Kərkükdə qarşıdurma:


Dünya 07 Sen 2023 15:47:00 219 0

Kərkükdə qarşıdurma:

Etirazlar Kürdüstan Demokrat Partiyasının (KDP) tərəfdar qrupunun İraqın Kərkük şəhərində ordunun nəzarətində olan binanı KDP-yə təhvil verməsi barədə qərar qəbul etməsindən sonra başlayıb. Burada yaşayan türkmanlar əsgərlərin şəhəri tərk etməsini və bölgəyə nəzarətin KDP-yə verilməsini istəmirlər.

Son.az axar.az-a istinadən bildirir ki, bu sözləri türkman jurnalist Mehmet Salihi İraqın Kərkük şəhərində türkmanlarla kürdlər arasında baş verən son qarşıdurmanın detalları ilə bağlı danışarkən deyib.

O, Kərkük əhalisinin 6 il əvvəl yaşadığı şəraitə yenidən qayıdacaqları üçün dərin narahatlıq keçirdiklərini bildirib:

"2003-cü ildə Amerikanın işğalından sonra Kərkük tamamilə kürd milislərinə verildi, ölkə yaşayış üçün yararsız hala düşdü. Osmanlı hakimiyyətindən sonra türkmanlar ən sıxıntılı günlərini yaşadılar: uşaq qaçırmaq, gecələr türkmanların evlərinə baxış keçirmək, iş imkanı verməmək və s. Onlar bu təzyiqlərlə türkmanları Kərkükdən çıxarmağa çalışıblar. 16 oktyabr 2017-ci il tarixində Xalq Qüvvələri Kərkükü azad etdi. Bundan sonra kürd silahlıları şəhəri tərk etdi və Kərkük əhalisi 14 ildən sonra dərindən nəfəs aldı. Oktyabrın 16-dan şəhərdə sabitlik hökm sürürdü. Hazırda İraq dövlətinə bağlı federal hərbi birləşmələr Kərkükün təhlükəsizliyini qoruyur. Ancaq siyasi razılaşma nəticəsində federal əsgərin uzaqlaşdırılması və KDP qüvvələrinin qərargahlarına gətirilməsi məsələsi gündəmə gəlib. 16 oktyabr 2017-ci il tarixinə qədər olan vəziyyətin təkrarlanmaması üçün kərküklülər Hərbi Qərargahın qarşısına toplaşaraq əsgərlərin Kərkükdən çıxmasına əngəl oldular. Vəziyyətə etiraz edən və çadırlarda qalan kərküklülər isə KDP tərəfdarlarının hücumuna məruz qaldı. KDP tərəfdarları maşınları yandırdılar, ərazidəki polis və hərbi maşınlara hücum etdilər. Əsgərlər və polislər özlərini müdafiə etdilər. Beləliklə, kürdlər Kərkükdə döyüşə başladılar".

Hazırda əsgərlərin Kərkükdən çıxarılması prosesinin dayandırıldığını deyən Salihi bildirib ki, əhali hökumətin qərarını gözləyir:

"Kərkükün şimal hissəsini ələ keçirmək istəyən PKK silahlıları polislərə atəş açdı. Silahlı qarşıdurmada terrorçularından 4-ü öldürülüb. Təhlükəsizlik qüvvələri vəziyyətə nəzarət etmək üçün şəhərdə 2 gün komendant saatı elan edib. Hazırda bu qadağa aradan götürülüb və siyasi danışıqlar gedir. Türkmanlar veriləcək qərarı gözləyirlər".

O bildirib ki, belə hadisələrin yaşanmaması üçün PKK-nın Kərkükdəki təlim düşərgələri yığışdırılmalıdır:

"Türkmanlar olaraq bundan əvvəl də dövlətdən PKK-nın Kərkükün Altunkörpü qəsəbəsindəki təlim düşərgələrinin bağlanmasını tələb etmişik. Lakin müraciətimizə heç kim əhəmiyyət verməyib. Bu gün PKK silahı ilə Kərkükün göbəyində kürd bayrağını gəzdirir, təhlükəsizlik qüvvələrinə hücum edirlər".

Türkman jurnalist dünya ölkələrinin yaşanan olaylara biganəliyindən gileylənib:

"İraq dövləti də daxil olmaqla heç kim türkmanlar üçün hayqırmır. Sanki Kərkükün PKK kimi terror təşkilatları ilə dolduğunu, türkmanlara işgəncə verildiyini görmürlər. 9 yaşımdan bu savaşın içindəyəm. Biz türklər bunların əlində əsir qaldıq. Başda can Azərbaycan olmaqla, bütün Türk dünyasının yanımızda duracağına ümid edirik".

Qeyd edək ki, İraq hökumətinin Kərkükdə qərargah binasını KDP-yə (Kürdüstan Demokratik Partiyası) verməsi qərarı türkmanlar tərəfindən böyük etirazla qarşılanıb. Türkmanların qətiyyətli etirazından sonra şəhərdə yaşayan kürdlər iğtişaşlar törədərək təhlükəsizlik qüvvələrinə hücum edib.

Son.az     

Prezident: Şimali Kiprin bayrağı da bizim tədbirdə dalğalanmalıdır like
  • 07 Sen 15:36  
Siyasət Prezident: Şimali Kiprin bayrağı da bizim tədbirdə dalğalanmalıdır

Bu gün bizim aramızda ilk dəfə olaraq Şimali Kiprin nümayəndəsi də işt

arrow Ətraflı
Bu bina hər an çökə bilər like
  • 07 Sen 15:36  
Digərləri Bu bina hər an çökə bilər

Lənkəranda 26 mənzildən yaşayış binası qəzalı vəziyyətdədir və hə

arrow Ətraflı
İlham Əliyev: Bu, Azərbaycan üçün xarici siyasətdə birinci dərəcəli vəzifədir like
  • 07 Sen 15:30  
Siyasət İlham Əliyev: Bu, Azərbaycan üçün xarici siyasətdə birinci dərəcəli vəzifədir

Azərbaycan üçün türk dövlətləri ilə əlaqələr xarici siyasətdə biri

arrow Ətraflı
Müğənni Qumralın rəqsi gündəm oldu like
  • 07 Sen 15:25  
Şou-biznes Müğənni Qumralın rəqsi gündəm oldu

Təranə Qumral və Musa Musayev cütlüyünün qızı Qumralın sosial mediada

arrow Ətraflı
“Android”in yeni loqosu təqdim olundu like
  • 07 Sen 15:14  
Digərləri “Android”in yeni loqosu təqdim olundu

"Android" mobil əməliyyat sistemi dörd il ərzində ilk dəfə öz

arrow Ətraflı
İranla İsrail bu halda barışa bilər… like
  • 07 Sen 14:52  
Dünya İranla İsrail bu halda barışa bilər…

İran və İsrail arasında kompromis tapmaq asan olmayacaq, amma mümkündür.

arrow Ətraflı
AzərbaycanErmənistan münasibətlərinin tənzimlənməsi üzrə işləməyə davam edirik like
  • 07 Sen 14:43  
Digərləri AzərbaycanErmənistan münasibətlərinin tənzimlənməsi üzrə işləməyə davam edirik

Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərinin tənzimlənməsi

arrow Ətraflı
Xoşqədəm: "Sevə və işləyə bilən insan..." like
  • 07 Sen 14:41  
Şou-biznes Xoşqədəm: "Sevə və işləyə bilən insan..."

"Sevə və işləyə bilən insan sağlamdır". 

arrow Ətraflı
Bu qurumun əməkdaşları ağır qəza keçirdi  Ölən və yaralananlar var like
  • 07 Sen 14:39  
Digərləri Bu qurumun əməkdaşları ağır qəza keçirdi Ölən və yaralananlar var

Tərtərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

arrow Ətraflı
Zərərçəkmiş Bakının mərkəzində onu öldürmək istəyənlərdən şikayətçi olmadı  VİDEO like
  • 07 Sen 14:20  
Kriminal Zərərçəkmiş Bakının mərkəzində onu öldürmək istəyənlərdən şikayətçi olmadı VİDEO

Bakının mərkəzində silahlı insident törətməkdə ittiham olunanlar - Şa

arrow Ətraflı
Zaxarova Simonyanı "səviyyəsiz" adlandırdı like
  • 07 Sen 14:15  
Dünya Zaxarova Simonyanı "səviyyəsiz" adlandırdı

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermən

arrow Ətraflı