Qida məhsulları ilə bağlı açıq reyestrin aparılması qaydası müəyyənləşdi


Digərləri 19 İyn 2023 15:48:00 218 0

Qida məhsulları ilə bağlı açıq reyestrin aparılması qaydası müəyyənləşdi

Nazirlər Kabineti "Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestrinin aparılması qaydası"nı təsdiqləyib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, reyestr qida məhsullarında aşkar korlanma, dağılma, çürümə əlamətlərinin olması hallarına şamil edilmir. Reyestr insanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının qorunması üçün qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən hallar barədə məlumatların vahid mənbədə toplanması, emalı, axtarışı, təhlili, ötürülməsi və istifadəçilərin məlumatlandırılması məqsədilə aparılır. Reyestrdə olan məlumatlar istifadəçilər üçün açıqdır, ondan istifadə və məlumatların əldə edilməsi ödənişsizdir. Reyestr Azərbaycan Respublikasının mülkiyyətidir və onun saxlanılması Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Reyestrin formalaşdırılmasına, aparılmasına və arxivləşdirilməsinə dair bu Qayda ilə tənzimlənməyən digər məsələlər, o cümlədən Reyestrin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə digər dövlət informasiya ehtiyatlarına və sistemlərinə inteqrasiyası Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"na uyğun olaraq tənzimlənir.

Biləsuvarda qətlə yetirilən keçmiş polisin FOTOsu like
  • 19 İyn 15:26  
Digərləri Biləsuvarda qətlə yetirilən keçmiş polisin FOTOsu

Xəbər verdiyimiz kimi, dünən Biləsuvarda keçmiş polis əməkdaşı Bayram

arrow Ətraflı
Dövlət qulluqçularının nə qədər maaş aldığı like
  • 19 İyn 15:24  
Digərləri Dövlət qulluqçularının nə qədər maaş aldığı

2023-cü il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 27,1 min

arrow Ətraflı
“Güzəştli mənzil” sistemi vasitəsilə jurnalistlərin müraciətlərinin qəbuluna başlandı like
  • 19 İyn 14:44  
Digərləri “Güzəştli mənzil” sistemi vasitəsilə jurnalistlərin müraciətlərinin qəbuluna başlandı

Azərbaycan Respublikası Prezidentinin 08.02.2022 tarixli 1591 nömrəli Fərma

arrow Ətraflı
Ərəb dünyasında Azərbaycana maraq ciddi şəkildə artıb like
  • 19 İyn 14:25  
Digərləri Ərəb dünyasında Azərbaycana maraq ciddi şəkildə artıb

44 günlük Vətən müharibəsindəki qələbə ərəb dünyasında Azərbaycan

arrow Ətraflı
Naxçıvan istiqamətində mövqelərimiz like
  • 19 İyn 14:17  
Siyasət Naxçıvan istiqamətində mövqelərimiz

İyunun 19-u saat 13:35 radələrində Ermənistan silahlı qüvvələrinin böl

arrow Ətraflı
“Oqtay, sonuncu dəfə gülümsə, sənsiz darıxırıq” like
  • 19 İyn 14:14  
Şou-biznes “Oqtay, sonuncu dəfə gülümsə, sənsiz darıxırıq”

Bu gün mərhum Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin ad günüdür.

arrow Ətraflı
Tikinti şirkətlərinin QİYMƏT HOQQASI like
  • 19 İyn 14:06  
Digərləri Tikinti şirkətlərinin QİYMƏT HOQQASI

Bakıda tikinti şirkətləri şirnikləndirici reklamları ilə insanları alda

arrow Ətraflı
Lənkəranda meşədə itkin düşən şəxs tapılıb like
  • 19 İyn 14:03  
Digərləri Lənkəranda meşədə itkin düşən şəxs tapılıb

Lənkəranda meşədə itkin düşən şəxs tapılıb.

arrow Ətraflı