Plastiki parçalayan iki GÖBƏLƏK


Digərləri 22 Apr 2023 20:45:00 149 0

Plastiki parçalayan iki GÖBƏLƏK

Plastik tullantılara insanların mövcud olduqları bütün yerlərdə rast gəlmək olar. Təkrar emalı qəliz olan bu material uzun illər ərzində təbiətdə qalacaq. Sakit okeanda olan plastik tullantılar hətta öz biosferlərini də yaratmağa başlayıblar və həmin tullantılarda sahilyanı canlı orqanizmlər birlikdə yaşayırlar.

Son.az lent.az-a istinadən bildirir ki, Avstraliyadan olan alimlər plastik materialları parçalamağa qadir iki növ torpaq göbələyi aşkar ediblər.

Sidney Universitetinin mütəxəssisləri apardıqları təcrübə çərçivəsində Aspergillus terreus və Engyodontium album adlı göbələklərin polipropileni (təkrar emalı qəliz olan plastik material növü) parçaladıqlarını təsdiqləyiblər. Məlumata əsasən, bütün plastik tullantıların 25 faizi məhz polipropilenin payına düşür. Söhbət, qida qablarından, paltarlar üçün asılqanlardan və s. əşyalardan gedir.

Sənaye səviyyəsində təkrar emal prosesinə isə istehsal edilmiş polipropilenin yalnız 1 faizi çatır. Bu isə sözügedən plastik material növünün iri həcmdə tullantılara sahib olduğundan xəbər verir. Alimlər təyin ediblər ki, plastik materiallara öncədən ultrabənövşəyi şüalar vasitəsilə təsir göstərdikdə və onları qızdırdıqda aşkar edilmiş torpaq göbələkləri polipropileni daha aktiv şəkildə parçalayır. Təbiətdə Günəşdən gələn ultrabənövşəyi şüalar və istilik var. Buna görə də sözügedən torpaq göbələkləri təbii mühitdə polipropileni rahat şəkildə parçalaya bilərlər. Sözügedən təsirlərə məruz qalmış plastik material laboratoriya şəraitində Aspergillus terreus və Engyodontium album adlı göbələklər tərəfindən 30 gün ərzində 21 faiz parçalanıb. 90 gün ərzində isə göbələklər plastik materialın 25-27 faizni parçalayıblar.

Dünyanı vuracaq PARTLAYIŞ like
  • 22 Apr 20:40  
Digərləri Dünyanı vuracaq PARTLAYIŞ

Alimlər belə qənaətə gəliblər ki, 2025-ci ildə pik nöqtəsinə çataca�

arrow Ətraflı
İsveçdə minlərlə insan NATOya qarşı çıxdı like
  • 22 Apr 20:22  
Dünya İsveçdə minlərlə insan NATOya qarşı çıxdı

İsveçin Höteburq şəhərində iki mindən çox insan ölkənin NATO-ya daxil

arrow Ətraflı
“Görüş” kinokomediyasının like
  • 22 Apr 19:59  
Kriminal “Görüş” kinokomediyasının

Bu gün Xalq artisti Ağahüseyn Cavadovun doğum günüdür

arrow Ətraflı
Azərbaycanda zəlzələ olub like
  • 22 Apr 19:45  
Digərləri Azərbaycanda zəlzələ olub

İsmayıllı rayonunda zəlzələ olub.

arrow Ətraflı
XİNdən erməni təxribatı ilə bağlı like
  • 22 Apr 19:40  
Siyasət XİNdən erməni təxribatı ilə bağlı

Ermənistan Azərbaycanın suveren ərazisindəki bütün hərbi təxribatları

arrow Ətraflı
Minaya düşən hərbçilərimiz təxliyə olunub  VİDEO  FOTO like
  • 22 Apr 19:34  
Digərləri Minaya düşən hərbçilərimiz təxliyə olunub VİDEO FOTO

Minaya düşən hərbçilərimiz təxliyə olunub.

arrow Ətraflı
İnək qatar yolunu tualetə çevirən kişini öldürdü like
  • 22 Apr 19:27  
Dünya İnək qatar yolunu tualetə çevirən kişini öldürdü

Hindistandan 82 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

arrow Ətraflı
Rusiya Almaniyanın 20dən çox diplomatını ölkədən çıxarır like
  • 22 Apr 18:44  
Dünya Rusiya Almaniyanın 20dən çox diplomatını ölkədən çıxarır

Rusiya Almaniyanın 20-dən çox diplomatını ölkədən çıxarır.

arrow Ətraflı
Facebook ermənilərin saxta təbliğat aparmalarına mane oldu like
  • 22 Apr 18:33  
Dünya Facebook ermənilərin saxta təbliğat aparmalarına mane oldu

Meta Korporasiyasına daxil olan "Facebook" sosial media platforması

arrow Ətraflı
Növbəti erməni təxribatı: like
  • 22 Apr 18:27  
Siyasət Növbəti erməni təxribatı:

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Az�

arrow Ətraflı
81 il əvvəl batırılan gəmi 1060 nəfərin qalıqları ilə birgə tapıldı like
  • 22 Apr 18:11  
Dünya 81 il əvvəl batırılan gəmi 1060 nəfərin qalıqları ilə birgə tapıldı

İkinci Dünya Müharibəsi zamanı ABŞ Hərbi Dəniz Qüvvələri tərəfində

arrow Ətraflı