"Salam" Beynəlxalq Yeniyetmə Film Festivalının İkinci buraxılışı ərzində iştirakçılar 20 qısametrajlı film çəkdilər


Kriminal 05 Sen 2023 18:19:00 246 0

"Salam" Beynəlxalq Yeniyetmə Film Festivalının İkinci buraxılışı ərzində iştirakçılar 20 qısametrajlı film çəkdilər

Salam Beynəlxalq Yeniyetmə Film Festivalının ikinci buraxılışının sonuncu günündə yeniyetmələr Kinomarafon zamanı çəkdikləri qısa filmləri böyük ekranda izlədilər. "Kinomarafon" seminarı Azərbaycan Kinomarafonu layihəsinin prinsiplərinə uyğun olaraq keçirilir. Azərbaycan Kinomarafonu (CineMarathon/Azerbaijan) öz fəaliyyətini 2012-ci ilin sentyabr ayında, 2004-cü ildə ABŞ-da yaranmış və sonradan bir çox ölkədə geniş populyarlıq qazanan beynəlxalq Cinemasports (cinemasports.com) layihəsi çərçivəsində başlayıb. "Cinemasports"un əsas ideyası ondan ibarətdir ki, iştirakçılar bir komanda şəklində yaxud ayrı-ayrılıqda, verilmiş mövzuda yaxud müəyyən elementlərin (bu tərkib hissələri tədbir günü élan olunur) iştirakı ilə, qısa müddət (10 ya da 24,48 saat) ərzində, əl altında olan istənilən vasitədən istifadə edərək qısametrajlı film hazırlasınlar. Belə tədbir Kinomarafon adlanır. Salam BYFF - nın Kinomarafonu zamanı çəkilmiş filmlərin nümayişi müəlliflərin təqdimi, hazır işlərin müzakirəsi, kinomarafon mentorlarının və festival qonaqlarının rəyləri ilə müşayiət olunur.

Qeyd edək ki, Kinomarafonun əsas məqsədi - hazır işlərin qiymətləndirilməsi deyil,

iştirakçılara ekstremal məhdud zaman hüdudları şəraitində yaradıcı prosesi hiss etmək, özünü ifadə etmək imkanı yaratmaqdır. Burada isə ilk öncə peşəkar hazırlıq yox, istedad, fərasət, kreativlik və intuisiya rol oynayır. Salam festivalın ikinci buraxılışı Kinomarafonunun mentorları: Azerbaycan Kinomarafonunun yaradıcıları olan Qurban Bünyatov və Eldar İsmayılov, eləcə də, "dOM" teatrının təsisçisi Tərlan Rəsulov, rejissor Orxan Ağazadə və sənətşunas, "Asmart" Creative Hub-ın təsisçisi Əsmər Abdullayevanın rəylərinə görə, bu ilki Kinomarafon çox uğurlu keçmiş, festivalın iştirakçıları tərəfindən çəkilən filmlər həddən artıq maraqlı alınmışdır. 350-yə yaxın yeniyetmə qruplara bölünərək 4 gün ərzində 20 qısametrajlı film ərsəyə gətirmişlər. 31 avqustda bu filmlərin böyük ekranda nümayişi zalda böyük canlanmaya səbəb olmuş, dərin təəssüratlar buraxmışdır.

"Narimanfilm" kinostudiyası "Salam" Beynəlxalq Yeniyetmə Film Festivalını Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Elm və Təhsil Nazirliyinin dəstəyi, həmçinin "PAŞA Holdinq"in baş sponsorluğu ilə keçirir.

Kinostudiya tərəfindən 2-5 sentyabr 2019-cu il tarixlərində keçirilən birinci "Salam" Beynəlxalq Yeniyetmə Film Festivalı çox böyük müvəffəqiyyətlə baş tutmuşdu. Müxtəlif ölkələrin filmlərinin nümayişi, rejissor və aktyorlarla görüşlərin keçirilməsi, filmlərin müzakirə olunması, eləcə də, Festival ərzində yeniyetmələr tərəfindən çəkilmiş qısa video çarxların ekranda nümayiş etdirilməsi  qonaqlarda və iştirakçılarda xoş təəssürat yaratmış, tədbirdə iştirak edən 300-ə yaxın yeniyetmənin hər biri həmin dörd günü məmnunluq hissi ilə keçirmişdi. Bir sözlə, 11 ölkənin (Almaniya, İtaliya, Makedoniya, Gürcüstan, Rusiya, Ukrayna, Türkiyə, Xorvatiya, Hindistan, Pakistan və Azərbaycan) nümayəndələrini öz sıralarında birləşdirən Festival cəmiyyətimizin mədəni həyatında özünəməxsus yer tutmağa nail olmuş,  həm Azərbaycanda, həm də digər ölkələrdə müsbət əks-səda doğurmuşdu. Bunun nəticəsi olaraq, ikinci "Salam" BYFF-da iştirak üçün "Narimanfilm"-ə həm Bakı və regionların məktəblərindən, həm də xarici ölkələrdən müraciətlər gəlməyə başlamışdı.

Qeyd etmək istəyirik ki, "Salam" BYFF - nın əsas məqsədi Azərbaycan və digər ölkələrin yeniyetmələri arasında dostluq əlaqələrinin yaradılması, Vətənimizin mədəniyyətinin təbliği, gəncliyimizin ümumdünya mənəvi dəyərlərinə uyğun tərbiyə olunması, həmçinin, festivalda  keyfiyyətli, professional bədii filmlərin nümayişi sayəsində yeniyetmələrdə yüksək bədii zövqün inkişaf etdirilməsinə zəmin yaradılmasıdır.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Son.az, Azernews.Az

Mehdiabad qəsəbəsində yaşayış evlərinə gedən yolu satıblar.. like
  • 05 Sen 17:58  
Digərləri Mehdiabad qəsəbəsində yaşayış evlərinə gedən yolu satıblar..

Abşeron rayon Mehdiabad qəsəbəsində ərazinin qanunsuz olaraq satıldığı

arrow Ətraflı
Tələbələrin köçürülməsi üzrə nəticələr like
  • 05 Sen 17:52  
Digərləri Tələbələrin köçürülməsi üzrə nəticələr

Tələbələrin ölkə daxilində yerləşən orta ixtisas və ali təhsil müə

arrow Ətraflı
Özbəkistan Türkiyədən avtomobil sənayesi məhsulları idxalını artırdı like
  • 05 Sen 17:48  
Digərləri Özbəkistan Türkiyədən avtomobil sənayesi məhsulları idxalını artırdı

Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında Özbəkistana avtomobil sənaye

arrow Ətraflı
Qadın jurnalistə yenidən həbs cəzası verildi like
  • 05 Sen 17:47  
Digərləri Qadın jurnalistə yenidən həbs cəzası verildi

İranın Məhkəmə Sistemi həbsdə saxlanılan qadın jurnalist Nazilə Məruf

arrow Ətraflı
Əslində biz gözləyirdik ki, ermənilər bunu müsbət qarşılayacaq  Novruz Aslan like
  • 05 Sen 17:40  
Digərləri Əslində biz gözləyirdik ki, ermənilər bunu müsbət qarşılayacaq Novruz Aslan

Biz Xankəndidə yaşayan erməni əhaliyə kömək etməyə hazır olduğumuzu,

arrow Ətraflı
FHNdən hava şəraiti ilə bağlı like
  • 05 Sen 17:26  
Digərləri FHNdən hava şəraiti ilə bağlı

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 6-sı axş

arrow Ətraflı
Ukraynanın ləng hücumu: like
  • 05 Sen 17:25  
Dünya Ukraynanın ləng hücumu:

Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun aşağı tempidən narazı olan

arrow Ətraflı
Slovakiya parlament nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib  FOTO like
  • 05 Sen 17:21  
Digərləri Slovakiya parlament nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib FOTO

Azərbaycan Respublikasında səfərdə olan Slovakiya parlamentinin sədri Bori

arrow Ətraflı
UNESCO Qərbi Azərbaycan İcmasının müraciətinə müsbət cavab verdi like
  • 05 Sen 16:57  
Digərləri UNESCO Qərbi Azərbaycan İcmasının müraciətinə müsbət cavab verdi

Qərbi Azərbaycan İcması UNESCO ilə predmetli dialoqu çərçivəsində konk

arrow Ətraflı
Azərbaycanda 60 yaşlı müəllim işdən like
  • 05 Sen 16:52  
Digərləri Azərbaycanda 60 yaşlı müəllim işdən

Sertifikasiya imtahanından kəsilən, növbəti imtahanda isə iştirak etməy�

arrow Ətraflı
Almaniya Türkiyədən polad məhsulları idxalını azaltdı like
  • 05 Sen 16:50  
Digərləri Almaniya Türkiyədən polad məhsulları idxalını azaltdı

Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında Özbəkistana avtomobil sənaye

arrow Ətraflı
Ərdoğanın Rusiyaya səfəri qələbənin simvoludur like
  • 05 Sen 16:41  
Dünya Ərdoğanın Rusiyaya səfəri qələbənin simvoludur

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan�

arrow Ətraflı
Bakıxanov Mallda “CinemaPlus” kinoteatrı açıldı like
  • 05 Sen 16:36  
Kriminal Bakıxanov Mallda “CinemaPlus” kinoteatrı açıldı

Əziz kinosevərlərə şad xəbərimiz var!

arrow Ətraflı
"29 ildir ki, qardaşımın həsrəti ilə yaşayırıq" like
  • 05 Sen 16:32  
Digərləri "29 ildir ki, qardaşımın həsrəti ilə yaşayırıq"

29 ildir ki, qardaşımın həsrəti ilə yaşayırıq.

arrow Ətraflı
"Bura cütləşmək üçün yer deyil"  Müğənni konsertində biabır etdi like
  • 05 Sen 16:30  
Şou-biznes "Bura cütləşmək üçün yer deyil" Müğənni konsertində biabır etdi

Türkiyəli müğənni Cem Adrian İzmirdəki konsertində tamaşaçıların dav

arrow Ətraflı