Yarış zamanı idmançını öldürən şəxs: “Naharda 100 qram araq içmişdim”


Kriminal 20 İyn 2023 17:22:00 242 0

Yarış zamanı idmançını öldürən şəxs: “Naharda 100 qram araq içmişdim”

Şağan Olimpiya İdman Kompleksində gənc cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə təqsirləndirilən Ruslan Səfixanovun məhkəmə istintaqı zamanı verdiyi ifadəsi məlum olub.

Son.az pravda.az-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilib.

O ifadəsində göstərib ki, Sumqayıt şəhər sakinidir, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 3-cü kurs tələbəsidir. Cüdo idman növü ilə uşaqlıqdan məşğul olub, Azərbaycanda və xarici ölkələrdə nailiyyətləri var.

Ruslan Səfixanovun sözlərinə görə, hadisə günü Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən Gənclər və İdman Nazirliyinin nəzdində olan Şağan Olimpiya İdman Kompleksində yetkinlik yaşına çatmayan idmançılar arasında idman yarışları keçirilirdi. Həmin yarışa Sumqayıtdan məşqçilərin rəhbərliyi ilə 9 nəfərlik heyət gəlmişdi. O, isə psixoloji və mənəvi dəstək vermək üçün həmin komanda ilə yarışa qoşulub.

Təqsirləndirilən şəxs deyib ki, yetkinlik yaşına çatmayan zərərçəkmiş Turan Rüstəmovu həmin günədək tanımayıb, onunla birgə yarışlarda olmayıb, heç bir ədavəti və düşmənçiliyi olmayıb. Həmin gün saat 10 radələrində yarış başlanılıb, təxminən saat 12 radələrində komanda üzvləri olan Elmir və Kənanla birlikdə idman kompleksinin yanında yerləşən marketə gedərək oradan çörək, pendir, kolbasa, 0,5 litr həcmdə spirtli içki olan araq alaraq idman kompleksinə qayıdıb. Geri qayıdıb nahar etməyə başlamaq istəyəndə məlum olub ki, aldıqları ərzaqları doğramaq üçün bıçaq yoxdur. Bu səbəbə görə idman kompleksinin yaxınlıqda yerləşən adını bilmədiyi inşaat malları mağazasından bir ədəd mətbəx bıçağı alıb geri qayıdıb. Nahar zamanı aldığı 0,5 litr həcmində araqdan 100 qramını soyuq çayla qarışdırıb içib.

Ruslan bildirib ki, saat təxminən 14 radələrində komandanın yarışını tatamiyə yaxın məsafədə yerləşən tribunadan izləyib, pilləkənlərlə tribunaya doğru qalxan zaman Turanın orada tək oturduğunu görüb:

"Turan ayaqlarını qarşısındakı oturacağın üzərinə qoyduğu üçün mənim oturmağıma maneə yaratdı. Ona buna görə irad tutaraq ayaqlarını oturacaqdan endirməsini tələb etdim. Cavabında Turan məni söyüb təhqir etdi. Bu səbəbdən Turana bir şillə vurdum. Turan isə mənə təpik-yumruq atdığı üçün onu vurdum. Bu zaman Turan məni ağır söyüşlə söydüyü üçün şalvarımın belinə qoyduğum bıçağı çıxardım. Lakin həmin bıçaqla Turana yetirdiyim xəsarətlərin sayını artıq xatırlamıram. Çünki özümdə olmamışam. O zaman ayıldım ki, polislər məni tutub saxlayıb və bıçağın əlimi də kəsdiyini gördüm. Bir daha bildirirəm ki, zərərçəkmiş şəxs 2-ci dəfə ailə üzvlərimi söydüyü üçün bu cinayəti törətdim".

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Yevlax rayon sakini, 2006-cı il təvəllüdlü Turan Rüstəmova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ruslan Səfixanova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.

Məhkəmənin hökmü ilə o, 19 il müddətinə azadlıqdan məhrum edilib. Son.az

2 nəfər I qrup üzrə ən yüksək balı toplayıb like
  • 20 İyn 17:18  
Digərləri 2 nəfər I qrup üzrə ən yüksək balı toplayıb

I ixtisas qrupu üzrə ən yüksək nəticəni (maksimal olan 400 bal) 2 nəfər

arrow Ətraflı
Rusiyada barıt zavodunda partlayış olub, like
  • 20 İyn 17:16  
Digərləri Rusiyada barıt zavodunda partlayış olub,

Rusiyanın Tambov vilayətində barıt zavodunun binasında partlayış baş ver

arrow Ətraflı
Müdafiə Nazirliyi məlumat yaydı like
  • 20 İyn 17:11  
Digərləri Müdafiə Nazirliyi məlumat yaydı

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə

arrow Ətraflı
“Maşını üzərimə sürdü”  “Bolt”u tənqid etdi like
  • 20 İyn 17:10  
Şou-biznes “Maşını üzərimə sürdü” “Bolt”u tənqid etdi

Tanınmış aparıcı Günay Yelmarqızı taksi sürücüsünün hücumuna məru

arrow Ətraflı
“Qrant şəbəkəsi”nin yeni maliyyələşmə mexanizmləri like
  • 20 İyn 16:56  
Digərləri “Qrant şəbəkəsi”nin yeni maliyyələşmə mexanizmləri

Qərbin maliyyə strukturları strateji hədəfləri təhdid edən istiqamətlə

arrow Ətraflı
Mübariz Mənsimovun atası vəfat etdi like
  • 20 İyn 16:52  
Digərləri Mübariz Mənsimovun atası vəfat etdi

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimova ağır itki

arrow Ətraflı
Şimali Makedoniya Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib like
  • 20 İyn 16:40  
Siyasət Şimali Makedoniya Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovski Prezident İlh

arrow Ətraflı
“Öpüşmürəm və eyni yatağa girmirəm”  Nəbahat Çehrə like
  • 20 İyn 16:26  
Şou-biznes “Öpüşmürəm və eyni yatağa girmirəm” Nəbahat Çehrə

Türkiyəli aktrisa Nəbahat Çehrə illər əvvəl rol aldığı "Aşk-ı

arrow Ətraflı
Sarkisyanın müavininə yeni cinayət işi açıldı like
  • 20 İyn 16:14  
Digərləri Sarkisyanın müavininə yeni cinayət işi açıldı

Ermənistan Respublikaçılar Partiyasının sədr müavini, sabiq təhsil və e

arrow Ətraflı
Bakıda şok olay: "Parkovşik" müştərinin BMWsini aşırdı  FOTO like
  • 20 İyn 16:12  
Digərləri Bakıda şok olay: "Parkovşik" müştərinin BMWsini aşırdı FOTO

Bakıda restoranların birinin "parkovşik"i müştərinin avtomobilin

arrow Ətraflı