Kamaləddin Qafarov: “BMTdə ciddi islahatlar aparılmalıdır”


Siyasət 06 Mar 2023 10:50:00 207 0

Kamaləddin Qafarov: “BMTdə ciddi islahatlar aparılmalıdır”

"Martın 2-də Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə təşkilatın pandemiya dövründə fəaliyyəti və pandemiyadan sonra qlobal bərpa yönümündə atılacaq addımlar müzakirə edilib. Ölkəmiz daim beynəlxalq müstəvidə təşkilata üzv ölkələrin qanuni maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması istiqamətində effektiv addımlar atıb.  Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində pandemiyaya qarşı qlobal səylərin səfərbər olunması üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərib. Ölkəmiz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürüb və onu həyata keçirib. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edib. Bundan əlavə, Zirvə Toplantısında Prezident İlham Əliyevin təklifinə əsasən 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş, dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası təşkil olunmuşdur. Dövlət başçımızın bu təklifi 150-dən artıq ölkənin dəstəyini almışdı". 

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat  Azərbaycanın Qoşulmama Hərəkatının institusional inkişafına da güclü dəstək verdiyini vurğulayıb:

"Ölkəmiz Qoşulmama Hərəkatının institusional inkişafının təmin olunması məqsədilə mütəmadi olaraq önəmli təşəbbüslərlə çıxış edib. Azərbaycanın təşəbbüsü ilə təşkilatın Parlament Şəbəkəsi yaradıldı və ilk dəfə bu təsisatın "Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi" mövzusuna həsr olunan konfransı 2022-ci ilin iyun ayının 30-da Bakıda, Heydər Əliyev Mərkəzində keçirildi. 2022-ci ilin iyulunda isə Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradıldı. Təşkilatın daimi katibliyinin də Bakıda yerləşəcəyinə dair qərar qəbul olundu. Hər iki tədbir təşkilatın institusional inkişafı üçün vaxtında atılmış məqsədyönlü addımlardır. Azərbaycanın irəli sürdüyü və təşkilata üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs də ABŞ-da, Nyu-York şəhərində Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır.Bütün bu təşəbbüslər Azərbaycanın həm Qoşulmama Hərəkatı daxilində, həm də beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə, nüfuzunun daha artmasına xidmət etmişdir".

K.Qafarov Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının səmərəsiz fəaliyyətinə dair səsləndirdiyi fikirlərin dünya dövlətlərinə ünvanlanmış ciddi mesaj olduğunu vurğulayaraq  deyib:

"Təmas Qrupunun Zirvə görüşündə etdiyi çıxışında  Prezidentimiz  İlham Əliyev son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturasının hazırda köklü dəyişikliklərlə üzləşdiyini vurğuladı. Ölkələr və xalqlar suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilənın artması halları ilə getdikcə daha çox rastlaşırlar. Dövlət başçımızın dediyi kimi, aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da onların icrasında selektiv yanaşma və ikili standartlar tətbiq edilir. Buna bariz misal olaraq BMT Təhlükəsizlik Şurasının səmərəsiz fəaliyyətini göstərmək olar.  2020-ci ilin sentyabr ayında ermənilərin növbəti təxribatına cavab olaraq Ali Baş Komandan İlham Əliyevin əmri ilə başlanmış Vətən müharibəsi 44 günə Azərbaycanın tam və qəti Qələbəsi ilə başa çatdı. Şanlı Ordumuz öz canı, qanı bahasına həm ölkənin ərazi bütövlüyünü bərpa etdi, həm də BMT Qətnamələrinin icrasını həyata keçirdi. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, dünya düzəninin yenidən formalaşmasında daha fəal iştirak etməlidir. Dövlət başçımızın BMT Təhlükəsizlik Şurasının müasir dünyadakı reallıqları əks etdirmədiyi və  bu qurumun tərkibinin genişləndirilməsinin vacibliyi, o cümlədən bir daimi yerin Qoşulmama Hərəkatına verilməsinin zəruriliyi və təşkilata üzv ölkələrin bu məsələ ilə bağlı məsləhətləşmələrə başlayaraq öz fikirlərini BMT-yə təqdim etməli olduqları barədə dedikləri isə bütün dünya dövlətlərinə ünvanlanmış ciddi mesajdır".

"Breyn Rinq" yarışmasında maraqlı anlar  "Kapital Bank" "Gəncə" komandasına şans vermədi like
  • 06 Mar 10:47  
Digərləri "Breyn Rinq" yarışmasında maraqlı anlar "Kapital Bank" "Gəncə" komandasına şans vermədi

Martın 5-də İcimai Televiziyanın efirində Azərbaycanın ən böyük və ma

arrow Ətraflı
Ağcabədidə 14 gün ərzində narkotik satan 17 nəfər tutulub like
  • 06 Mar 10:44  
Digərləri Ağcabədidə 14 gün ərzində narkotik satan 17 nəfər tutulub

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının son iki həftə ərzind�

arrow Ətraflı
“WhatsApp”dan ciddi XƏBƏRDARLIQ: like
  • 06 Mar 10:40  
Digərləri “WhatsApp”dan ciddi XƏBƏRDARLIQ:

Bu gündən etibarən bəzi "WhatsApp" istifadəçiləri hesablarını

arrow Ətraflı
Masazır və Digahda qanunsuz tikintinin qarşısı alınıb like
  • 06 Mar 10:29  
Digərləri Masazır və Digahda qanunsuz tikintinin qarşısı alınıb

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlə

arrow Ətraflı
Kapital Bank tərəfindən krediti ödəniləcək müştərilər müəyyən olundu like
  • 06 Mar 10:27  
Digərləri Kapital Bank tərəfindən krediti ödəniləcək müştərilər müəyyən olundu

Xəbər verdiyimiz kimi, Kapital Bank nağd pul krediti götürən müştərilə

arrow Ətraflı
İlham Əliyev Macarıstanın iqtisadi inkişaf nazirini qəbul edib like
  • 06 Mar 10:23  
Siyasət İlham Əliyev Macarıstanın iqtisadi inkişaf nazirini qəbul edib

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
Ordumuzun bölmələri minaatanlardan like
  • 06 Mar 10:21  
Siyasət Ordumuzun bölmələri minaatanlardan

Martın 5-i saat 15:00-dan martın 6-sı saat 03:10-dək Azərbaycan Ordusunun m

arrow Ətraflı
Bankdan kredit götürənlərə şad XƏBƏR like
  • 06 Mar 10:18  
Digərləri Bankdan kredit götürənlərə şad XƏBƏR

Gecikdirilmiş kreditlərə görə borcludan məbləğin illik 5 %-dən artığ�

arrow Ətraflı
Minaya düşərək həlak olan baş leytenant dəfn olunub like
  • 06 Mar 09:56  
Digərləri Minaya düşərək həlak olan baş leytenant dəfn olunub

Martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfi

arrow Ətraflı
Dilarə Anarla aralarındakı “buzları əritdi” like
  • 06 Mar 09:45  
Şou-biznes Dilarə Anarla aralarındakı “buzları əritdi”

Müğənni Dilarə Kazımova stilist Anar Ağakişiyevlə aralarındakı "b

arrow Ətraflı
Visa Azərbaycan bazarında innovasiyaların tətbiqi üçün böyük potensial görür like
  • 06 Mar 09:34  
Digərləri Visa Azərbaycan bazarında innovasiyaların tətbiqi üçün böyük potensial görür

Visa beynəlxalq ödəniş sistemi Azərbaycan bazarında innovasiyaların tətb

arrow Ətraflı
Kürdəmirdə ailə faciəsi like
  • 06 Mar 09:32  
Digərləri Kürdəmirdə ailə faciəsi

Kürdəmirdə iki bacının ölümü ilə nəticələnən bədbəxt hadisə baş

arrow Ətraflı
Suqovuşanda məktəbin tikintisi tam yekunlaşıb like
  • 06 Mar 09:21  
Digərləri Suqovuşanda məktəbin tikintisi tam yekunlaşıb

Suqovuşanda 144 şagird yerlik kənd məktəbinin tikinti işləri tamamilə bi

arrow Ətraflı
Dünənki atışmada dəhşətli fakt: like
  • 06 Mar 09:10  
Siyasət Dünənki atışmada dəhşətli fakt:

Hələ yanvar ayında qazi, ehtiyatda olan polkovnik, Birinci Qarabağ müharib�

arrow Ətraflı
Sülhməramlılara aid avtomobil like
  • 06 Mar 09:03  
Siyasət Sülhməramlılara aid avtomobil

Rusiya sülhməramlı kontingentinə məxsus avtomobilin Laçın yolundan maneə

arrow Ətraflı