Özündən 6 yaş kiçik qaraçı ilə evləndi, ərindən sonra 2 ay yaşaya bildi – Azərbaycanlı aktrisa Bakıya niyə gəlmirdi?


Dünya 01 Sen 2023 14:07:00 255 0

Özündən 6 yaş kiçik qaraçı ilə evləndi, ərindən sonra 2 ay yaşaya bildi – Azərbaycanlı aktrisa Bakıya niyə gəlmirdi?

Ötən gün Xalq artisti Tamilla Ağamirovanın anım günü olub.

Son.az kulis.az-a istinadən onun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Tamilla Mirsüca qızı Ağamirova 1928-ci il mayın 21-də Bakıda anadan olub. Ailədə iki qız, bir oğlan olublar. Onun atası Sucay Ağamirov bəy nəslindən olduğu üçün hər üç uşağının oxuması üçün əlindən gələni edib.

***

Ancaq 1937-ci ildə başlayan repressiyalar Ağamirovlar ailəsindən yan keçmir. Sucay Ağamirov və xanımı "xalq düşməni" kimi sürgün edirlər. Xoşbəxtlikdən aktrisanın bibisi Suqra xanım Tamillanı və onun bacı ilə qardaşını öz himayəsinə götürür. Suqra xanım "mühəndis-neftçi" ixtisası üzrə Bakı buruqlarında çalışırdı.

Böyük Vətən Müharibəsinin davam etdiyi 4 il ərzində Bakıda ciddi maddi sıxıntılar içində yaşayan Tamilla Ağamirova müharibədən sonra karyera qurmaq və ümumittifaq məşhurluğu qazanmağın xəyalları ilə yaşayır. Bibisi qardaşı qızının bu istəyinə hərtərəfli dəstək olur. Nəhayət, 18 yaşlı Tamilla Bakı Teatr Məktəbinə daxil olur.

***

Təhsilini başa vurduqdan sonra Moskvaya gedir. Və elə ilk imtahandan münsiflər heyətinin diqqətini cəlb edir. O, birbaşa SSRİ Teatr İncəsənəti İnstitutunun 3-cü kursuna daxil olur. 2 il sonra təhsilini yekunlaşdırır və bu dəfə MXAT məktəb-studiyasına daxil olur.

1952-ci ildə Sverdlovsk şəhərində Tamella Ağamirovanın taleyi dəyişir. Belə ki, o, dünyada yeganə qaraçı teatrı sayılan "Romen" teatr truppasının üzvü Lyalya Çernaya ilə rastlaşır. Uzun illər "Romen" teatrında çalışan Çernaya Tamillanı teatra işə dəvət edir. O, dərhal Çernayanın "Romen" teatrında işləmək barədə təklifini qəbul edir.

24 yaşlı Tamilla Ağamirova 1952-ci ildən etibarən qaraçıların "Romen" Musiqili Komediya teatrının aparıcı aktrisası olur. Stalin mükafatına namizəd göstərilir.

***

Teatr karyerası ilə yanaşı, Tamilla Ağamirova kino təklifləri də almağa başlayır. O, ilk dəfə 1957-ci ildə rejissor Qriqori Kozintsevin "Don Kixot" romanı əsasında ekranlaşdırdığı eyni adlı filmdə cazibədar qrafinya İltisidora obrazını canlandırır. Film sovet tamaşaçıları tərəfindən böyük maraqla qarşılanır.

Ağamirova cəmi 12 filmə çəkilib. Uğurlarından sonra azərbaycanlı kinematoqrafçılar da aktrisanı Azərbaycan kinostudiyasındakı filmlərə çəkilməyə dəvət edir. O, xüsusən kinorejissor Əjdər İbrahimovla məhsuldar əməkdaşlıq edir.

Azərbaycanda ilk dəfə 1958-ci ildə "Onun böyük ürəyi" filminə çəkilir.

*** "Onun böyük ürəyi"dən sonra "Əsl dost", "Koroğlu", "Matteo Falkone", "Zəncirlənmiş adam", "Yenilməz batalyon" filmlərinə çəkilir.

***

1960-cı ildə 32 yaşlı Tamilla Ağamirova özündən altı yaş kiçik olan SSRİ Xalq artisti, tanınmış kinorejissor, aktyor, müğənni və rəqqas Nikolay Sliçenko ilə ailə həyatı qurur: "Açığı, uzun əhvalatdır. Mən teatra 1951-ci ildə, Tamilla isə 52-ci ildə gəlmişdi. Məndən dərhal sonra. Tamilla füsunkar qadın idi. Bir sözlə, azərbaycanlı idi. Onun valideynləri müsəlman olsa da, razılığa gəldik. Bəlkə də, onlar mənim qaraçı olmağımdan qorxmuşdular. Düşünüblər ki, birdən qızı oğurlayaram. Mən ona sevgi etirafı edəndə sanki qanadlanıb uçurdum. Toy etməyə imkanımız yox idi, teatrdan qəpik-quruş qazanırdıq. Otağımızı təmir etməyə pulumuz olmasa da, aramızda sevgi var idi".

Bu evlilikdən onların 3 övladı - Mixail və Pyotr, qızları Tamilla dünyaya gəlib. Övladları valideynlərinə 7 nəvə, 1 nəticə və 1 kötükcə bəxş edib. Nikolay Sliçenko qız nəvələrindən birini də sevimli həyat yoldaşının şərəfinə Tamilla adlandırıb. Onların qızları Tamilla da valideynləri kimi "Romen" teatrında aktrisa kimi çalışır.

Doğma vətəni - Azərbacanla əlaqələrinə gəlincə, səhhətinə görə uzun illər Bakını ziyarət edə bilməyib, ancaq valideynlərinin dəfn olunduğu bu şəhəri həmişə müqəddəs hesab edib.

***

Tamilla Ağamirova 26 avqust 1960-cı ildə "Azərbaycan SSR əməkdar artisti", 1982-ci ildə "RSFSR əməkdar artisti", 1988-ci ildə isə "RSFSR xalq artisti" fəxri adlarına layiq görülüb, orden və mükafatlarla təltif olunub. O, 1 sentyabr 2021-ci ildə Moskvada vəfat edib.

*** Qeyd edək ki, Tamillanın həyat yoldaşı, məşhur rejissor Sliçenko 2021-ci il ilin 2 iyulunda vəfat edib. Ağamirova sevimli ərindən sonra cəmi 60 gün yaşayıb...

Mikrofonu pərəstişkarının başına çırpdı like
  • 01 Sen 13:43  
Şou-biznes Mikrofonu pərəstişkarının başına çırpdı

Amerikalı rep ifaçısı "50 Cent" Los-Ancelesdəki konserti zamanı

arrow Ətraflı
Rusiya 19 il əvvəl terror aktı törədən şəxsi müəyyən etdi like
  • 01 Sen 13:32  
Dünya Rusiya 19 il əvvəl terror aktı törədən şəxsi müəyyən etdi

Rusiya İstintaq Komitəsi 2004-cü ildə Beslanda məktəbi ələ keçirən nam

arrow Ətraflı
“WhatsApp”da yenilik olacaq like
  • 01 Sen 13:21  
Digərləri “WhatsApp”da yenilik olacaq

"WhatsApp" yeni e-poçt doğrulama funksiyasını test edir.

arrow Ətraflı
Ərəblər Azərbaycana niyə az gəlir? like
  • 01 Sen 13:10  
Digərləri Ərəblər Azərbaycana niyə az gəlir?

Bu il Azərbaycana gələn ümumi turistlərin sayı 37 faiz artıb, xüsusilə

arrow Ətraflı
İşbazlar qonorarların yığılması qaydasından suiistifadə edirlər like
  • 01 Sen 13:07  
Kriminal İşbazlar qonorarların yığılması qaydasından suiistifadə edirlər

Qonorarların yığılmasından işbazlar, qeyri peşəkarlar sui-istifadə edir

arrow Ətraflı
Sabah hava necə olacaq? like
  • 01 Sen 13:06  
Digərləri Sabah hava necə olacaq?

Sentyabrın 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Alla Puqaçovaya qarşı iddia ərizəsi geri götürüldü like
  • 01 Sen 13:00  
Şou-biznes Alla Puqaçovaya qarşı iddia ərizəsi geri götürüldü

"Qazprom Mejregionqaz Moskva" şirkəti rusiyalı məşhur müğənni

arrow Ətraflı
Düşmən mövqelərimizi minaatanlarla vurur like
  • 01 Sen 12:53  
Digərləri Düşmən mövqelərimizi minaatanlarla vurur

Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod ist

arrow Ətraflı
Ukrayna ilk "Abrams" tanklarını sentyabrda alacaq like
  • 01 Sen 12:49  
Dünya Ukrayna ilk "Abrams" tanklarını sentyabrda alacaq

Ukrayna sentyabrın ortalarında Amerikanın 10 "Abrams" tankını ala

arrow Ətraflı
Müdafiə Nazirliyindən TƏCİLİ MƏLUMAT: "Düşmən.." like
  • 01 Sen 12:33  
Digərləri Müdafiə Nazirliyindən TƏCİLİ MƏLUMAT: "Düşmən.."

Ermənistan tərəfi Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqam�

arrow Ətraflı
Trend BİA  28 il  yerli mediadan beynəlxalq mediaya uğurlu keçid! like
  • 01 Sen 12:31  
Digərləri Trend BİA 28 il yerli mediadan beynəlxalq mediaya uğurlu keçid!

Bu gün - 1 sentyabr Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) 28 yaşın

arrow Ətraflı
Düşmən mövqelərimizi niyə atəşə tutdu? like
  • 01 Sen 12:30  
Siyasət Düşmən mövqelərimizi niyə atəşə tutdu?

Sentyabrın 1-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvəl�

arrow Ətraflı
Şamaxıda Azərbaycan Dili və Ədəbiyyatı Forumu işə başlayıb like
  • 01 Sen 12:28  
Digərləri Şamaxıda Azərbaycan Dili və Ədəbiyyatı Forumu işə başlayıb

Azərbaycanda Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçirilir.

arrow Ətraflı
Dövlət ABBnin əsas səhmdarı kimi qalacaq like
  • 01 Sen 12:21  
Digərləri Dövlət ABBnin əsas səhmdarı kimi qalacaq

"ABB-yə özəl investisiyaların cəlb edilməsi son illər Bankda gedən

arrow Ətraflı