Bu ay 640 hektaradək ərazi minalardan tam təmizlənib MN


Digərləri 20 İyn 2023 19:50:00 272 0

Bu ay 640 hektaradək ərazi minalardan tam təmizlənib  MN

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində azad edilmiş ərazilərimizdə cari ilin iyun ayı ərzində 640 hektaradək ərazi minalardan tam təmizlənib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 31334 hektaradək ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 10206 ədəd piyada əleyhinə, 2580 ədəd tank əleyhinə mina və 10446 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

Bundan başqa, mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyət nəticəsində ümumilikdə 1191 km-dən artıq yeni təminat yolları çəkilib, 21190 km-dən artıq yol qar örtüyündən təmizlənib. Cari ilin iyun ayı ərzində 55 km-dək mövcud təminat yolları təkmilləşdirilərək bərpa edilib.

Əsas səylərin azad edilmiş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinin təmizlənməsinə, eləcə də yeni təminat yollarının çəkilməsinə yönəldiyi mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun olaraq davam etdirilir.

Çox işlədiyi üçün işdən qovuldu like
  • 20 İyn 19:22  
Dünya Çox işlədiyi üçün işdən qovuldu

Barselona sakini Jean P. hədsiz zəhmətinin bədəlini ödəyib.

arrow Ətraflı
"Həmişə arvadıma zəng edib gəlirdim, bu dəfə..."  Mingəçevirdə qadın məşuqu ilə tutuldu like
  • 20 İyn 18:52  
Digərləri "Həmişə arvadıma zəng edib gəlirdim, bu dəfə..." Mingəçevirdə qadın məşuqu ilə tutuldu

Mingəçevir şəhərində 1981-ci il təvəllüdlü Daşqın həyat yoldaşı N

arrow Ətraflı
At cəmdəklərini mal əti adı ilə satırmış  VİDEO  FOTO like
  • 20 İyn 18:46  
Digərləri At cəmdəklərini mal əti adı ilə satırmış VİDEO FOTO

Qidaya yararsız at ətini mal əti adı altında satan Cəlilabad rayon sakini

arrow Ətraflı
"Aldatmaması üçün qadın kişini hər mənada qane etməlidir"  VİDEO like
  • 20 İyn 18:10  
Şou-biznes "Aldatmaması üçün qadın kişini hər mənada qane etməlidir" VİDEO

Türkiyəli aktrisa Feyza Civelek son açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
PAnın Vətəndaş Qəbulu Mərkəzində iyul ayı üçün qəbul cədvəli like
  • 20 İyn 18:08  
Digərləri PAnın Vətəndaş Qəbulu Mərkəzində iyul ayı üçün qəbul cədvəli

Prezident Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2023-cü

arrow Ətraflı
XİNdən Paşinyana cavab like
  • 20 İyn 18:06  
Siyasət XİNdən Paşinyana cavab

20 iyun tarixində Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan Par

arrow Ətraflı
“Epi xanımı rədd eləyib ki…” like
  • 20 İyn 17:34  
Şou-biznes “Epi xanımı rədd eləyib ki…”

Tanınmış reper Epinin (Əkbər Novruzlu) 8 gündür itkin düşən Qarayeva S

arrow Ətraflı
Yarış zamanı idmançını öldürən şəxs: “Naharda 100 qram araq içmişdim” like
  • 20 İyn 17:22  
Kriminal Yarış zamanı idmançını öldürən şəxs: “Naharda 100 qram araq içmişdim”

Şağan Olimpiya İdman Kompleksində gənc cüdoçu Turan Rüstəmovu qətlə y

arrow Ətraflı