Cəlal Qurbanov: Onlar Vətəni ataları kimi sevirlər


Digərləri 05 Sen 2023 09:20:00 233 0

Cəlal Qurbanov: Onlar Vətəni ataları kimi sevirlər

Bu gün Vətənimizlə bağlı yaşadığımız qüruru şəhid övladları ilə paylaşmalıyıq. Şəhidlərimizin yadigarları onların bir parçası, fiziki bədənləridir. Onlar ataları kimi düşünür, Vətəni ataları kimi sevir, öz simalarında atalarını yaşadırlar. Onlar şəhidlərimizlə bizim aramızdakı qırılmaz, ruhanı bir bağdır.

Son.az xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Cəlal Qurbanov deyib.

"2-ci Qarabağ savaşı bitdikdən sonra valideynlərini itirmiş şəhid balalarının qəlbindəki nisgil, atasızlıq kədəri, oğullarını şəhid vermiş anaların qürur qarışıq göz yaşları bizi "Mənim atam qəhrəmandır" və "Mənim oğlum qəhrəmandır" layihələrini yaratmağa sövq etdi. Vətən torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhunu şad etmək, onların övladlarının, analarının qəlblərini sevindirmək bizim üçün ən ümdə məqsədə, ən müqəddəs arzuya çevrildi. Bu layihələri etməkdə məqsədimiz bu şirin balaların qəhrəman ataları ilə hər zaman qürur duymaqları, övladlarını qurban vermiş anaların ürəyini az da olsa toxtatmaq idi.

Xoşbəxtəm ki, yüzlərlə qəlblərə toxunan, yüzlərlə ürəyə sevinc bəxş edən bu layihələrin himni də artıq ərsəyə gəldi. Sözləri Xanım İsmayılqızına, musiqisi mənə, aranjemanı Rəşad Bağırova məxsus olan, gözəl avazlı müğənnimiz Zamiq Hüseynovun ifasında səslənən bu himn bizim hər birimizin ürək sözləri, ruhumuzun səsi, qəhrəmanlara olan dərin ehtiramımız və sevgimizdir. Cənab Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, şəhid ailələrinə diqqət dövlətlə yanaşı, hər bir Azərbaycan vətəndaşının borcu, vəzifəsidir. Məhz bu səbəbdən vitse-prezident, birinci xanım Mehriban Əliyeva şəhid ailələrinin dərdini bağrına basıb, bu ailələrin rifahı üçün əlindən gələn yardımı etməyə çalışır. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov isə öz layihələrindən əlavə bizim tədbirlərimizi də yaxından izləyir. Hər zaman yanımızda bir nazirliyin adını xüsusi qeyd etmək istəyirəm. Şəhid əmanətlərini hərbi salamla qürurlandıran Daxili İşlər Nazirliyinin əməkdaşlarına, xüsusilə Vilayət Eyvazova bu doğmalıq və borcluluq hissini şəhid əmanətlərinə ötürə bildiklərinə görə təşəkkür edirəm. Vətən müharibəsindəki birliyimiz "Mənim atam qəhrəmandır", "Mənim oğlum qəhrəmandır" layihələrində də özünü göstərdi. Bu layihə birlik layihəsidir. Əziz şəhid övladları, əziz şəhid anaları! Bəli, sizin atalarınız, sizin oğullarınız qəhrəmandır və hər bir Azərbaycan övladı qəhrəmanlarımızla fəxr edir!", - deyə C.Qurbanov bildirib. Milli.az

Azərbaycan neftinin qiyməti 94 dolları ötdü like
  • 05 Sen 09:19  
Digərləri Azərbaycan neftinin qiyməti 94 dolları ötdü

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ba

arrow Ətraflı
Bu yolda təmirə görə tıxac yarandı like
  • 05 Sen 09:14  
Digərləri Bu yolda təmirə görə tıxac yarandı

8 Noyabr prospekti ilə Kazımağa Kərimov küçəsinin kəsişməsində təmir

arrow Ətraflı
“AşŞabab”ın 40dan çox silahlısı məhv edildi like
  • 05 Sen 09:07  
Dünya “AşŞabab”ın 40dan çox silahlısı məhv edildi

Somalidə hökumət qüvvələri "Aş-Şabab" radikal qruplaşmasına

arrow Ətraflı
Nişanlısı ilə qardaşı evləndi, mesajları görüb öldürdü  Bakıdakı qətlin təfərrüatı like
  • 05 Sen 09:00  
Kriminal Nişanlısı ilə qardaşı evləndi, mesajları görüb öldürdü Bakıdakı qətlin təfərrüatı

Xəzər rayonunda qardaşı arvadını qətlə yetirməkdə təqsrli bilinən Ə

arrow Ətraflı
Bakıdan göndərilən ərzaq karvanı 8 gündür AğdamXankəndi yolunda gözləyir like
  • 05 Sen 08:57  
Digərləri Bakıdan göndərilən ərzaq karvanı 8 gündür AğdamXankəndi yolunda gözləyir

Avqustun 29-dan etibarən Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Q

arrow Ətraflı
ABŞnin birinci xanımı yenə koronavirusa yoluxdu like
  • 05 Sen 08:49  
Dünya ABŞnin birinci xanımı yenə koronavirusa yoluxdu

ABŞ-ın birinci xanımı Cill Bayden COVID-19-a yoluxub, onda xəstəliyin yün

arrow Ətraflı
Kəskin bahalaşma benzinə də təsir edəcək? like
  • 05 Sen 08:40  
Digərləri Kəskin bahalaşma benzinə də təsir edəcək?

"Hazırki vəziyyətdə yanacağın qiymətinin qalxması məsələsi real

arrow Ətraflı
45 yaşlı biznes ledidən bikinili FOTOlar like
  • 05 Sen 08:31  
Şou-biznes 45 yaşlı biznes ledidən bikinili FOTOlar

İş qadını -  Myleene Klass bikinidə fotolarını paylaşıb.

arrow Ətraflı
Mövqelərimiz atəşə tutulub like
  • 05 Sen 08:27  
Digərləri Mövqelərimiz atəşə tutulub

Sentyabrın 5-i saat 01:35-də Ermənistan silahlı qüvvələrinin bölmələri

arrow Ətraflı
Tevanyan: Paşinyan ölkəni parçalayacaq like
  • 05 Sen 08:25  
Digərləri Tevanyan: Paşinyan ölkəni parçalayacaq

"Baş nazir Nikol Paşinyan Ermənistanı KTMT ilə NATO arasındakı müna

arrow Ətraflı
Azərbaycanda güclü zəlzələ ola bilər?  RƏSMİ CAVAB  VİDEO like
  • 05 Sen 08:20  
Digərləri Azərbaycanda güclü zəlzələ ola bilər? RƏSMİ CAVAB VİDEO

Bazar axşamı saat 20:38-də Kürdəmirdə güclü zəlzələ baş verib

arrow Ətraflı
Sumqayıtda marketdə başlayan eşq qadına baha başa gəldi like
  • 05 Sen 08:08  
Kriminal Sumqayıtda marketdə başlayan eşq qadına baha başa gəldi

Sumqayıt şəhərində 1999-cu il təvəllüdlü Əsəd tanışı İlhaməni (a

arrow Ətraflı
Müəllim olmaq istəyənlərin nəzərinə  Bu gün saat 12:00dan... like
  • 05 Sen 08:02  
Digərləri Müəllim olmaq istəyənlərin nəzərinə Bu gün saat 12:00dan...

Bu gün saat 12:00-dan etibarən müddətli müqavilə ilə müəllimlərin iş�

arrow Ətraflı
Ərdoğan Putinlə görüşünün təfərrüatını açıqladı like
  • 05 Sen 07:57  
Dünya Ərdoğan Putinlə görüşünün təfərrüatını açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putin

arrow Ətraflı
57 yaşlı Salma Hayekdən yaşına meydan oxuyan FOTOlar like
  • 05 Sen 07:56  
Digərləri 57 yaşlı Salma Hayekdən yaşına meydan oxuyan FOTOlar

2 gün əvvəl 57 yaşı tamam olan dünya şöhrətli aktrisa Salma Hayek payla

arrow Ətraflı