MİQ imtahanının müsahibə mərhələsinin nəticələri elan edildi


Digərləri 25 Avq 2023 11:22:00 200 0

MİQ imtahanının müsahibə mərhələsinin nəticələri elan edildi

Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Təhsil İnstitutundan Son.az-a bildirilib ki, 9-18 avqust tarixlərində təşkil olunan müsahibələrdə 4300 nəfər uğur qazanıb.

Qeyd edilib ki, müsahibələrdə uğur qazanan namizədlər 29 avqust saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etmədirlər.

Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.

Çıxarışını təsdiq etməyən, müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən şəxslərin növbəti turlarda iştirakı təmin olunmayacaq.

Müsahibə mərhələsində uğur qazanmayan namizədlər 26 avqust saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq apellyasiyaya müraciət edə bilərlər. Apellyasiya müraciətlərinin qəbulu 28 avqust saat 11:00-da başa çatacaq.

Bildirilib ki, müsahibələrin onlayn formatda təşkili nəzərdə tutulub. Bunun üçün namizədlər şəxsi səhifələrinə daxil olaraq müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Qeydiyyat zamanı elektron poçt ünvanını düzgün qeyd etməyən və elektron ərizəsini təsdiqləməyən namizədlərin apellyasiya müraciəti təmin olunmayacaq.

Qeyd edilib ki, yaxın günlərdə onlayn apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

Biznesinizi böyütmək arzunuzu Kapital Bankla gerçəkləşdirin like
  • 25 Avq 11:11  
Digərləri Biznesinizi böyütmək arzunuzu Kapital Bankla gerçəkləşdirin

Kapital Bank sahibkarlar üçün mikrobiznes kreditləri üzrə kampaniya keçir

arrow Ətraflı
İranda KrımKonqo qızdırması virusu yayıldı: like
  • 25 Avq 11:10  
Digərləri İranda KrımKonqo qızdırması virusu yayıldı:

İranda Krım-Konqo qızdırması virusu yayılıb.

arrow Ətraflı
Paşinyan rus sülhməramlılardan xilas olmaq istəyir like
  • 25 Avq 11:00  
Siyasət Paşinyan rus sülhməramlılardan xilas olmaq istəyir

Ermənistanın baş naziri Nikol Paşinyan rus sülhməramlılarını bölgədə

arrow Ətraflı
Naxçıvanda daha iki vəzifəli şəxs like
  • 25 Avq 10:51  
Digərləri Naxçıvanda daha iki vəzifəli şəxs

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Aparat rəhbə

arrow Ətraflı
Bakıda binaların keyfiyyəti heç də Londondan geri qalmır like
  • 25 Avq 10:50  
Digərləri Bakıda binaların keyfiyyəti heç də Londondan geri qalmır

Hər dəfə zəlzələ baş verən zaman ortaya çıxan suallardan biri də bina

arrow Ətraflı
Gəncədə ata və 5 yaşlı qızını maşın vurub, qız xəstəxanada ölüb like
  • 25 Avq 10:40  
Digərləri Gəncədə ata və 5 yaşlı qızını maşın vurub, qız xəstəxanada ölüb

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Qarabağdakı separatçılar 2 sentyabra “hazırlaşır” like
  • 25 Avq 10:29  
Siyasət Qarabağdakı separatçılar 2 sentyabra “hazırlaşır”

Qarabağdakı separatçılar 2 sentyabr tarixində qondarma "artsaxın müs

arrow Ətraflı
Vətən həsrəti sona çatdı like
  • 25 Avq 10:24  
Digərləri Vətən həsrəti sona çatdı

Gözəl hisslər keçiririk. Fərəh duyuram ki, 31 illik həsrətdən sonra do�

arrow Ətraflı
Bakıda gəlinini doğrayıb zibil qutusuna atan qayınatadan like
  • 25 Avq 10:19  
Kriminal Bakıda gəlinini doğrayıb zibil qutusuna atan qayınatadan

Ali Məhkəmədə Bakıda 32 yaşlı gəlinini qətlə yetirdikdən sonra meyiti

arrow Ətraflı
Zabuxda ilk gedəcəyim yer ataanamın məzarı olacaq like
  • 25 Avq 10:08  
Digərləri Zabuxda ilk gedəcəyim yer ataanamın məzarı olacaq

Zabuxdan çıxanda 37 yaşım var idi, indi 68 yaşım. 31 ildən sonra doğma k

arrow Ətraflı
Zarina necə "narkoman" oldu? like
  • 25 Avq 10:01  
Şou-biznes Zarina necə "narkoman" oldu?

Baku TV-də yayımlanan "Qapqara" verilişinin yeni buraxılışı efi

arrow Ətraflı
Bomba içki qabında olub, hər kəs huşunu itirib like
  • 25 Avq 09:54  
Dünya Bomba içki qabında olub, hər kəs huşunu itirib

Britaniya mediası "Vaqner" lideri Yevgeni Priqojinin ölümünə səb

arrow Ətraflı
Yayım tarixi bəlli oldu like
  • 25 Avq 09:48  
Şou-biznes Yayım tarixi bəlli oldu

"Kanal D" kanalında yayımlanan "Üç kız kardeş" serial�

arrow Ətraflı
46 yaşlı qadını qətlə yetirən şəxs saxlanıldı like
  • 25 Avq 09:41  
Digərləri 46 yaşlı qadını qətlə yetirən şəxs saxlanıldı

Avqustun 24-də saat 23:15 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsind

arrow Ətraflı