Dünyanı vuracaq PARTLAYIŞ


Digərləri 22 Apr 2023 20:40:00 147 0

Dünyanı vuracaq PARTLAYIŞ

Alimlər belə qənaətə gəliblər ki, 2025-ci ildə pik nöqtəsinə çatacağı gözlənilən Günəş partlayışları əslində bir il əvvəl baş verə bilər.

Son.az qaynarinfo-ya istinadən bildirir ki, ABŞ-ın Milli Atmosfer Tədqiqatları Mərkəzinin tədqiqatçıları hesab edirlər ki, ulduzdakı fəaliyyətlər 6-12 ay ərzində sözdə "günəş maksimumu"na çatacaq.

Son zamanlar Günəşdə partlayışlar intensivləşir. Bu o deməkdir ki, Yer daha tez-tez plazma axınlarına məruz qalır.

Alimlər ulduzdakı partlayışların sonrakı dövrdə daha da artacağını və pik həddə çatacağını bildirirlər. Çünki Günəş hazırda hərəkət mərhələsindədir.

Ulduz hər 11 ildən bir sakit və ya fırtınalı dövrü tamamlayır, yeni bir dövrə başlayır. Məlumdur ki, Günəş 2019-cu ildə 25-ci dövrünə qədəm qoyub. Bu dövrələrdən sakit olanı, yəni ulduzdakı partlayışların və ləkələrin minimum səviyyəyə endiyi dövrlər "günəş minimumu" adlanır. Günəş ləkələrinin artdığı və partlayışların tez-tez baş verdiyi fazalara "günəş maksimumu" deyilir.

İndiyə qədər Günəşin 2025-ci ildə yeni "günəş maksimum fazası"na çatacağı düşünülürdü. Astronomlar 2025-ci ildə ulduzda şiddətli partlayışların baş verə biləcəyi barədə xəbərdarlıq edirdilər.

Bu partlayışlar nəticəsində kosmosa atılan radioaktiv zərrəciklər Yerə çatdıqda və planeti qalxan kimi əhatə edən maqnit sahəsi ilə qarşılıqlı əlaqədə olduqda buna Günəş fırtınası deyilir.

Şiddətli Günəş fırtınaları naviqasiya, GPS və radio rabitə sistemlərini zədələyərək, onların işini poza, orbitdə olan peykləri sıradan çıxara və astronavtların həyatını təhlükəyə ata bilər.

"Frontiers in Astronomy and Space Sciences" elmi jurnalında dərc olunan yeni araşdırma, "günəş maksimumu"nun gözləniləndən bir il əvvəl gələ biləcəyini ortaya qoyub. Bu o deməkdir ki, Günəş alovları və buna görə də tufanlar 6-12 ay ərzində pik həddinə çata bilər.

Tədqiqatçıların proqnozu Günəşdə "halo dövrü" adlanan maqnit aktivliyinə əsaslanır. Günəş əslində 22 illik maqnit fəaliyyəti dövrünə malikdir. Buna "halo dövrü" deyilir.

Ulduzun hər iki yarımkürəsində 55 dərəcə enlikdə maqnit halqalarının əmələ gəlməsi "halo dövrü" üçün böyük əhəmiyyət kəsb edir. Çünki Günəş öz dövrlərindən keçdikcə bu halqalar da ekvatora çatdıqda yerlərini dəyişir və bir-birini yox edir.

Günəşdə sonuncu belə hadisə 2021-ci ilin dekabrında baş verib. Yeni araşdırmada komanda "günəş maksimumu"nun nə vaxt baş verəcəyini hesablamağa çalışıb. Tapıntılar göstərir ki, 6-12 ay ərzində Günəş aktivliyi bu nöqtəyə çatacaq.

İsveçdə minlərlə insan NATOya qarşı çıxdı like
  • 22 Apr 20:22  
Dünya İsveçdə minlərlə insan NATOya qarşı çıxdı

İsveçin Höteburq şəhərində iki mindən çox insan ölkənin NATO-ya daxil

arrow Ətraflı
“Görüş” kinokomediyasının like
  • 22 Apr 19:59  
Kriminal “Görüş” kinokomediyasının

Bu gün Xalq artisti Ağahüseyn Cavadovun doğum günüdür

arrow Ətraflı
Azərbaycanda zəlzələ olub like
  • 22 Apr 19:45  
Digərləri Azərbaycanda zəlzələ olub

İsmayıllı rayonunda zəlzələ olub.

arrow Ətraflı
XİNdən erməni təxribatı ilə bağlı like
  • 22 Apr 19:40  
Siyasət XİNdən erməni təxribatı ilə bağlı

Ermənistan Azərbaycanın suveren ərazisindəki bütün hərbi təxribatları

arrow Ətraflı
Minaya düşən hərbçilərimiz təxliyə olunub  VİDEO  FOTO like
  • 22 Apr 19:34  
Digərləri Minaya düşən hərbçilərimiz təxliyə olunub VİDEO FOTO

Minaya düşən hərbçilərimiz təxliyə olunub.

arrow Ətraflı
İnək qatar yolunu tualetə çevirən kişini öldürdü like
  • 22 Apr 19:27  
Dünya İnək qatar yolunu tualetə çevirən kişini öldürdü

Hindistandan 82 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

arrow Ətraflı
Rusiya Almaniyanın 20dən çox diplomatını ölkədən çıxarır like
  • 22 Apr 18:44  
Dünya Rusiya Almaniyanın 20dən çox diplomatını ölkədən çıxarır

Rusiya Almaniyanın 20-dən çox diplomatını ölkədən çıxarır.

arrow Ətraflı
Facebook ermənilərin saxta təbliğat aparmalarına mane oldu like
  • 22 Apr 18:33  
Dünya Facebook ermənilərin saxta təbliğat aparmalarına mane oldu

Meta Korporasiyasına daxil olan "Facebook" sosial media platforması

arrow Ətraflı
Növbəti erməni təxribatı: like
  • 22 Apr 18:27  
Siyasət Növbəti erməni təxribatı:

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Az�

arrow Ətraflı
81 il əvvəl batırılan gəmi 1060 nəfərin qalıqları ilə birgə tapıldı like
  • 22 Apr 18:11  
Dünya 81 il əvvəl batırılan gəmi 1060 nəfərin qalıqları ilə birgə tapıldı

İkinci Dünya Müharibəsi zamanı ABŞ Hərbi Dəniz Qüvvələri tərəfində

arrow Ətraflı
Özünə gizli toy eləyən, içkiyə qurşanıb ailəsini atan reper like
  • 22 Apr 18:00  
Kriminal Özünə gizli toy eləyən, içkiyə qurşanıb ailəsini atan reper

Son.az Kulis.az-a istinadən mərhum repçi Anar Nağılbaz haqqında maraqlı f

arrow Ətraflı