Məktəb avtobusları təşkil ediləcək


Digərləri 27 Noy 2022 03:28:00 127 0

Məktəb avtobusları təşkil ediləcək

Yol xəritəmizdə məktəb avtobusları var, istəyirik uşaqlar dərsə rahat getsin. Gələn həftələrdən isə bağçalar isti qida ilə təmin olunacaq.

Son.az Xəzər TV-yə istinadən bildirir ki, elm və təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, 300 məktəbdə şagird davranış qaydaları tətbiq ediləcək.

Emin Əmrullayev məktəblərdə tənəffüs müddətlərinin qısa olmasının səbəbini də açıqlayıb. Nazir qeyd edib ki, tənəffüs vaxtlarının müəyyənləşdirilməsi məktəblərin ixtiyarına buraxılmalıdır.

Nazir səs yazısı yayılan direktorların bir məktəbdən digərinə təyin edilməsi məsələsinə də münasibət bildirib.

Emin Əmrullayev təhsil müəssisələrin istilik təminatı ilə bağlı vəziyyətdən də danışıb. Nazir bildirib ki, nasazlıq çıxa bilər və dərhal aradan qaldırılması istiqamətində addımlar atılır.

Məktəbəqədər təhsil məsələlərinə xüsusi diqqət yetirldiyini deyən nazir əlavə edib ki, gələn həftələrdən bağçalar isti qida ilə təmin olunacaq.