Bakıda avtomobil 8 yaşlı


Digərləri 01 Okt 2022 08:52:00 108 0

Bakıda avtomobil 8 yaşlı

Bakının Nəsimi rayonunda 8 yaşlı uşaq yol-nəqliyyat hadisəsində xəsarət alıb.

Son.az "Report"a istinadən bildirir ki, 2014-cü il təvəllüdlü Həsənov Yusif İqbal oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.