Çimərlik paltarı alanda bunlara mütləq diqqət edin, yoxsa...


Digərləri 20 Avq 2023 14:40:00 282 0

Çimərlik paltarı alanda bunlara mütləq diqqət edin, yoxsa...

Artıq dəniz sezonu başlayıb. Dənizə gedərkən qadınların yaşadığı çətinliklərdən biri də bikini və mayo seçimidir. Bəs, çimərlikdə həm dəbli, həm də rahat necə görünmək olar? 

Son.az Lent.az-a istinadən bildirir ki, moda dünyasına aid olan bikini sektoru da tez-tez  dəyişir və yeni trendlər yaranır. Amma dəblə ayaqlaşmaq hər nə qədər yaxşıdırsa, özünə yaraşanı geyinmək də bir o qədər önəmlidir. 

Belə ki, bikini alarkən ilk növbədə dərinizin rənginə uyğun olanı seçin. Çimərlik paltarının astarlı və ya astarsız olduğuna da diqqət edin. Çünki bu da əsas məsələlərdən biridir. Sudan çıxarkən bədənin müəyyən nahiyələrinin bilinməsi istənilmirsə, astarlı geyimlərə üstünlük verilməlidir. 

Onlayn alış-veriş zamanı çətinlik çəkdiyimiz mövzulardan biri də ölçü seçimidir. Bu zaman ölçüyə tam əmin ola bilmirik. Ancaq bikini seçimi zamanı əgər iki ölçü arasındasınızsa, kiçik ölçünü seçməyə üstünlük verin. Çünki dəniz suyu çimərlik geyimlərini və bikiniləri genişləndirir. 

Bu mövzuda diqqət etməli olduğumuz ən əsas məsələ mayo və ya bikini modelinin materialıdır. Əgər çimərlik paltarınızla hovuza girsəniz, çox güman ki, hovuzun suyu xlorlu olduğundan geyiminizin rəngi zamanla solacaq.

Kiçik sinələrdən narahat olan qadınlar üçün ən böyük qurtarıcı aşağı hissədən dəstəyi olan məhsullardır. 

Bikini seçimində dayaqlı "crop"lara üstünlük verilirsə, sinəniz istədiyiniz şəkildə görünəcək. Ancaq belə model sevmirsinizsə, çalışıb rəngli bikinilər alın. Tünd rənglər sinəni daha da kiçik göstərəcək. Ancaq çiçəkli, rəngarəng çimərlik paltarları bu xanımların xilaskarı olacaq. 

Sinəsi böyük olan qadınlar üçün uyğun bikinini tapmaq isə bir az çətindir. Əvvəla, həddindən artıq dekolteli çimərlik paltarlarından uzaq olmaq lazımdır. 

Bu üslubda sinənizi bir az daha çox örtən modellərə üstünlük verilməlidir. Belə geyimlər sizin daha rahat olmağınıza şərait yaradacaq. 

Ayaqları qısa olan xanımlar yüksək bel geyimlərdən istifadə etməlidir. Bu zaman ayaqlarınız olduğundan daha uzun, beliniz isə daha incə görünəcək. 

Çiyinləriniz dardırsa, boyunbağılı bikinilər seçə bilərsiniz. Əslində bu, geniş çiyinlilərin qaçması lazım olan modellərdəndir. 

Qalın belə sahib olan xanımlar bikinidən çox, mayolara üstünlük verməsi tövsiyə edilir. Xüsusilə qara rəngli geyimlər həm belə formalı qadınlar üçün yaxşı seçimdir, həm də bu çalar demək olar ki, heç vaxt dəbdən düşmür. Zərif görünmək istəyənlər üçün bu mayolar vazkeçilməz hesab olunur.  

Sonda onu da qeyd edək ki, istədiyimiz modeli seçmək öz əlimizdədir. Həmin geyimdə özümüzü yaxşı hiss ediriksə, onun forması, modeli və ətrafımızdakıların fikirləri önəmli deyil.

Şəkər xəstələri necə qidalanmalıdır? like
  • 20 Avq 14:20  
Digərləri Şəkər xəstələri necə qidalanmalıdır?

Şəkər xəstələrə hər zaman qidalanmalarına, sağlamlıqlarına fikir ver

arrow Ətraflı
Həbs olundu, ruhi xəstəxanada yatdı, ən yaxın dostunun dəfninə getmədi like
  • 20 Avq 14:00  
Kriminal Həbs olundu, ruhi xəstəxanada yatdı, ən yaxın dostunun dəfninə getmədi

Son.az Kulis.az-a istinadən Xalq artisti Rasim Balayev haqqında maraqlı faktl

arrow Ətraflı
"Qadınların azadlığı kişiləri də xilas edir" like
  • 20 Avq 13:51  
Şou-biznes "Qadınların azadlığı kişiləri də xilas edir"

58 yaşlı məşhur aktrisa Monika Belluççi bu dəfə "Harper's Bazaa

arrow Ətraflı
Bu yağlar sizi 10 yaş cavanlaşdıracaq – like
  • 20 Avq 13:40  
Digərləri Bu yağlar sizi 10 yaş cavanlaşdıracaq –

Yaşlandıqca vücudunuzun kollagen istehsalı azalmağa başlayır. Kollagen is

arrow Ətraflı
Mal ətinin qiyməti BAHALAŞIB... like
  • 20 Avq 13:31  
Digərləri Mal ətinin qiyməti BAHALAŞIB...

Mal ətinin qiyməti yenidən bahalaşıb.  Hazırda mal ətinin kilosu 14-16 m

arrow Ətraflı
Narla sızanaq izlərinə son like
  • 20 Avq 13:20  
Digərləri Narla sızanaq izlərinə son

Mövsümlə əlaqədar üz maskalarında istifadə etdiyiniz tərkiblərdə dəy

arrow Ətraflı
İranda polis əməkdaşı öldürülüb like
  • 20 Avq 13:11  
Digərləri İranda polis əməkdaşı öldürülüb

İranda polis əməkdaşı öldürülüb.

arrow Ətraflı
Xırdalanda kişidən qadınlara əxlaqsız təklif: “Otеlə gеtməyə görə...” like
  • 20 Avq 13:00  
Kriminal Xırdalanda kişidən qadınlara əxlaqsız təklif: “Otеlə gеtməyə görə...”

Abşeron rayonunda 2005-ci il təvəllüdlü Elmar bacısına qarşı əxlaqsız

arrow Ətraflı
İranda daha bir vəzifəli şəxsin əxlaqsız videosu yayıldı like
  • 20 Avq 12:51  
Digərləri İranda daha bir vəzifəli şəxsin əxlaqsız videosu yayıldı

İranın Teleradio Yayım Təşkilatının rəhbərlərindən olan Hacı Məhəm

arrow Ətraflı
90cı illərin saç modelləri yenidən dəbdədir like
  • 20 Avq 12:40  
Digərləri 90cı illərin saç modelləri yenidən dəbdədir

90-cı illərin laylı saç düzümü yenidən dəbə qayıdıb. 

arrow Ətraflı
Dövlət Qurumu vətəndaşa aid olan ərazini digər sahibkara verib... like
  • 20 Avq 12:31  
Digərləri Dövlət Qurumu vətəndaşa aid olan ərazini digər sahibkara verib...

Gəncədə yaşayan sahibkar Elvin Abdiyev ona məxsus olan mebel mağazasından

arrow Ətraflı
Sabah Bakıda hava küləkli olacaq, like
  • 20 Avq 12:24  
Digərləri Sabah Bakıda hava küləkli olacaq,

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Miranda Kerrin gözəllik sirri like
  • 20 Avq 12:20  
Digərləri Miranda Kerrin gözəllik sirri

Avstraliyalı model Miranda Kerrin gözəllik sirri bəlli olub.

arrow Ətraflı
Ya Ukraynanı məhv edəcəyik, ya da... like
  • 20 Avq 12:11  
Dünya Ya Ukraynanı məhv edəcəyik, ya da...

İndiki Kiyev rejimi tamamilə devrilməyənə qədər Rusiya dayanmamalıdır.

arrow Ətraflı
İlham Əliyev və Mehriban Əliyeva Macarıstana işgüzar səfərə gediblər like
  • 20 Avq 12:09  
Siyasət İlham Əliyev və Mehriban Əliyeva Macarıstana işgüzar səfərə gediblər

Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıs

arrow Ətraflı