O videonu buna görə özüm yaydım


Digərləri 19 Apr 2023 21:53:00 181 0

O videonu buna görə özüm yaydım

Son.az millət vəkili Fazil Mustafanın axar.az-a müsahibəsini təqdim edirik:

- Hazırda özünüzü necə hiss edirsiniz?

- Müalicəm gedir, özümü normal hiss edirəm. Yeriyə də bilirəm. Yaralarımın tikişlərinin sökülməsi 1-2 günə gerçəkləşəcək. Demək olar ki, xüsusi ağrılarım yoxdur. Reablitasiya ilə bağlı problemlər qalır. Onları da həkim məsləhəti ilə mərhələli şəkildə həyata keçirəcəyik. Ümid edirəm ki, yaxın aylarda tam şəkildə aktiv fəaliyyətimi bərpa edəcəyəm.

- 27 martda harada idiniz? Evə nə vaxt gəldiniz? Bu sualı verməyimizin səbəbi var: Terror sifarişləri üçün tarixlərin təsadüfən seçilib-seçilmədiyini öyrənmək istəyirik. 27 yanvarda Tehrandakı Səfirliyimizə hücum olmuşdu. 28 martda millət vəkilimizə hücum edildi... Ümumiyyətlə, hər gün evə təxminən neçədə gəlirsiniz? Həmin gün istisna idi, yoxsa standart qrafikiniz elədir?

- 27 mart tarixində iftardaydım. Evə də iftardan sonra, təxminən saat 11-də (23:00) qayıtmışdım. Hər hansı təhlükə də hiss etməmişdim. Bütövlükdə evə gediş-gəliş vaxtım bəlli deyil və 28 martda da evdən getmək fikrim yox idi. Sonradan dostlarla iftar süfrəsində görüş təyin etdik. Ona görə də bütün günü evdə oldum, yalnız saat 7-nin yarısı (18:30) evdən çıxdım. Görünür, gedişimdən hansısa formada xəbər tutulub ki, pusqu quraraq gəlişimi gözləyiblər. Adətən evə konkret vaxtda qayıtmıram. İftardan çıxandan sonra təqribən saat 10-a qalmış evə dönməli idim. Həm də işa namazımı evdə qılmağı nəzərdə tutduğuma görə çox gecikməli deyildim. Buna görə də iftardan sonra orada axşam namazımı qıldım və çay süfrəsi də bitəndən sonra evə gəlməyi qərarlaşdırdım. Yəni ortaya xüsusi proqramım çıxmadı ki, ləngiyim. Məni orda gözləyənlərin bir neçə saat gözləməsi də mümkün idi, çünki qərar verilmişdi, pusqu qurulmuşdu.

- Sizə qarşı hücumun guya edilmədiyi haqda ölkədən kənardan bəzi iddialar səsləndirilirdi. Bir neçə gün əvvəl isə terror hücumu anının görüntüləri ortaya çıxdı. Qonşu həyətdəki kamera vasitəsilə qeydə alınmışdı. O görüntüləri hücumun səhərisi günü yaymaq olmazdımı?

- Buna hücumun edilmədiyi haqda sadə, sıradan informasiya yayılması məsələsi kimi baxmaq olmaz. Bu, bütövlükdə məqsədyönlü şəkildə nəzərdə tutulmuş dezinformasiyalardır. Birinci atəş açılır və bunların istədiyi kimi nəticələnmir, ölüm baş vermir. Baş vermirsə, onda bu hadisənin üçüncü qüvvə tərəfindən törədildiyi barədə dezinformasiyalar ortaya atılır. Ardınca isə bunun ümumiyyətlə baş vermədiyi iddia olunur. Daha sonra baş versə belə, oyun olduğunu göstərməyə çalışırlar. Yəni bu ssenari qurulmuşdu. Orada da kifayət qədər kamera görüntüləri var idi, amma konkret hansı kameraya düşməyim barədə bilgiyə sahib deyiləm. Yəni bildiyim odur ki, müəyyən məsələlər kamera görüntülərindən də ortaya çıxır. O baxımdan da bu kimi məsələlərdə məncə bir tərəddüd yoxdur. Kamera görüntülərinin yayılmasına gəlincə, bu mənim əlimdə deyildi, xəstəxanadaydım. Mən xəstəxanadan çıxandan sonra bir çoxları yayılmağa başladı. Ondan sonra nə baş verdiyi barədə məlumatım oldu. Ona qədər mənim də ciddi məlumatım yox idi. Sadəcə səhhətimlə bağlı problemlərlə məşğul olurdum. Amma bir sıra məsələlər var ki, ona vaxtında daha tez aydınlıq gətirmək olardı. Bəzi məsələlər də istintaqla bağlı idi. Situasiyanı mən özüm idarə edə bilmədiyim üçün bunun niyə edilmədiyi barədə bir şey söyləyə bilmərəm. Bunu özüm evə çıxandan sonra bir sıra məsələlərin cavabsız qalmaması üçün müəyyən informasiyaların, görüntülərin təqdim olunmasını məqbul hesab elədim və bu da yayıldı.

- İlk gün verdiyiniz açıqlamada ikinci güllənin sizə evə gedərkən dəydiyini açıqlamışdınız. Real TV-yə açıqlamanızda, daha sonra isə maşınınızdan yayılan görüntüdə güllənin ayağınıza da maşında dəydiyi üzə çıxdı. Bunu necə izah edə bilərsiniz? Doğrudanmı ilk gün ayağınızdan güllə yarasını evə gedərkən aldığınızı zənn edirdiniz? Yəni ikinci güllənin ayağınızdan dəydiyini maşında olarkən hiss etməmişdiniz?

- Həqiqətən də mən ayağıma maşında güllə dəydiyini hiss etməmişdim. Ancaq həyətə girəndə hiss etdim. Amma çiynimə dəyən gülləni dərhal hiss etdim. Məndə elə təsəvvür var idi ki, ayağıma güllə evə gedərkən dəyib. Sonradan araşdırmalar onu göstərdi ki, əslində, atılan güllə ilk ayağıma güllə dəyib - altdan oturacağı deşərək, mühərrik qutusunu da dağıdaraq... Yəni ilk gülləni ayağımdan almışam. Bunu mən maşında olarkən hiss etmədim. Və ona görə də ilkin açıqlamamda elə təsəvvürüm var idi ki, maşında ancaq mənim çiynimdən güllə dəyib. Yəni maşından düşəndən sonra mənə güllə dəyməyib. Çünki maşın məni qoruyub.

Bunları sonra aydınlaşdırdım, xəstəxanada videogörüntülərə də baxdım, qardaşım və yaxın adamlar ev kamerasında müəyyən elementləri mənə çatdırmışdılar. Ordan da məndə qəti əminlik yarandı ki, həqiqətən də ilk güllə də ayağıma maşının içində dəyib. Sadəcə sümüyə dəymədiyi üçün yeriməyə imkanım oldu. Sümüyə dəysəydi, yeriməyim çox çətin olacaqdı. Diz qapağına güllə dəyməmişdi, ordan yuxarı hissəni deşib keçmişdi. Amma bədənimdə hər hansı bir giliz qalmamışdı, hər iki yarada da açıq göründüyü kimi, güllələr bədənimi deşib keçib. İran xüsusi xidmət orqanlarının daha çox yönləndirilməsi ilə, xaricdə oturan trolların vəsaiti ilə müəyyən bir dezinformasiya yaymağa çalışan qüvvələr guya burda bir səhv axtarmağa, guya bizim yalan danışdığımızı söyləməyə cəhd etdilər.

- Hamını düşündürən bir sual da var: niyə məhz Fazil Mustafa seçildi? Bu, uğursuz seçim deyilmi? Axı, siz ibadət edən, namaz qılan, oruc tutan bir şəxssiniz. Bu baxımdan Rafiq Tağıya hücumla sizə hücum arasında böyük fərq var.

- Bu sualı cavablandırmaqda çətinlik çəkirəm. Amma bu mənim üçün birinci hədə deyil. Dəfələrlə bu şəbəkə tərəfindən həm sosial şəbəkə üzərindən, həm də real vasitələrlə hədələr olmuşdu. Hətta bununla bağlı məhkəmə hökmü də var. İrandan yönləndirilən şəbəkə tərəfindən həm ailəmin, həm özümün təhdidim ilə bağlı real əməllər vardı. Bununla bağlı da qərarlar çıxarılıb. Bu baxımdan da bu hücum sürpriz deyildi. Çünki mənim siyasət həyatımda bu məsələ ilə bağlı prinsipial mövqeyim cəmiyyətə də bəllidir.

O ki qaldı ibadət əhli olmaq, terrorun Ramazan ayında edilməsi... Məhz bunu yəhudi, xristian, yaxud da bir normal müsəlman etməz. Bunu ancaq İran zehniyyətli qatil düşüncəsi itipi edər. Hətta bir xristian belə Ramazan ayında ibadət edən insana əlini qaldırmaz. Hətta qatil belə olsa. Bunu ancaq iranlı zehniyyət edə bilər. Çünki bunların böyük əksəriyyəti bu xəstəliyə yoluxmuş, qatil kimi yetirmiş insanlardır. Mən hər zaman deyirəm, təsadüfən bunların simvolları xəncər deyil. Bu xəncər təkcə özlərini doğramaq üçün nəzərdə tutulmayıb. Bir az sayları çoxalan kimi bu cahil sürüsü cəmiyyətin ziyalılarını doğramağa yönəlirlər. Necə ki İran inqilabında bunun şahidi oldunuz. Milyonlarla insanı məhv etdilər. Ona görə də burda təəccüblü heç nə yoxdur. Allah rəhmət eləsin, Rafiq Tağı ilə bağlı edilən də ciddi bir terror idi. İntensivlik baxımından o, antiiran kursu götürmüş bir yazar deyildi. Yəni mövzuları, sujet xətti tamamilə başqa idi. Bir neçə yazısında bu elementlər olduğuna görə ona qarşı da bu qəsd olmuşdu.

Xalq artistinin vəziyyəti ağırdır: like
  • 19 Apr 21:47  
Kriminal Xalq artistinin vəziyyəti ağırdır:

Xalq artisti Ramiz Məlikin vəziyyəti ağırdır.

arrow Ətraflı
Xərçəng hüceyrələrini məhv edən PƏHRİZ HAZIRLANIB like
  • 19 Apr 21:43  
Digərləri Xərçəng hüceyrələrini məhv edən PƏHRİZ HAZIRLANIB

Şimali Karolina Universitetinin Tibb fakültəsinin alimləri insan orqanizmind

arrow Ətraflı
“Türkiyə xalqı “təəssüf ki, Azərbaycana dəstək olduq” deyənləri hakimiyyətə gətirməz" like
  • 19 Apr 21:38  
Siyasət “Türkiyə xalqı “təəssüf ki, Azərbaycana dəstək olduq” deyənləri hakimiyyətə gətirməz"

Türkiyə Azərbaycana işğal altında olan əraziləri azad etməkdə dəstək

arrow Ətraflı
İsrail XİN rəhbərinin Azərbaycana səfəri başa çatıb like
  • 19 Apr 21:33  
Siyasət İsrail XİN rəhbərinin Azərbaycana səfəri başa çatıb

Azərbaycana uğurlu səfərimin sonunda dostum, xarici işlər naziri Ceyhun Ba

arrow Ətraflı
Postancyan: “Zəngəzur əldən getdi…”backend like
  • 19 Apr 21:27  
Siyasət Postancyan: “Zəngəzur əldən getdi…”backend

Yeni tikilən yollardan biri dəhliz olacaq".

arrow Ətraflı
DİQQƏT! Bu qidalar insanda aqressiya yaradır like
  • 19 Apr 21:23  
Digərləri DİQQƏT! Bu qidalar insanda aqressiya yaradır

Bəzi insanlar tərkibində qatqı maddəsi olan qidanı o qədər çox qəbul e

arrow Ətraflı
Azərbaycan öz ərazisində yaşayan erməni sakinlərin reinteqrasiyası prosesində qərarlıdır like
  • 19 Apr 21:17  
Siyasət Azərbaycan öz ərazisində yaşayan erməni sakinlərin reinteqrasiyası prosesində qərarlıdır

Azərbaycan öz ərazisində yaşayan erməni sakinlərin reinteqrasiyası prose

arrow Ətraflı
Ermənistan tərəfi birmənalı olaraq Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etməlidir  XİN like
  • 19 Apr 21:12  
Siyasət Ermənistan tərəfi birmənalı olaraq Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etməlidir XİN

Ermənistan tərəfi birmənalı olaraq Qarabağın Azərbaycan ərazisi olduğu

arrow Ətraflı
Gün ərzində neçə qaşıq şəkər istifadə etmək olar? like
  • 19 Apr 21:07  
Digərləri Gün ərzində neçə qaşıq şəkər istifadə etmək olar?

Şəkər insan sağlamlığına, xüsusən də ümumi ölüm, astma, diş çür�

arrow Ətraflı
Azərbaycanın Rus icması Zabrat qəbiristanlığındakı hadisə ilə bağlı bəyanat yayıb like
  • 19 Apr 21:03  
Digərləri Azərbaycanın Rus icması Zabrat qəbiristanlığındakı hadisə ilə bağlı bəyanat yayıb

Azərbaycanın rus icmasına Zabrat-1 və Balaxanı kəndləri arasında yerlə�

arrow Ətraflı
“Hər kəs öz tərbiyəsini göstərir” like
  • 19 Apr 21:00  
Şou-biznes “Hər kəs öz tərbiyəsini göstərir”

Zəngin teatr ənənələri olan və zaman-zaman Azərbaycan teatr sənətinin f

arrow Ətraflı
ABŞa məxsus pilotsuz kater Hörmüz boğazından keçib like
  • 19 Apr 20:56  
Dünya ABŞa məxsus pilotsuz kater Hörmüz boğazından keçib

ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus pilotsuz kater Hörmüz boğaz�

arrow Ətraflı
Türkiyənin yerli pilotsuz dəniz aparatı ilk dəfə sınaqdan keçirilib like
  • 19 Apr 20:50  
Digərləri Türkiyənin yerli pilotsuz dəniz aparatı ilk dəfə sınaqdan keçirilib

Türkiyənin yerli MIR Pilotsuz Dəniz Vasitəsi (İDA) ilk dəfə sınaqdan ke�

arrow Ətraflı
İrem sevgilisindən ayrıldı like
  • 19 Apr 20:48  
Şou-biznes İrem sevgilisindən ayrıldı

"Yürek çıkmazı" serialında rol alan aktrisa İrem Helvacıoğlu s

arrow Ətraflı
Əfv Komissiyası 100dən artıq müraciətə baxıb like
  • 19 Apr 20:44  
Digərləri Əfv Komissiyası 100dən artıq müraciətə baxıb

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti i

arrow Ətraflı