Ac mədəylə yatmaq yırtıq əmələ gətirir


Digərləri 22 Sen 2022 22:30:00 106 0

Ac mədəylə yatmaq yırtıq əmələ gətirir

Acqarına yatağa girənlər sağlamlıqlarına zərər vurur.

Son.az medicina.az-a istinadən bildirir ki, bu barədə endokrinoloq Yekaterina Krivçova danışıb.

O bildirib ki, ac və boş mədəylə yatmaq yırtıq yaranması təhlükəsi yaradır.

"Söhbət diafraqmal, mədəarxası yırtıqdan gedir. Ac mədəylə yatmaq həm yırtıq, həm qida borusunun iltihabı, həm də apnoeyə səbəb olur.

Yaxşı olar ki, yuxuya gedəcəyiniz vaxtdan 3-4 saat əvvəl yemək yeyəsiz.

Acqarına yatdıqda insulin dirənçi, reflüks, qida borusu yırtığına səbəb olur.