"Bu da ölkənin enerji təhlükəsizliyi üçün əhəmiyyət kəsb edir"


Digərləri 01 Okt 2022 15:00:00 96 0

"Bu da ölkənin enerji təhlükəsizliyi üçün əhəmiyyət kəsb edir"

Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) Bolqarıstan və onun tərəfdaşları üçün sərfəli qaz qiymətlərini təmin edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Bolqarıstanın baş naziri Qalab Donev Sofiyada keçirilən IGB-nin açılış mərasimində deyib.

"IGB-nin kommersiya istismarı bu gün başlayıb. Yeni qaz kəməri bütün daxili istehlakı ödəmək üçün kifayət qədər buraxılış qabiliyyətinə malikdir. Bundan əlavə, IGB Bolqarıstana təbii qazın tədarük mənbələrinin və marşrutlarının şaxələndirilməsini təmin edəcək ki, bu da ölkənin enerji təhlükəsizliyi üçün əhəmiyyət kəsb edir", - deyə o bildirib.

Q.Donev qeyd edib ki, Yunanıstan və Bolqarıstan üçün IGB təkcə kommersiya əməkdaşlığına dair saziş deyil, həm də məsuliyyət və həmrəyliyin sübutudur.

"İnterkonnektor təkcə Bolqarıstan üçün təbii qaz tədarükünün mənbələrini və marşrutlarını şaxələndirməyəcək, həm də təbii qazın Yunanıstandan Rumıniya, Moldova, Ukrayna və Mərkəzi Avropaya nəqlinə imkan verəcək. Bununla belə, IGB-nin potensialı Aleksandropolis yaxınlığındakı mayeləşdirilmiş təbii qaz terminalının gələn ilin sonuna gözlənilən istifadəyə verilməsi ilə daha da aydınlaşacaq ki, bu da beynəlxalq bazarda mayeləşdirilmiş təbii qazın müxtəlif tədarük mənbələrinə əlavə çıxışı təmin edəcək", - baş nazir deyib.