Azərbaycanda bu institut


Digərləri 01 Okt 2022 08:07:00 92 0

Azərbaycanda bu institut

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturu təsdiq edilib.

Nazirlər Kabinetinin "Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında" qərarında 22 elmi müəssisənin adı var.

Bu siyahıda Elm Tarixi İnstitutunun adı yer almayıb.

Qeyd edək ki, Elm Tarixi İnstitutunun yaradılması barədə qərarı AMEA Rəyasət Heyəti 2014-cü il 27 fevral tarixində verilmişdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2015-ci il tarixli 363 nömrəli "Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında" qərarına müvafiq olaraq AMEA-nın strukturunda Elm Tarixi İnstitutu yaradılmış, 25 may 2016-cı il tarixli 8/3 saylı qərarı ilə isə AMEA-nın Elm Tarixi İnstitutunun strukturu təsdiq edilmişdi.