İştahla yediyimiz kolbasa: İçində ət yoxdursa, nələr var?


Digərləri 17 Apr 2023 07:57:00 160 0

İştahla yediyimiz kolbasa: İçində ət yoxdursa, nələr var?

Əsl kolbasa və sosiska donuz ətindən hazırlanar... Yəqin bu cümləni böyük əksəriyyətiniz eşitmisiniz. Belə bir fikir əsasən də yaşı 40-dan yuxarı olan, daha doğrusu, ömrünün müəyyən hissəsini müstəqillikdən əvvəlki dönəmdə keçirmiş insanların beynində formalaşıb. Donuz ətinin İslamda haram buyurulduğunu dərk etdiyimiz üçün "Halal" etiketli kolbasa və ya sosiska axtaranda hətta o şəxslərin bu cür tənəsinə də məruz qalırıq: "Əşşi, ağzının dadını bilmirsən". Amma kimdir axı o iradlara məhəl qoyan?! Hər əməlimiz haramdan uzaq olduğu kimi, mədəmizin də halallıqla dolmasına can atırıq... Odur ki, ərzaq mağazalarında satıcılardan halal məhsul - mal və quş ətlərindən hazırlanmış kolbasa, sosiska istəyirik. Təbii ki, istədiyimizi də alıb yeyirik. Amma...

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən 57-si kolbasa, 32-si sosiska olmaqla, ümumilikdə 89 adda məhsuldan nümunə götürülərək müvafiq laboratoriyalara təqdim olunması və sınaq nəticəsində 9 məhsuldan götürülən nümunələrin normativ sənədlərin tələblərinə cavab verməməsi barədə məlumat yayıb. O da müəyyən edilib ki, sözügedən ət məhsullarının bəzilərinin üzərində mal ətindən hazırlandığı bəyan edilsə də, tərkibində toyuq DNT-si aşkarlanıb.

Son.az sözügedən məsələ ilə əlaqədar qida ekspertlərindən açıqlama alıb.

"İddia olunur ki, uyğunsuzluq aşkar edilən həmin məhsulların hazırlanmasında donuzun sümüklərindən (üyüdülmüş şəkildə), toyuğun dərisindən və digər müxtəlif çıxıntılardan istifadə edilib. Aydındır ki, burada məqsəd məhsulun maya dəyərinin ucuz başa gəlməsidir. Həmçinin qeyd olunan o kolbasa və sosiskalara oksidləşməyə qarşı rəngləndirici (mal əti təəssüratını yaradan qırmızı rəng) və dadlandırıcı kimyəvi maddələr qatılır", - ekspert Ağa Salamov bildirib.

A.Salamov bildirib ki, işbazların bu addımı yalnız insanların sağlamlığına zərər vurmaq kimi deyil, eyni zamanda istehlakçı hüquqlarına hörmətsizlik, alıcıların aldadılması kimi qiymətləndirilməlidir.

Ekspert onu da vurğulayıb ki, evsayağı hazırlanan kolbasa və sosiskaların nisbətən keyfiyyətli olduğunu düşünür: "Çünki istehsal şirkətlərindən fərqli olaraq, ən azından onların hazırlanmasında kimyəvi qatqılardan istifadə olunmur".

Mövzu ətrafında fikirlərini bölüşən mütəxəssis Seymur Qafarov isə qeyd edib ki, dövlətimiz xalqa "halal məhsul" adı altında kələk gələn sahibkarlara qarşı daha ciddi tədbirlər görməlidir. Qida mütəxəssisi bu yöndə öz təkliflərini irəli sürüb:

"Riskli və xüsusi riskli məhsulların reyestri yaradılmalıdır. Mütəmadi olaraq monitorinqlər aparılmalı, həmin monitorinqlərin nəticəsi olaraq, şirkətlərə bir ulduz və ya nişan verilməlidir. Həmin ulduz (nişan) məhsulun etiketində qeyd olunmalıdır. Məsələn, etiketin üzərində iki ulduz olmalıdır. Onlardan biri gigiyenik qaydalara riayəti, ikincisi isə təhlükəsizlik məqsədilə laborator analizlərin nəticəsini əks etdirməlidir". (publika.az)

Bakıda QƏZA: 2 avtomobil toqquşub, like
  • 17 Apr 07:53  
Digərləri Bakıda QƏZA: 2 avtomobil toqquşub,

Bakının Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər ya

arrow Ətraflı
İranın sonuncu şahının oğlu İsrailə səfər edəcək like
  • 17 Apr 07:28  
Dünya İranın sonuncu şahının oğlu İsrailə səfər edəcək

İranın sonuncu şahının böyük oğlu Reza Pəhləvi yaxın günlərdə İsr

arrow Ətraflı
Qadın sağlamlığının qorunması üçün VACİB MƏSLƏHƏT like
  • 17 Apr 07:23  
Digərləri Qadın sağlamlığının qorunması üçün VACİB MƏSLƏHƏT

Mama-ginekoloq və reproduktoloq Oksana Seliverstova hesab edir ki, qadın sağl

arrow Ətraflı
Türkiyə XİN Sudandakı vətəndaşlarını evlərini tərk etməməyə çağırıb like
  • 17 Apr 07:18  
Dünya Türkiyə XİN Sudandakı vətəndaşlarını evlərini tərk etməməyə çağırıb

Türkiyə Xarici İşlər Nazirliyi Sudanda yaşayan vətəndaşlarını evləri

arrow Ətraflı
Zaur özünü tanınmaz hala saldı  Aparıcının illərdir öyrəşdiyimiz görünüşü like
  • 17 Apr 07:12  
Şou-biznes Zaur özünü tanınmaz hala saldı Aparıcının illərdir öyrəşdiyimiz görünüşü

Zaur Kamal sosial media hesabında etdiyi paylaşımla diqqət mərkəzinə dü�

arrow Ətraflı
İftar süfrəsi üçün hazırlaya bilərsiniz like
  • 17 Apr 06:24  
Digərləri İftar süfrəsi üçün hazırlaya bilərsiniz

Son.az Axşam.az-a istinadən iftar süfrəsi üçün maraqlı reseptlər təqdi

arrow Ətraflı
ABŞ SEPAHa görə 15 milyon dollar mükafat təyin etdi like
  • 17 Apr 05:38  
Dünya ABŞ SEPAHa görə 15 milyon dollar mükafat təyin etdi

ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) maliyyə şəbək

arrow Ətraflı
Bir də evlənmərəm demişdi, amma... like
  • 17 Apr 04:42  
Şou-biznes Bir də evlənmərəm demişdi, amma...

Türkiyəli müğənni Murad Başaran evlənib.

arrow Ətraflı
Paşinyanın rəqibi ABŞa getdi: like
  • 17 Apr 03:37  
Dünya Paşinyanın rəqibi ABŞa getdi:

Ermənistanın Daşnaksütyun Partiyasının Ali Orqanının rəsmi nümayəndə

arrow Ətraflı
Rusiyada miqrantların sayı kəskin azalıb like
  • 17 Apr 02:46  
Dünya Rusiyada miqrantların sayı kəskin azalıb

Rusiyada miqrantların sayı azalıb.

arrow Ətraflı
Dişləri üçün 600 min xərclədi like
  • 17 Apr 01:24  
Şou-biznes Dişləri üçün 600 min xərclədi

Şəxsi həyatı ilə tez-tez gündəmə gələn türkiyəli müğənni Sefo bu

arrow Ətraflı
Rusiya əsas genarallardan birini yenidən cəhbəyə qaytardı like
  • 17 Apr 00:32  
Dünya Rusiya əsas genarallardan birini yenidən cəhbəyə qaytardı

Rusiyanın əsas generallarından biri, Hava Desant Qüvvələrinin komandanı M

arrow Ətraflı