Əksər ölkələr "TikTok"dan imtina edir Azərbaycanda niyə fəaliyyəti genişlənir –


Digərləri 01 Sen 2023 14:32:00 275 0

Əksər ölkələr "TikTok"dan imtina edir  Azərbaycanda niyə fəaliyyəti genişlənir –

Daha bir ölkədə TikTok-a qadağa qoyuldu. Qırğızıstan Mədəniyyət, İnformasiya, İdman və Gənclik Siyasəti Nazirliyi ölkədə TikTok-un fəaliyyətinin dayandırılması ilə bağlı qərar verib.  Qərarın qanunvericilik çərçivəsində reallaşması üçün artıq Rəqəmsal İnkişaf Nazirliyinə müraciət göndərilib. Uşaqların psixi inkişafına və sağlamlığına mənfi təsir göstərən "TikTok" sosial şəbəkəsinin zərərli təsirləri ilə bağlı şikayətlər artdığı üçün ölkə platformaya qadağa qoymaq qərarına gəlib.  Bu sosial şəbəkədə qeyri-qanuni əməllər - narkotik və pornoqrafiya təbliğ olunduğu üçün artıq bir sıra ölkələrdə qadağan olunur. TikTok sosial media formasına ayrı-ayrı vaxtlarda Seneqalda, Somalidə, Hindistanda, ABŞ-da və Ermənistanda da məhdudiyyət qoyulub. Qeyd edilən ölkələr gənclərin həyatına mənfi təsir göstərən sosial media platformasının bağlanmasını vacib hesab edirblər.  Böyük Britaniyada isə bu platformadan istifadəyə yalnız Xüsusi Təyinatlı Qüvvələri hərbçilərinə qadağa qoyulub. Qadağanın təhlükəsizlik məsələləri ilə bağlı olduğu deyilir. Belə ki, TikTok-dakı məlumatların Çin və Rusiya kimi ölkələrə ötürülə biləcəyi ehtimal edilir.  Yeri gəlmişkən, ABŞ-da da TikTok-un fəaliyyətinə qadağa qoyulması təhlükəsizlik məsələləri ilə əlaqələndirilir. Belə ki, ABŞ Senatı TikToku yasaqlayan qanun layihəsini təsdiqləyib. Yeni qəbul olunan qanuna görə, dövlət orqanlarında, büdcə təşkilatlarında çalışan amerikalılara TikTok tətbiqini yükləmək və özlərinə məxsus telefonda ondan istifadə etmək qadağandır.  ABŞ Senatı hesab edir ki, TikTok platforması ona abunə olan şəxslərə aid bütün bilgiləri və digər məlumatları əldə etmək imkanına malikdir. Bu məlumatlar isə Çin kəşfiyyatına ötürülür. Bu da Amerikanın milli təhlükəsizliyinə təhdid təşkil edir.  Bu səbəbdən də dövlət qurumlarında çalışan amerikalılar öz cihazlarına TikTok endirə bilməzlər.  Azərbaycanda isə əksinə TikTok sosial şəbəkəsi ən çox istifadə edilən platformalardan biridir. Sosial platforma həmçinin bir çoxları üçün qazanc mənbəyinə çevrilib. Xüsusən gənclər, bu platformada özlərini ifadə edir, şöhrət və pul qazanırlar.  Xatırladaq ki, bir müddət öncə zərərli təsirlərini nəzərə alaraq, Azərbaycan dövləti TikTokun yayımını  ölkəmizdə məhdudlaşdırmışdı. Amma bu, müvəqqəti xarakter daşıdı və platformanın fəaliyyətinə yenidən imkan verildi.  Ekspertlərin fikrincə, Azərbaycanda bu platformadan əxlaqsız, qeyri-qanuni və qeyri-münasib məzmunda istifadə edilir ki, bu da yeniyetmə və gənclərin həyatına mənfi təsir göstərir. Hətta ailə institutu sıradan çıxır. TikTok həm də gənc ailələr arasında boşanma tendensiyasının güclənməsində rol oynayır. Üstəlik Azərbaycanda bir çoxları tərəfindən "bayağı videoların paylaşıldığı məkan" kimi tanınan bu platforma bir sıra insidentlərlə də yadda qalıb. Bu sosial şəbəkədən daha çox gənclər və uşaqlar istifadə etdiyi üçün gələcəyimiz təhlükə altındadır. 

Maraqlıdır, Azərbaycanda TikTok-dan istifadəyə nəzarət edilirmi? Ümumiyyətlə, ölkələrin imtina etdiyi bu platformanın ölkəmizdə də girişinə məhdudiyyət qoyulması nəzərdə tutulurmu? 

Son.az bizim media-ya istinadla xəbər verir ki,  məsələ ilə bağlı açıqlamasında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Ləman Hüseynzadə bildirib ki, hazırda "TikTok" sosial şəbəkəsinə girişin ölkə ərazisində məhdudlaşdırılması barədə hər hansı qərar qəbul edilməsi nəzərdə tutulmur:

"Sosial şəbəkələrdə istifadəçilər tərəfindən edilən paylaşımlar həmin sosial şəbəkələrin inzibatçıları tərəfindən müəyyən edilmiş qayda və şərtlərlə tənzimlənir. Həmçinin, gələcəkdə "Tik-Tok" sosial şəbəkəsinin Azərbaycan seqmentinin istifadəçiləri üçün məzmun keyfiyyətinin artırılması ilə bağlı layihələr həyata keçirilməsi nəzərdə tutulur".

BQXK sərhəddə saxlanılan erməni futbolçularla görüşüb like
  • 01 Sen 14:27  
Digərləri BQXK sərhəddə saxlanılan erməni futbolçularla görüşüb

30 və 31 avqust tarixlərində Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayənd

arrow Ətraflı
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib  FOTO like
  • 01 Sen 14:20  
Digərləri Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib FOTO

​Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının icra hakimiyy

arrow Ətraflı
Rusiyada yıxıldı, Azərbaycanda öldü like
  • 01 Sen 14:20  
Digərləri Rusiyada yıxıldı, Azərbaycanda öldü

Rusiyada yıxılaraq xəsarət alan kişi Sumqayıtda ölüb.

arrow Ətraflı
Mikrofonu pərəstişkarının başına çırpdı like
  • 01 Sen 13:43  
Şou-biznes Mikrofonu pərəstişkarının başına çırpdı

Amerikalı rep ifaçısı "50 Cent" Los-Ancelesdəki konserti zamanı

arrow Ətraflı
Rusiya 19 il əvvəl terror aktı törədən şəxsi müəyyən etdi like
  • 01 Sen 13:32  
Dünya Rusiya 19 il əvvəl terror aktı törədən şəxsi müəyyən etdi

Rusiya İstintaq Komitəsi 2004-cü ildə Beslanda məktəbi ələ keçirən nam

arrow Ətraflı
“WhatsApp”da yenilik olacaq like
  • 01 Sen 13:21  
Digərləri “WhatsApp”da yenilik olacaq

"WhatsApp" yeni e-poçt doğrulama funksiyasını test edir.

arrow Ətraflı
Ərəblər Azərbaycana niyə az gəlir? like
  • 01 Sen 13:10  
Digərləri Ərəblər Azərbaycana niyə az gəlir?

Bu il Azərbaycana gələn ümumi turistlərin sayı 37 faiz artıb, xüsusilə

arrow Ətraflı
İşbazlar qonorarların yığılması qaydasından suiistifadə edirlər like
  • 01 Sen 13:07  
Kriminal İşbazlar qonorarların yığılması qaydasından suiistifadə edirlər

Qonorarların yığılmasından işbazlar, qeyri peşəkarlar sui-istifadə edir

arrow Ətraflı
Sabah hava necə olacaq? like
  • 01 Sen 13:06  
Digərləri Sabah hava necə olacaq?

Sentyabrın 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Alla Puqaçovaya qarşı iddia ərizəsi geri götürüldü like
  • 01 Sen 13:00  
Şou-biznes Alla Puqaçovaya qarşı iddia ərizəsi geri götürüldü

"Qazprom Mejregionqaz Moskva" şirkəti rusiyalı məşhur müğənni

arrow Ətraflı
Düşmən mövqelərimizi minaatanlarla vurur like
  • 01 Sen 12:53  
Digərləri Düşmən mövqelərimizi minaatanlarla vurur

Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod ist

arrow Ətraflı
Ukrayna ilk "Abrams" tanklarını sentyabrda alacaq like
  • 01 Sen 12:49  
Dünya Ukrayna ilk "Abrams" tanklarını sentyabrda alacaq

Ukrayna sentyabrın ortalarında Amerikanın 10 "Abrams" tankını ala

arrow Ətraflı
Müdafiə Nazirliyindən TƏCİLİ MƏLUMAT: "Düşmən.." like
  • 01 Sen 12:33  
Digərləri Müdafiə Nazirliyindən TƏCİLİ MƏLUMAT: "Düşmən.."

Ermənistan tərəfi Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqam�

arrow Ətraflı