Neftin bahalaşması əhalinin sosial həyatına necə təsir edəcək?


Digərləri 05 Sen 2023 19:26:00 240 0

Neftin bahalaşması əhalinin sosial həyatına necə təsir edəcək?

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 1.20% və ya 1.13 dollar artaraq, 94.63 ABŞ dolları təşkil edib. Azərbaycanın 2023-cü il dövlət büdcəsində isə neftin bir barelinin qiyməti 60 ABŞ dolları dəyərində götürülüb. Göründüyü kimi, dünya bazarında neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulduğundan xeyli yüksəkdir.

Bunun dövlət üçün faydalarından danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, dünya bazarında neftin qiymətinin artması bir tərəfdən Dövlət Neft Fonduna, eləcə də, büdcəyə daxilolmalara birbaşa təsir göstərir.

"Xüsusilə nəzərə alsaq ki, neftin qiymətinin qalxması Azərbaycanın dövlət aktivlərinin artmasına təsir göstərir. Bu baxımdan təbii ki, neftin qiymətinin artması Azərbaycan üçün fiskal baxımdan əhəmiyyətlidir və büdcə gəlirlərindəki artımlar da nəticə etibarilə həm də xərcləmələrə birbaşa təsir göstərir. Əslində 2023-cü ilin dövlət büdcəsinə əlavə və dəyişikliklərin edilməsinin əsas səbəblərindən biri də neftin dünya bazarında qiymətinin proqnoz qiymətdən daha yüksək olması ilə əlaqədar idi.

Bu baxımdan, neftin qiymətinin artması dövlət büdcəsindən xərcləmələr üçün, xüsusən də xərcləmələrən vaxtında və nəzərdə tutulan məbləğdə həyata keçirilməsi baxımından imkanlar yaradır. Bu, həm işğaldan azad edilmiş ərazilərin bərpasının maliyyə baxımından təminatı üçün vacibdir, digər tərəfdən, dövlət büdcəsindən maliyyələşən layihələrin icrasına, o cümlədən, sosial proqramların maliyyələşməsinə müsbət təsir göstərir", - deyə deputat bildirib.

O qeyd edib ki, büdcə gəlirləri nə qədər artırsa, büdcədən sosial istiqamətə ayrılan vəsaitlərin həcmində də artımlar müşahidə olunur.

"2023-cü ilin dövlət büdcəsinin xərclərində sosial sahəyə ayrılan vəsaitlərin həcmi ümumi büdcə gəlirlərinin 46 faizini təşkil edir. Bu da ondan xəbər verir ki, büdcə gəlirlərinin artması kontekstində sosial təminat tədbirlərinin gücləndirilməsi prioritetliyini qoruyub saxlayır. Bu da daha çox sosial proqramların genişləndirilməsi və sosial təminat tədbirlərinin gücləndirilməsinə imkan yaradır", - deyə deputat əlavə edib. Son.az

Zarina: "Gülüşlərimin arxasında gizlətdiyim..." like
  • 05 Sen 19:15  
Şou-biznes Zarina: "Gülüşlərimin arxasında gizlətdiyim..."

"Salam mən Zarina. Bu arada sizlərlə yenidən tanışdıq axı..."

arrow Ətraflı
Rusiyalı deputat qarajında ​​çətənə plantasiyası yetişdirib like
  • 05 Sen 19:04  
Digərləri Rusiyalı deputat qarajında ​​çətənə plantasiyası yetişdirib

Moskva vilayətində Şabolda soyadlı deputat saxlanılıb.

arrow Ətraflı
Elektron Təhlükəsizlik Xidməti bu məhsulla bağlı xəbərdarlıq etdi like
  • 05 Sen 18:53  
Digərləri Elektron Təhlükəsizlik Xidməti bu məhsulla bağlı xəbərdarlıq etdi

"VMware Aria Operations for Networks" məhsulunda kritik boşluq aşka

arrow Ətraflı
Elnarə bacısının fotosunu paylaşıb bunları yazdı like
  • 05 Sen 18:42  
Şou-biznes Elnarə bacısının fotosunu paylaşıb bunları yazdı

Müğənni Elnarə Xəlilova bacısı ilə bağlı paylaşım edib. 

arrow Ətraflı
Yerə tüpürənlər cərimələnəcək like
  • 05 Sen 18:31  
Dünya Yerə tüpürənlər cərimələnəcək

Yaroslavl vilayətinin sakinlərinə ictimai yerlərdə tüpürmək qadağan edi

arrow Ətraflı
Prezident İlham Əliyev Slovakiya parlamentinin sədrini qəbul edib  FOTO like
  • 05 Sen 18:27  
Siyasət Prezident İlham Əliyev Slovakiya parlamentinin sədrini qəbul edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Slovak

arrow Ətraflı
Ukrayna ordusu Krıma girmək üçün bunu etməlidir like
  • 05 Sen 18:20  
Dünya Ukrayna ordusu Krıma girmək üçün bunu etməlidir

Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı davam edir. Onlar (uk

arrow Ətraflı
Mehdiabad qəsəbəsində yaşayış evlərinə gedən yolu satıblar.. like
  • 05 Sen 17:58  
Digərləri Mehdiabad qəsəbəsində yaşayış evlərinə gedən yolu satıblar..

Abşeron rayon Mehdiabad qəsəbəsində ərazinin qanunsuz olaraq satıldığı

arrow Ətraflı
Tələbələrin köçürülməsi üzrə nəticələr like
  • 05 Sen 17:52  
Digərləri Tələbələrin köçürülməsi üzrə nəticələr

Tələbələrin ölkə daxilində yerləşən orta ixtisas və ali təhsil müə

arrow Ətraflı
Özbəkistan Türkiyədən avtomobil sənayesi məhsulları idxalını artırdı like
  • 05 Sen 17:48  
Digərləri Özbəkistan Türkiyədən avtomobil sənayesi məhsulları idxalını artırdı

Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında Özbəkistana avtomobil sənaye

arrow Ətraflı
Qadın jurnalistə yenidən həbs cəzası verildi like
  • 05 Sen 17:47  
Digərləri Qadın jurnalistə yenidən həbs cəzası verildi

İranın Məhkəmə Sistemi həbsdə saxlanılan qadın jurnalist Nazilə Məruf

arrow Ətraflı
Əslində biz gözləyirdik ki, ermənilər bunu müsbət qarşılayacaq  Novruz Aslan like
  • 05 Sen 17:40  
Digərləri Əslində biz gözləyirdik ki, ermənilər bunu müsbət qarşılayacaq Novruz Aslan

Biz Xankəndidə yaşayan erməni əhaliyə kömək etməyə hazır olduğumuzu,

arrow Ətraflı
FHNdən hava şəraiti ilə bağlı like
  • 05 Sen 17:26  
Digərləri FHNdən hava şəraiti ilə bağlı

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 6-sı axş

arrow Ətraflı
Ukraynanın ləng hücumu: like
  • 05 Sen 17:25  
Dünya Ukraynanın ləng hücumu:

Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun aşağı tempidən narazı olan

arrow Ətraflı