Dəhşət! FHNin polkovniki bu qədər qadınla münasibətdə olub


Digərləri 18 Avq 2022 13:00:00 243 0

Dəhşət! FHNin polkovniki bu qədər qadınla münasibətdə olub

"Qadında cəsarət, cürət, mənlik olmalıdır. Bu keyfiyyətlər də hər qadında yoxdur. Kişi onlara ilk dəfə əl atanda şikayət edə bilərdilər. Bəlkə, yaxşı pul qazandıqlarına görə işdən çıxmaq istəməyiblər. Amma həmin o anda qadın kişini məhkəməyə verməli, yığışıb bir yerdə ondan şikayət edə bilərdilər. Deyirlər, 12 qadındır. Şikayət etsəydilər, bu məsələ də ortalığa çıxmazdı". 

Son.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a hüquq müdafiəçisi Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu FHN-də baş verən intim video qalmaqalını şərh edərkən deyib.

O, bildirib ki, ilk növbədə, bu, çox çirkin məsələdir: "Bu gün bu millətin qazi, qiymət artımı  və s. mühüm dərdləri qurtarıb, bu məsələni  ortalığa atıblar. Kim atıbsa, Allah ona lənət eləsin! Cəmiyyət bu çirkin əməli müzakirə edir. 

Bu ölkədə Azərbaycan millətinə məxsus olmayan şeylər baş alıb gedir. Onu yayanın da ata-anasına lənət olsun! Bunu uşaq, qadın, kişi izləyir. Düzdür, qadınlar ləyaqətsizlik edib. Bunu da hər kəsin ayağına yazmaq olmaz. Hər ailə bir-birinə oxşamır. Bu başqalarının da ailəsində problemlərə gətirib çıxarda bilər. Nəticədə də qadın alçalır. Videodakı polkovnikə mən kişi deyə bilmərəm. O, çox ləyaqətsiz və vəhşidir".  

Novella Cəfəroğlu bu məsələdə qadınların şantaj olunma ehtimallarını yüksək olduğunu da diqqətə çatdırıb:

"Əgər, həmin kişi videonu çəkib kiməsə göstərirsə, deməli, bu qadınları şantaj edirmiş. Bu ləyaqətsizin qadınları şantaj etməsi ehtimalı yüksəkdir. Hər bir müəssisədə nəsə çatışmazlıqlar ola bilər. Qadınları şantaj edərək  bu hərəkətə boyun əydirib. Hər şey ola bilər. Amma bunu ictimailəşdirmək olmaz. Bunu təhlüksəzilik orqanları tapmalıdır".