Bakıda binaların keyfiyyəti heç də Londondan geri qalmır


Digərləri 25 Avq 2023 10:50:00 211 0

Bakıda binaların keyfiyyəti heç də Londondan geri qalmır

Hər dəfə zəlzələ baş verən zaman ortaya çıxan suallardan biri də binaların keyfiyyəti, zəlzələyə davamlılığı olur. Eyni zamanda, zəlzələdən sonra bir müddət bina evlərinə maraq azalır, insanlar daha çox həyət evlərinə üstünlük verməyə başlayırlar.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən "MBA Consulting Group" şirkətinin direktoru Nüsrət İbrahimov deyib ki, Azərbaycanda tikilən binalar keyfiyyətinə görə heç də dünyanın digər inkişaf etmiş ölkələrində olan binalardan geri qalmır.

"Hələ sovet dönəmində Azərbaycanda binaların tikintisinə və qəbuluna yüksək tələb var idi. O vaxtlar standartlar çox sərt idi. Həmin ənənələr keçmiş sovet respublikalarında qalıb. İstənilən ölkədə zəlzələ vaxtı dağıntı olur, ancaq dağıntının həcmində fərq var. Mən Türkiyədə, Dubayda, o cümlədən, dünyanın qədim və inkişaf etmiş şəhərlərindən biri olan Londonda və digər şəhərlərdə də binalara baxmışam. Bizim binalarımız onların binalarından keyfiyyətsiz deyil", - deyə şirkət direktoru vurğulayıb.

O qeyd edib ki, sadəcə olaraq, dağıntıların az və ya çox olması zəlzələnin gücündən, dalğanın intensivliyindən və zamandan asılı olur.

"Misal üçün, deyək ki, zəlzələ 7 bal gücündə baş verir, amma dalğa çox qısa olur, zaman çox qısa olur. Yəni bu amillərdən çox şey asılıdır", - deyə o əlavə edib.

Qeyd edək ki, avqustun 22-də Azərbaycanda 4,9 bal gücündə zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ Masallı və Cəlilabad rayonlarının sərhədində qeydə alınıb.

Zəlzələnin dərinliyi isə 13 kilometr təşkil edib. Təkan ətraf rayonlarda 3 bala yaxın hiss edilib.

Gəncədə ata və 5 yaşlı qızını maşın vurub, qız xəstəxanada ölüb like
  • 25 Avq 10:40  
Digərləri Gəncədə ata və 5 yaşlı qızını maşın vurub, qız xəstəxanada ölüb

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Qarabağdakı separatçılar 2 sentyabra “hazırlaşır” like
  • 25 Avq 10:29  
Siyasət Qarabağdakı separatçılar 2 sentyabra “hazırlaşır”

Qarabağdakı separatçılar 2 sentyabr tarixində qondarma "artsaxın müs

arrow Ətraflı
Vətən həsrəti sona çatdı like
  • 25 Avq 10:24  
Digərləri Vətən həsrəti sona çatdı

Gözəl hisslər keçiririk. Fərəh duyuram ki, 31 illik həsrətdən sonra do�

arrow Ətraflı
Bakıda gəlinini doğrayıb zibil qutusuna atan qayınatadan like
  • 25 Avq 10:19  
Kriminal Bakıda gəlinini doğrayıb zibil qutusuna atan qayınatadan

Ali Məhkəmədə Bakıda 32 yaşlı gəlinini qətlə yetirdikdən sonra meyiti

arrow Ətraflı
Zabuxda ilk gedəcəyim yer ataanamın məzarı olacaq like
  • 25 Avq 10:08  
Digərləri Zabuxda ilk gedəcəyim yer ataanamın məzarı olacaq

Zabuxdan çıxanda 37 yaşım var idi, indi 68 yaşım. 31 ildən sonra doğma k

arrow Ətraflı
Zarina necə "narkoman" oldu? like
  • 25 Avq 10:01  
Şou-biznes Zarina necə "narkoman" oldu?

Baku TV-də yayımlanan "Qapqara" verilişinin yeni buraxılışı efi

arrow Ətraflı
Bomba içki qabında olub, hər kəs huşunu itirib like
  • 25 Avq 09:54  
Dünya Bomba içki qabında olub, hər kəs huşunu itirib

Britaniya mediası "Vaqner" lideri Yevgeni Priqojinin ölümünə səb

arrow Ətraflı
Yayım tarixi bəlli oldu like
  • 25 Avq 09:48  
Şou-biznes Yayım tarixi bəlli oldu

"Kanal D" kanalında yayımlanan "Üç kız kardeş" serial�

arrow Ətraflı
46 yaşlı qadını qətlə yetirən şəxs saxlanıldı like
  • 25 Avq 09:41  
Digərləri 46 yaşlı qadını qətlə yetirən şəxs saxlanıldı

Avqustun 24-də saat 23:15 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsind

arrow Ətraflı
Bu ərazidə su olmayacaq like
  • 25 Avq 09:34  
Digərləri Bu ərazidə su olmayacaq

Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar bu gün Xırdalan �

arrow Ətraflı
Bu rayonlarda qaz kəsiləcək like
  • 25 Avq 09:21  
Digərləri Bu rayonlarda qaz kəsiləcək

Bu gün Ağdam, Masallı və Ağdaş rayonlarının qaz təchizatı dayandırıl

arrow Ətraflı
Tünzalənin makiyajsız FOTOları like
  • 25 Avq 09:14  
Şou-biznes Tünzalənin makiyajsız FOTOları

Xalq artisti Tünzalə Ağayeva sosial şəbəkədə makiyajsız fotolarını pa

arrow Ətraflı
Türkiyədə işçiləri daşıyan mikroavtobus qəzaya uğrayıb, 30 nəfər xəsarət alıb like
  • 25 Avq 09:07  
Digərləri Türkiyədə işçiləri daşıyan mikroavtobus qəzaya uğrayıb, 30 nəfər xəsarət alıb

Türkiyənin Manisa vilayətində işçiləri daşıyan mikroavtobus qəzaya uğ

arrow Ətraflı