Şamaxıda müəllim şagirdi döyüb? VİDEO


Digərləri 03 Dek 2022 15:50:00 116 0

Şamaxıda müəllim şagirdi döyüb?  VİDEO

Şamaxıda 7-ci sinif şagirdinin tarix müəllimi Təranə Əsgərova tərəfindən döyüldüyü iddia edilir.

Son.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, məktəbli iddia edib ki, tənəffüs zamanı sinif yoldaşı ilə birlikdə sinifdəki şkafa girdiyinə görə döyülüb.

Hadisədən xəbər tutan şagirdin anası məktəbə gedib. Valideyn müəllimin üzr istəməsini tələb edib. İddia edilir ki, direktor otağında valideynlə müəllim arasında mübahisə yaşanıb.

Şagirdi döydüyü iddia edilən müəllimə Təranə Əsgərova isə deyilənlərin yalan olduğunu bildirib. O, şagirdinə qarşı şiddət göstərmədiyini dilə gətirib.

Məsələyə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsi münasibət bildirib.

Bildirilib ki, təhsil ocağında baş verdiyi iddia edilən xoşagəlməz hadisənin təfərrüatlarına aydınlıq gətirildikdən sonra məsləyə hüquqi qiymət veriləcək.