“Güzəştli mənzil” sistemi vasitəsilə jurnalistlərin müraciətlərinin qəbuluna başlandı


Digərləri 19 İyn 2023 14:44:00 223 0

“Güzəştli mənzil” sistemi vasitəsilə jurnalistlərin müraciətlərinin qəbuluna başlandı

Azərbaycan Respublikası Prezidentinin 08.02.2022 tarixli 1591 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda edilmiş dəyişikliyə əsasən, güzəştli ipoteka kreditini almaq və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların sırası genişləndirilib.

MİDA-dan verilən məlumata görə, müvafiq dəyişikliklə, gənc ailə (Gənc ailə - yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyndir) üzvü olan "ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər" və yaşından və ailə vəziyyətindən asılı olmayaraq "ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər" də güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyalarına əlavə edilmişdir.

Ölkə başçısının bu Fərmanını icra etmək məqsədilə ötən müddət ərzində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən "Güzəştli mənzil" elektron sistemində zəruri dəyişiklik və təkmilləşdirmə işi aparılmış, həmin kateqoriyalara uyğun olan jurnalistlər tərəfindən təqdim edilməli sənədlər müəyyənləşdirilmişdir. Sənədlərin siyahısı ilə www.mida.gov.az internet səhifəsində yerləşən "Güzəştli mənzili kim ala bilər" bölməsində tanış olmaq mümkündür.

Həmin şəxslər 19.06.2023-cü il tarixindən etibarən Elektron İmza və ya Asan İmzadan istifadə edərək "Elektron hökumət" portalında (www.e-gov.az) yaradılmış "Güzəştli mənzil" sistemi vasitəsilə müraciət edə bilərlər.

Xatırladaq ki, güzəştli mənzil əldə etmək istəyən vətəndaşların rahatlığını təmin etmək, "Güzəştli mənzil" elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə Bakı şəhərində yerləşən 1 saylı "ASAN Kommunal" mərkəzi, 3 və 5 saylı Bakı "ASAN xidmət" mərkəzlərində, habelə 1 saylı Sumqayıt və 1 saylı Gəncə regional "ASAN xidmət" mərkəzlərində "Güzəştli mənzil" pəncərələri vətəndaşlara xidmət göstərir. Bununla yanaşı, vətəndaşlar "ASAN xidmət" mərkəzlərinə gəlmədən ölkənin istənilən regionundan "108 Çağrı" mərkəzinə zəng edərək suallarına cavab tapa bilərlər.

Ərəb dünyasında Azərbaycana maraq ciddi şəkildə artıb like
  • 19 İyn 14:25  
Digərləri Ərəb dünyasında Azərbaycana maraq ciddi şəkildə artıb

44 günlük Vətən müharibəsindəki qələbə ərəb dünyasında Azərbaycan

arrow Ətraflı
Naxçıvan istiqamətində mövqelərimiz like
  • 19 İyn 14:17  
Siyasət Naxçıvan istiqamətində mövqelərimiz

İyunun 19-u saat 13:35 radələrində Ermənistan silahlı qüvvələrinin böl

arrow Ətraflı
“Oqtay, sonuncu dəfə gülümsə, sənsiz darıxırıq” like
  • 19 İyn 14:14  
Şou-biznes “Oqtay, sonuncu dəfə gülümsə, sənsiz darıxırıq”

Bu gün mərhum Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin ad günüdür.

arrow Ətraflı
Tikinti şirkətlərinin QİYMƏT HOQQASI like
  • 19 İyn 14:06  
Digərləri Tikinti şirkətlərinin QİYMƏT HOQQASI

Bakıda tikinti şirkətləri şirnikləndirici reklamları ilə insanları alda

arrow Ətraflı
Lənkəranda meşədə itkin düşən şəxs tapılıb like
  • 19 İyn 14:03  
Digərləri Lənkəranda meşədə itkin düşən şəxs tapılıb

Lənkəranda meşədə itkin düşən şəxs tapılıb.

arrow Ətraflı
Yanvarmay aylarında Əlcəzairdən Türkiyə limanlarına daşınan yüklərin həcmi açıqlanıb like
  • 19 İyn 13:52  
Digərləri Yanvarmay aylarında Əlcəzairdən Türkiyə limanlarına daşınan yüklərin həcmi açıqlanıb

2023-cü ilin yanvar-may aylarında Əlcəzairdən Türkiyə limanlarına 3 mily

arrow Ətraflı
Azərbaycanda şəkər tozu bahalaşıb? like
  • 19 İyn 13:41  
Digərləri Azərbaycanda şəkər tozu bahalaşıb?

Azərbaycanda şəkər tozunun qiymətinin bahalaşması barədə məlumatlar ya

arrow Ətraflı
Rüşvət alan sabiq məmurlara hökm oxundu like
  • 19 İyn 13:30  
Kriminal Rüşvət alan sabiq məmurlara hökm oxundu

Sabirabadın rüşvət almaqda ittiham olunan sabiq baş memarı Müşfiq Qası

arrow Ətraflı
Bağça tərbiyəçisindən uşağa qarşı ŞİDDƏT like
  • 19 İyn 13:19  
Digərləri Bağça tərbiyəçisindən uşağa qarşı ŞİDDƏT

Azərbaycanda uşaq bağçalarından birində azyaşlıya qarşı kobud rəftar

arrow Ətraflı
Qeyrisabit hava şəraiti sabah da davam edəcək like
  • 19 İyn 13:10  
Digərləri Qeyrisabit hava şəraiti sabah da davam edəcək

Bakıda və Abşeron yarımadasında iyunun 20-də hava şəraitinin dəyişkən

arrow Ətraflı
Ağdamda insanlar öldürülərək yol kənarına atılıb like
  • 19 İyn 13:08  
Digərləri Ağdamda insanlar öldürülərək yol kənarına atılıb

Ağdamın Sarıcalı kəndi ərazisində Ağdam avtomobil yolunun kənarında in

arrow Ətraflı
Heydər Əliyev Sarayında “Muğam aləmi” 6cı Beynəlxalq Musiqi Festivalının açılışı olub like
  • 19 İyn 13:00  
Kriminal Heydər Əliyev Sarayında “Muğam aləmi” 6cı Beynəlxalq Musiqi Festivalının açılışı olub

İyunun 18-də Heydər Əliyev Sarayında Heydər Əliyev Fondu və Mədəniyyə

arrow Ətraflı
Ermənilərin qətlə yetirdiyi 400dən artıq azərbaycanlının meyit qalıqları aşkarlanıb like
  • 19 İyn 12:57  
Digərləri Ermənilərin qətlə yetirdiyi 400dən artıq azərbaycanlının meyit qalıqları aşkarlanıb

2020-ci ildə Azərbaycan, Rusiya, Ermənistan arasında üçtərəfli bəyanat�

arrow Ətraflı
Ukraynalılar rus səngərinə girdi: basqın... like
  • 19 İyn 12:49  
Dünya Ukraynalılar rus səngərinə girdi: basqın...

Ukrayna ordusu cənub istiqamətində rusların səngərlərinə daxil olaraq 10

arrow Ətraflı