Tonlarla yumurta satışdan yığışdırılır Alıcılara


Digərləri 03 Dek 2022 23:25:00 120 0

Tonlarla yumurta satışdan yığışdırılır  Alıcılara

Avropanın bir sıra ölklərində satışdan tonlarla toyuq yumurtası çıxarılır.

Medicina.az xəbər verir ki, buna səbəb yumurtaların tərkibində kimyəvi maddənin olmasıdır. Məlumata görə, tərkibində fipronil adlı kimyəvi maddənin olduğu yumurtalar Almaniya, Belçika və Danimarkada vitrinlərdən yığışdırılıb. Alıcılara fipronilli yumurtanın qaraciyər, böyrəklər və qalxanabənzər vəz üçün ziyanlı olduğu barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, quşçuluq fermalarında istehsal olunan yumurtanın tərkibində kimyəvi maddə fipronil varsa, o, istifadə üçün zərərlidir. Fipronil gəmirici-parazitlər üçün istifadə olunan kimyəvi maddədir. Onun heyvandarlıqda istifadəsi qadağandır.