Futbolçu həyat yoldaşını bal ayında atıb getdi: Onun özünə də "atdılar"


Digərləri 24 İyn 2023 07:00:00 240 0

Futbolçu həyat yoldaşını bal ayında atıb getdi: Onun özünə də "atdılar"

Bu yaxınlarda fransalı yarımmüdafiəçi Bubakar Kamara ailə həyatı qurub.

Son.az lent.az-a istinadən bildirir ki, "Aston Villa"nın oyunçusunun seçdiyi şəxs sosial mediada 2 milyondan çox izləyicisi olan 27 yaşlı Korali Porrovekkio olub. Yeni evlənənlər möhtəşəm şənlik keçiriblər və bu mərasimdə Pol Poqba, Kilian Mbappe, Felipe Koutinyo, Unai Emeri və başqa futbol ulduzları iştirak ediblər.

Belə parlaq və alovlu bayramdan sonra, gözlənildiyi kimi, gənclər çoxdan gözlənilən bal ayı səyahətinə çıxıblar. Futbolçunun planları Maldiv adalarında bir neçə gün həyat yoldaşının yanında olmaq idi, hər şey həmişəkindən daha yaxşı gedib. Günəş, dəniz, qum, sevimli həyat yoldaşın da yanında - başqa nə xəyal edə bilərsiniz? Sonradan məlum olduğu kimi, bir şey başqa səmtə yönəlibmiş...

Bubakar Kamara uzun müddətdir ki, milli komanda səviyyəsində özünü göstərmək arzusunda olub. Ötən mövsüm o, İngiltərənin "Aston Villa"sının sıralarına qoşulub. Gənc futbolçu özünü yaxşı tərəfdən göstərib, xüsusən də onun köməyi ilə komanda avrokubok zonasına düşə bilib. Bununla belə, yarımmüdafiəçi bütün müsahibələrində əsas məqsədlərindən birinin Fransa millisində yer almaq olduğunu qeyd edib. Bəli, bir çox futbolçular bunu arzulayır, amma hər kəs öz istəkləri uğrunda fədakarlıq etməyə hazır deyil.

Xoşbəxt Kamara artıq gənc həyat yoldaşı ilə çimərlikdə əyləndiyi zaman, birdən özünü sübut etmək şansı yaranıb - zədəli Adrien Rabionun əvəzinə yarımmüdafiəçi Fransa millisinə çağırılıb. Bütün işlərini və həyat yoldaşını tərk edən futbolçu ölkəsinin köməyinə gedib. Həvəslənən və ruhlanan Bubakar artıq Avro 2024-ün seçmə mərhələsində necə oynaya biləcəyini səbirsizliklə gözləyib.

Fransa yığması Cəbəllütariq və Yunanıstan komandaları ilə iki oyun keçirib. Hər iki oyun sonda müvafiq olaraq 3:0 və 1:0 hesab ilə fransızların qələbəsi ilə başa çatıb. Bütün bu hekayədə ən diqqətçəkən məqam odur ki, Didye Deşam yalnız üç oyunçunu - Markus Tyuram, Jordan Veret və bədbəxt Bubakar Kamaranı bu görüşlərdə meydana buraxmayıb. Yığmanın baş məşqçisi 23 yaşlı futbolçu ilə bağlı yaranmış bütün vəziyyəti öyrəndikdən sonra Deşam deyib: "Ümid edirəm ki, madam mənə çox əsəbiləşməyəcək".

İndi hər kəsi sual maraqlandırır: "Bubakar Kamaranın gənc həyat yoldaşı onun hərəkətinə necə reaksiya verəcək?"

Yuxu maskaları göz infeksiyaları yaradır  Xəbərdarlıq like
  • 24 İyn 06:04  
Digərləri Yuxu maskaları göz infeksiyaları yaradır Xəbərdarlıq

Göz maskaları işığın qarşısını almaq və yatmağı asanlaşdırmaq ü�

arrow Ətraflı
"Aldatmak"ın aktyoru Nikol Kidmanla eyni serialda  FOTO like
  • 24 İyn 03:03  
Şou-biznes "Aldatmak"ın aktyoru Nikol Kidmanla eyni serialda FOTO

"Aldatmak" serialında rol alan Aras Aydının yeni layihəsi bəlli o

arrow Ətraflı
Yevlaxda polisin ölümüylə nəticələnən qəza baş verdi like
  • 24 İyn 01:38  
Digərləri Yevlaxda polisin ölümüylə nəticələnən qəza baş verdi

Yevlax rayonu ərazisində rayon sakini 1988-ci il təvəllüdlü Arif Məhərr�

arrow Ətraflı
Rusiyanın fantastik silahları havaya qalxdı, Ukraynada həyacan verildi like
  • 24 İyn 01:19  
Digərləri Rusiyanın fantastik silahları havaya qalxdı, Ukraynada həyacan verildi

Ukraynada Rusiyanın fantastik silahlarından sayılan hipersəs "Kinjal&

arrow Ətraflı
Britni Spirs çimərlik geyimində qəribə pozlar verdi   VİDEO like
  • 24 İyn 01:01  
Şou-biznes Britni Spirs çimərlik geyimində qəribə pozlar verdi VİDEO

Amerikalı müğənni Britni Spirs çimərlik geyimində video yayımlayıb.

arrow Ətraflı
Məşhurların münasibətində YENİ MƏRHƏLƏ  Romantik tətilə hazırlaşırlar like
  • 24 İyn 00:48  
Şou-biznes Məşhurların münasibətində YENİ MƏRHƏLƏ Romantik tətilə hazırlaşırlar

Kolumbiyalı müğənni Şakiranın "Formula 1" pilotu Lyuis Hemiltonl

arrow Ətraflı
Bakıda 20 yaşlı gənc qətlə yetirildi like
  • 24 İyn 00:36  
Kriminal Bakıda 20 yaşlı gənc qətlə yetirildi

İyunun 23-də saat 23 radələrində Nərimanov rayonu Hidayətzadə küçəsin

arrow Ətraflı
Bakının ən böyük bazarlarından biri köçürülə bilər  Tıxac probleminə son qoyulacaq?  VİDEO like
  • 24 İyn 00:24  
Digərləri Bakının ən böyük bazarlarından biri köçürülə bilər Tıxac probleminə son qoyulacaq? VİDEO

Bakının ən böyük tikinti materialları satılan bazarında tikinti material

arrow Ətraflı
Türkiyəli müğənni yenidən xərçəngə tutuldu like
  • 24 İyn 00:12  
Şou-biznes Türkiyəli müğənni yenidən xərçəngə tutuldu

Türkiyəli müğənni Özkan Uğurda 4-cü dəfə xərçəng xəstəliyi aşka

arrow Ətraflı
Günün qoroskopu: Aktiv olun like
  • 24 İyn 00:01  
Digərləri Günün qoroskopu: Aktiv olun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Rusiyada hərbi qiyam: "Vaqner"lə nizami ordu arasında DÖYÜŞLƏR BAŞLADI like
  • 23 İyn 23:56  
Dünya Rusiyada hərbi qiyam: "Vaqner"lə nizami ordu arasında DÖYÜŞLƏR BAŞLADI

"Bir az əvvəl Yevgeni Priqojin iddia edib ki, Rusiya ordusu "Vaqner&

arrow Ətraflı
Bulvarda qadın özünü dənizə atdı  VİDEO like
  • 23 İyn 23:50  
Digərləri Bulvarda qadın özünü dənizə atdı VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı

arrow Ətraflı