Meyvə və tərəvəz qabıqlarını atmayın Banan pilinqi, təbii ətir...


Digərləri 01 Okt 2022 19:15:00 90 0

Meyvə və tərəvəz qabıqlarını atmayın  Banan pilinqi, təbii ətir...

Hər gün zibil qutusuna atdığımız meyvə və tərəvəz qabıqları, üz təmizliyindən otaqdan gələn pis qoxuların qarşısını almağa qədər bir çox faydalı məqsədlər üçün istifadə edilə bilər.

Medicina.az meyvə və tərəvəz qabıqlarının faydalarını təqdim edir:

Qarpız qabığı - üz dərisindəki ləkələri təmizləyir.

Banan qabığının üzərinə şəkər tozu töküb dərinizə çəksəniz pilinq təsiri yaradar. Bundan əlavə olaraq həşərat dişlədikdə və allergiya olduğunuz zaman bu meyvənin qabığından istifadə edə bilərsiniz.

Kartof qabığı -gözaltı şişkinliklərinizi aparmaq üçün istifadə edə bilərsiniz.