Naxçıvanın yeni rəhbəri: Kefə görə tətbiq edilən qadağalar...


Digərləri 27 Dek 2022 13:31:00 550 0

Naxçıvanın yeni rəhbəri: Kefə görə tətbiq edilən qadağalar...

Naxçıvanda qanundan kənar, kiminsə kefinə görə tətbiq edilən qadağaların hamısı ləğv olunacaq.

Son.az xəbər verir ki, bu sözləri Naxçıvana yeni təyin edilmiş Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfli Real TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, Naxçıvandakı problemlər araşdırılır, Prezidentin tövsiyələrinə uyğun şəkildə məsələlərin həllinə çalışılır:

"Prezidentin tapşırıqları çoxdur. Onların qısa müddətdə həll edilməsi mümkün deyil, bir az vaxt lazımdır".

Xüsusi nümayəndə bildirib ki, Ali Məclis öz fəaliyyətini davam etdirəcək: "Məclis qanunverici orqan, Xüsusi nümayəndəlik isə icra orqanı kimi fəaliyyət göstərəcək".

Daha ətraflı aşağıdakı linkdə:

Son.az