında ard-arda iki gü

arrow Ətraflı
Sumqayıtda narkotik istifadəçilərinin sayı açıqlandı like
  • 07 Sen 16:25  
Digərləri Sumqayıtda narkotik istifadəçilərinin sayı açıqlandı

Sumqayıt şəhərində rəsmi qeydiyyatda olan narkotik istifadəçilərinin sa

arrow Ətraflı
Bakının “tıxac karnavalı” yaxınlaşır like
  • 07 Sen 16:20  
Digərləri Bakının “tıxac karnavalı” yaxınlaşır

Yeni tədris ilinin başlamasına 10 gün qalıb, amma indidən paytaxtın əsas

arrow Ətraflı
Corcinanın dekolteli libası başına bəla oldu like
  • 07 Sen 16:09  
Şou-biznes Corcinanın dekolteli libası başına bəla oldu

"Venesiya" kinofestivalının qala gecəsinə qatılan dünya futbolun

arrow Ətraflı
Kərkükdə qarşıdurma: like
  • 07 Sen 15:47  
Dünya Kərkükdə qarşıdurma:

Etirazlar Kürdüstan Demokrat Partiyasının (KDP) tərəfdar qrupunun İraqın

arrow Ətraflı
Prezident: Şimali Kiprin bayrağı da bizim tədbirdə dalğalanmalıdır like
  • 07 Sen 15:36  
Siyasət Prezident: Şimali Kiprin bayrağı da bizim tədbirdə dalğalanmalıdır

Bu gün bizim aramızda ilk dəfə olaraq Şimali Kiprin nümayəndəsi də işt

arrow Ətraflı
Bu bina hər an çökə bilər like
  • 07 Sen 15:36  
Digərləri Bu bina hər an çökə bilər

Lənkəranda 26 mənzildən yaşayış binası qəzalı vəziyyətdədir və hə

arrow Ətraflı
İlham Əliyev: Bu, Azərbaycan üçün xarici siyasətdə birinci dərəcəli vəzifədir like
  • 07 Sen 15:30  
Siyasət İlham Əliyev: Bu, Azərbaycan üçün xarici siyasətdə birinci dərəcəli vəzifədir

Azərbaycan üçün türk dövlətləri ilə əlaqələr xarici siyasətdə biri

arrow Ətraflı
Müğənni Qumralın rəqsi gündəm oldu like
  • 07 Sen 15:25  
Şou-biznes Müğənni Qumralın rəqsi gündəm oldu

Təranə Qumral və Musa Musayev cütlüyünün qızı Qumralın sosial mediada

arrow Ətraflı