8 Martda gül dükanlarında qiymətlər necə olacaq?


Digərləri 06 Mar 2023 11:14:00 181 0

8 Martda gül dükanlarında qiymətlər necə olacaq?

8 Mart - Beynəlxalq Qadınlar Günü yaxınlaşır. Gül və hədiyyə satılan dükanların önündə hərzamankından fərqli olaraq canlanma müşahidə olunur. Ən çox tələbat isə hər zaman olduğu kimi, təbii güllərədir.

Trend həmin gün qiymətlərin necə olacağı ilə bağlı gül mağazaları arasında sorğu keçirib.

Gül satışı ilə məşğul olan Pərviz Adıgözəlov bildirib ki, 8 mart ərəfəsində müxtəlif növ güllərə tələbat artıb.

"Ən çox tələbat qızılgül və papatyalaradır. Satdığımız güllərin əksəriyyəti ölkəmizdə becərilir. Tələbat artanda Niderlanddan da gül gətirilir. Hazırda qırmızı qızılgülün qiyməti 5-6 manat arasında dəyişir. Digər güllərin qiyməti isə 5 manat təşkil edir. Ötən ilə nisbətən güllərin qiymətində 50 qəpiyə qədər qalxma hiss olunur. Buketlər də güllərin sayına və növünə görə dəyişir. Belə ki, ən ucuz buket 25-manatdan başlayır. Buketə dizayn vermək də qiymətə daxildir. Dibçək güllərinə də maraq az deyil. Dibçəkdə orxideya 30-35, kala gülü isə 35 manata satılır", - satıcı qeyd edib.

Bakının tanınmış gül salonlarında da ən çox satılan güllər arasında qızıl güllərin olduğunu bildirdilər. Qiymətlər 5-7 manat aralığında dəyişir. Ötən ilə nisbətən bahalaşma olmadığı söylənilir. Bahalaşma, əsasən, xaricdən gətirilən güllərin qiymətində müşahidə olunur. Bunun səbəbini isə güllərin xaricdən baha gəldiyi ilə əlaqələndirirlər. Ölkəmizdə becərilən güllərin isə qiymətinin bahalaşmadığı bildirilir. Qızılgülün qiyməti onun boyuna və rənginə görə dəyişir.

Qeyd edək ki, 8 mart Qadınlar Gününün mahiyyətinə və tarixinə gəlincə, bu bayram qadınların kişilərlə bərabər hüquqlu olmaq yolunda verdiyi mübarizənin başladığı tarixdən götürülür. Belə ki, 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil ediblər. Bu hadisələrdən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1957-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq hər il qadın günü olaraq qeyd olunması qərarlaşdırılıb.

Daha sonra Birləşmiş Millətlər Təşkilatı 1975-ci ilin 8 martını ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirdi. İki il sonra isə BMT-nin ümumi qurultayında 8 mart qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edildi. Beynəlxalq Qadınlar Günü, eyni zamanda qadın hüquqlarının genişləndirilməsinin və bugünkü qadının daha azad olmasının tarixi səbəblərinin xatırlanması üçün də xüsusi gündür.

ABŞ və Britaniya Ərdoğana qarşı: like
  • 06 Mar 11:07  
Dünya ABŞ və Britaniya Ərdoğana qarşı:

ABŞ və Britaniya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və U

arrow Ətraflı
Azərbaycanlı bloger 3,8 milyona avtomobil ALIB? like
  • 06 Mar 11:02  
Şou-biznes Azərbaycanlı bloger 3,8 milyona avtomobil ALIB?

Rusiya və MDB ölkələrində məşhurlaşan video bloqer Hüseyn Həsənov dah

arrow Ətraflı
Baş verənlər göstərdi ki, Ermənistan sülh deyil, terror haqqında fikirləşir like
  • 06 Mar 10:55  
Digərləri Baş verənlər göstərdi ki, Ermənistan sülh deyil, terror haqqında fikirləşir

Martın 5-də ermənilərin Xankəndi-Xəlfəli-Turşsu yolunda törətdiyi təx

arrow Ətraflı
Kamaləddin Qafarov: “BMTdə ciddi islahatlar aparılmalıdır” like
  • 06 Mar 10:50  
Siyasət Kamaləddin Qafarov: “BMTdə ciddi islahatlar aparılmalıdır”

"Martın 2-də Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a q

arrow Ətraflı
"Breyn Rinq" yarışmasında maraqlı anlar  "Kapital Bank" "Gəncə" komandasına şans vermədi like
  • 06 Mar 10:47  
Digərləri "Breyn Rinq" yarışmasında maraqlı anlar "Kapital Bank" "Gəncə" komandasına şans vermədi

Martın 5-də İcimai Televiziyanın efirində Azərbaycanın ən böyük və ma

arrow Ətraflı
Ağcabədidə 14 gün ərzində narkotik satan 17 nəfər tutulub like
  • 06 Mar 10:44  
Digərləri Ağcabədidə 14 gün ərzində narkotik satan 17 nəfər tutulub

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının son iki həftə ərzind�

arrow Ətraflı
“WhatsApp”dan ciddi XƏBƏRDARLIQ: like
  • 06 Mar 10:40  
Digərləri “WhatsApp”dan ciddi XƏBƏRDARLIQ:

Bu gündən etibarən bəzi "WhatsApp" istifadəçiləri hesablarını

arrow Ətraflı
Masazır və Digahda qanunsuz tikintinin qarşısı alınıb like
  • 06 Mar 10:29  
Digərləri Masazır və Digahda qanunsuz tikintinin qarşısı alınıb

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlə

arrow Ətraflı
Kapital Bank tərəfindən krediti ödəniləcək müştərilər müəyyən olundu like
  • 06 Mar 10:27  
Digərləri Kapital Bank tərəfindən krediti ödəniləcək müştərilər müəyyən olundu

Xəbər verdiyimiz kimi, Kapital Bank nağd pul krediti götürən müştərilə

arrow Ətraflı
İlham Əliyev Macarıstanın iqtisadi inkişaf nazirini qəbul edib like
  • 06 Mar 10:23  
Siyasət İlham Əliyev Macarıstanın iqtisadi inkişaf nazirini qəbul edib

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
Ordumuzun bölmələri minaatanlardan like
  • 06 Mar 10:21  
Siyasət Ordumuzun bölmələri minaatanlardan

Martın 5-i saat 15:00-dan martın 6-sı saat 03:10-dək Azərbaycan Ordusunun m

arrow Ətraflı
Bankdan kredit götürənlərə şad XƏBƏR like
  • 06 Mar 10:18  
Digərləri Bankdan kredit götürənlərə şad XƏBƏR

Gecikdirilmiş kreditlərə görə borcludan məbləğin illik 5 %-dən artığ�

arrow Ətraflı
Minaya düşərək həlak olan baş leytenant dəfn olunub like
  • 06 Mar 09:56  
Digərləri Minaya düşərək həlak olan baş leytenant dəfn olunub

Martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfi

arrow Ətraflı
Dilarə Anarla aralarındakı “buzları əritdi” like
  • 06 Mar 09:45  
Şou-biznes Dilarə Anarla aralarındakı “buzları əritdi”

Müğənni Dilarə Kazımova stilist Anar Ağakişiyevlə aralarındakı "b

arrow Ətraflı
Visa Azərbaycan bazarında innovasiyaların tətbiqi üçün böyük potensial görür like
  • 06 Mar 09:34  
Digərləri Visa Azərbaycan bazarında innovasiyaların tətbiqi üçün böyük potensial görür

Visa beynəlxalq ödəniş sistemi Azərbaycan bazarında innovasiyaların tətb

arrow Ətraflı