Hipermarketdə baş vermiş silahlı insidentlə bağlı cinayət işinin istintaqı yekunlaşdı


Digərləri 07 Sen 2023 11:57:00 229 0

Hipermarketdə baş vermiş silahlı insidentlə bağlı cinayət işinin istintaqı yekunlaşdı

Hipermarketdə baş vermiş silahlı insidentlə bağlı cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketə edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış və banka məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilməsi, onun mühafizəsini təşkil edən Rüfət Həşimovun isə öldürülməsi, eləcə də, külli miqdarda pul vəsaitinin ələ keçirilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Cinayət işi üzrə toplanmış mötəbər sübutlar əsasında 6 nəfər - 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə və öldürməyə cəhd etməyə görə, 3 şəxs eyni əməllərinin törədilməsinə köməkliyə görə, 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah hazırlamağa köməkliyə görə, 1 şəxs isə bu cinayət əməlini törətməyə təhrik etməyə görə cinayət məsuiyyətinə cəlb edilib.

Belə ki, cinayəti icra etmiş Dəyanət Qudrətova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə), 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında, ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən iki şəxsi qəsdən öldürməyə cəhd) 181.3.2 (sağlamlığa ağır zərər vurmaqla quldurluq), 228.2.1, (qanunsuz olaraq odlu silah, onun komplekt hissələri və döyüş sursatını əldə etmə, daşıma və gəzdirmə) 229.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah hazırlama) və digər maddələri, cinayətin törədilməsində köməkçilər - Azər Məmmədov, İbrahim İbrahimov və Səbuhi Qurbanova həmin Məcəllənin 32.5, 120.2.1, 32.5, 120.2.3, 32.5, 120.2.11, 32.5, 29, 120.2.1, 32.5, 29, 120.2.3, 32.5, 29, 120.2.11, 32.5, 29, 120.2.7, 32.5, 181.3.2, 228.2.1, 229.2.1 və digər maddələri, cinayətin törədilməsində köməkçi - Rövşən İsmayılova həmin Məcəllənin 228.2.1 və 32.5, 229.2.1-ci, cinayətin törədilməsində təhrikçi Babək İsgəndərova isə qeyd olunan Məcəllənin 228.2.1 və 32.3, 229.2.1-ci maddələri ilə ittiham elan edilib.

Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

Ölmüş təqsirləndirilən şəxs Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilmiş olsa da, onun barəsində cinayət yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə iş materiallarından barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.

Cinayətin törədilməsində istifadə edilən AKS Lancaster-03" markalı yivsiz ov tüfəngi, "Makarov" tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan "Minta37" markalı tapança, çoxsaylı döyüş sursatları, banka məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul vəsaitləri aşkar edilərək götürülüb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Son.az

Flora Xəlilova “Şöhrət” ordeni ilə təltif edilib like
  • 07 Sen 11:54  
Siyasət Flora Xəlilova “Şöhrət” ordeni ilə təltif edilib

Flora Fətula qızı Xəlilova "Şöhrət" ordeni ilə təltif edilib.

arrow Ətraflı
İlham Əliyev Yurgen Riqterinki qəbul edib like
  • 07 Sen 11:49  
Siyasət İlham Əliyev Yurgen Riqterinki qəbul edib

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezide

arrow Ətraflı
Kəlbəcərə əhalinin köçürüləcəyi vaxt açıqlandı like
  • 07 Sen 11:49  
Digərləri Kəlbəcərə əhalinin köçürüləcəyi vaxt açıqlandı

Kəlbəcərdə 2022-ci ildə yaşayış məntəqələri üzrə 983,71 hektar ər

arrow Ətraflı
Səmayənin ölümü 3cü dəfə araşdırılacaq like
  • 07 Sen 11:47  
Kriminal Səmayənin ölümü 3cü dəfə araşdırılacaq

İki il əvvəl Sabirabadda vəfat edən 20 yaşlı Səmayə Zeynalovanın öl�

arrow Ətraflı
Payız fəsli Azərbaycana bu tarixdə daxil olacaq like
  • 07 Sen 11:38  
Digərləri Payız fəsli Azərbaycana bu tarixdə daxil olacaq

Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 10:49:56-da daxil olacaq.​

arrow Ətraflı
Afaq Gəncəliyə ad günü sürprizi  VİDEO like
  • 07 Sen 11:36  
Şou-biznes Afaq Gəncəliyə ad günü sürprizi VİDEO

Tanınmış aparıcı Afaq Gəncəliyə doğum günü sürprizi edilib.

arrow Ətraflı
Arif Babayev vəzifəsindən getdi  Yerinə o təyin edildi like
  • 07 Sen 11:35  
Şou-biznes Arif Babayev vəzifəsindən getdi Yerinə o təyin edildi

Xalq artisti Mənsum İbrahimova vəzifə verilib. Son.az bizim.media-ya isti

arrow Ətraflı
Zəlzələ baş verəndə ilk köməyə gələn qardaşlarımız oldu  Türkiyə DİN rəhbəri like
  • 07 Sen 11:25  
Digərləri Zəlzələ baş verəndə ilk köməyə gələn qardaşlarımız oldu Türkiyə DİN rəhbəri

Türk dövlətləri təşkilatı qardaşlıq hüququna dayanan bir təşkilatdı

arrow Ətraflı
Binəqədidə YAP fəalları ilə görüş keçirilib like
  • 07 Sen 11:20  
Digərləri Binəqədidə YAP fəalları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsm

arrow Ətraflı
Bakıda daha bir beynəlxalq konfrans keçirilir like
  • 07 Sen 10:53  
Digərləri Bakıda daha bir beynəlxalq konfrans keçirilir

Heydər Əliyev Mərkəzində Azərbaycanda ilk dəfə sosial xidmətlər sahəs

arrow Ətraflı
20 yaşlı tələbə qəfil öldü  FOTO like
  • 07 Sen 10:52  
Digərləri 20 yaşlı tələbə qəfil öldü FOTO

Türkiyədə 20 yaşlı tələbə qızın evdən cansız bədəni tapılıb.

arrow Ətraflı
Metroda kartla ödəniş ləğv edilir?  AÇIQLAMA like
  • 07 Sen 10:30  
Digərləri Metroda kartla ödəniş ləğv edilir? AÇIQLAMA

Dünəndən etibarən "Bakı Metropoliteni" QSC-də pilot layihə kimi

arrow Ətraflı
Bakıda TDT nazirlərinin iclası keçirilir like
  • 07 Sen 10:24  
Digərləri Bakıda TDT nazirlərinin iclası keçirilir

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Bakıda

arrow Ətraflı
"İranda repressiyalar güclənib, yeni etirazlar başlayır" like
  • 07 Sen 10:19  
Digərləri "İranda repressiyalar güclənib, yeni etirazlar başlayır"

İranda bəzi təşkilatlar hakimiyyətin tətbiq etdiyi hicab qaydalarını poz

arrow Ətraflı