"İranda repressiyalar güclənib, yeni etirazlar başlayır"


Digərləri 07 Sen 2023 10:19:00 260 0

"İranda repressiyalar güclənib, yeni etirazlar başlayır"

İranda bəzi təşkilatlar hakimiyyətin tətbiq etdiyi hicab qaydalarını pozduğuna görə həbs olunan və işgəncə nəticəsində öldürülən gənc qadın Məhsa Əmininin qətlə yetirməsinin ildönümü ilə əlaqədar etiraz aksiyası keçirməyi planlaşdırırlar.

Son.az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, sentyabrın 16-da İranın müxtəlif şəhərlərində etiraz aksiyaları keçirilə bilər: "Təşkilatçılar artıq etirazlarla bağlı təbliğat kampaniyalarına başlayıblar. Onlar aksiyalarla bağlı elanları kağız valyutalara yazır və paylayırlar".

İnstitutun məlumatına görə, İrandakı mövcud rejim etirazların qarşısını almaq üçün addımlar atır: "Hakimiyyət baş verən nümayişləri dağıtmağa çalışacaq. Rejim etirazçıların ailə üzvlərinin həbsini davam etdirir. Bundan başqa, universitetlərdə respressiyalar gücləndirilib. Təkcə avqustun 29-da ən azı 10 professor işdən çıxarılıb. Rejim universitetləri hədəfə alır, çünki keçən ilki Mahsa Əmini hərəkatına ali məktəb tələbələri başçılıq edirdi. Rejim həmçinin Kürdüstan vilayətinin müxtəlif şəhərlərinin girişlərində nəzarət-buraxılış məntəqələri qurub, Kürdüstan və Qərbi Azərbaycan vilayətlərinə təhlükəsizlik qüvvələri və helikopterlər yerləşdirib. Çünki 2022-ci il sentyabrın 16-dan dekabrın 22-dək rejim əleyhinə etirazların təxminən 21 faizi Kürdüstan və Qərbi Azərbaycan əyalətlərində baş verib".

Xatırladaq ki, 2022-ci il sentyabrın 16-da 22 yaşlı M.Əmini İran rejiminin tətbiq etdiyi hicab qaydalarını pozduğuna görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Dindirildikdən sonra o, xəstəxanaya aparılıb və orada komaya düşüb. Sentyabrın 16-da Əmini 22 yaşında vəfat edib. Rəsmilər qızın ölüm səbəbinin infarkt olduğunu bildirib. Lakin onun yaxınları dindirmə zamanı onun vəhşicəsinə döyüldüyünü deyirlər.

Hadisədən sonra İranı genişmiqyaslı etirazlar bürüyüb. İğtişaşlar zamanı yüzlərlə adam öldürülüb.

Qeyd edək ki, 1979-cu il İslam İnqilabı dini qanunların sərt təfsirini tətbiq edəndən bəri qadınlar qanunla saçlarını hicab ilə örtməlidirlər. Qanunu pozan qadınları cərimə və ya həbs gözləyir.

Son.az 

Ermənilər səngər qazmaq istədi, like
  • 07 Sen 10:09  
Siyasət Ermənilər səngər qazmaq istədi,

Sentyabrın 7-si saat 07:50 radələrində Rusiya sülhməramlı kontingentinin

arrow Ətraflı
Özündən 23 yaş kiçik model öpüşərkən görüntüləndi like
  • 07 Sen 10:08  
Şou-biznes Özündən 23 yaş kiçik model öpüşərkən görüntüləndi

Məşhur aktyor Leonardo Di Kaprio və italyalı model Vittoria Ceretti İbizada

arrow Ətraflı
Leysan nəticəsində İsmayıllıLahıc yolu bağlanıb like
  • 07 Sen 09:59  
Digərləri Leysan nəticəsində İsmayıllıLahıc yolu bağlanıb

Dünən gecə saatlarında güclü külək və leysan yağışı nəticəsində

arrow Ətraflı
Blinken Kuleba ilə Kiyevdəki "McDonald's" reastoranında yemək yedi like
  • 07 Sen 09:27  
Dünya Blinken Kuleba ilə Kiyevdəki "McDonald's" reastoranında yemək yedi

ABŞ dövlət katibi Entoni Blinken və Ukraynanın xarici işlər naziri Dmitri

arrow Ətraflı
Paytaxtda 26 yaşlı qız intihar edib like
  • 07 Sen 09:22  
Digərləri Paytaxtda 26 yaşlı qız intihar edib

Bakıda 26 yaşlı qadın özünü öldürüb.

arrow Ətraflı
Harri Potter sevənlərə şad xəbər like
  • 07 Sen 09:16  
Şou-biznes Harri Potter sevənlərə şad xəbər

İngilis yazıçısı C.K.Roulinqin yazdığı "Harri Potter" fantasti

arrow Ətraflı
İranda qar uçqunu  Ölənlər var like
  • 07 Sen 09:10  
Digərləri İranda qar uçqunu Ölənlər var

İranın cənub-qərbində qar uçqunu nəticəsində iki nəfər ölüb.

arrow Ətraflı
"Məktəblərdə dərslərin rus dilində keçirilməsi qanuna ziddir" like
  • 07 Sen 08:58  
Dünya "Məktəblərdə dərslərin rus dilində keçirilməsi qanuna ziddir"

Ukrayna məktəblərində rus dilində dərslərin keçirilməsi qanuna ziddir,

arrow Ətraflı
Gecə klubunda atışma like
  • 07 Sen 08:50  
Digərləri Gecə klubunda atışma

Türkiyənin Bursa şəhərinin Nilüfər rayonundakı gecə klubunda düşən s

arrow Ətraflı
Bakıda kişi keçmiş arvadının maşınını qaçırıb like
  • 07 Sen 08:48  
Digərləri Bakıda kişi keçmiş arvadının maşınını qaçırıb

Bakının Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

arrow Ətraflı
Samirə Bağırovadan Nizami Orucova: Bu, bakirəlik haqqında xəbər verən yengəyə bənzəyir... like
  • 07 Sen 08:44  
Şou-biznes Samirə Bağırovadan Nizami Orucova: Bu, bakirəlik haqqında xəbər verən yengəyə bənzəyir...

Tanınmış psixoloq Samirə Bağırova həmkarı Nizami Orucovun onun barəsind

arrow Ətraflı
General rüşvətə görə həbs olundu like
  • 07 Sen 08:42  
Dünya General rüşvətə görə həbs olundu

Moskva Qarnizonu Hərbi Məhkəməsi general-mayor Konstantin Oqiyenkonu rüşv�

arrow Ətraflı
Moskva vilayətinə yenə dron hücumu olub  VİDEO  FOTO like
  • 07 Sen 08:40  
Dünya Moskva vilayətinə yenə dron hücumu olub VİDEO FOTO

Rusiyanın Moskva vilayətinə dron hücumu olub.

arrow Ətraflı