“Fitch” Ukraynanın reytinqini yüksəldib


Digərləri 18 Avq 2022 08:22:00 84 0

“Fitch” Ukraynanın reytinqini yüksəldib

"Fitch" beynəlxalq reytinq agentliyi Ukraynanın xarici valyutada uzunmüddətli emitentin defolt reytinqini "RD"dən "CC"-yə yüksəldib.

Son.az "Report"a istinadən bildirir ki, kredit reytinqinin yüksəldilməsi Ukraynanın avrobond sahiblərinin xarici borcun restrukturizasiyasına razılıq verməsi ilə bağlıdır.

Agentliyin analitiklərinin fikrincə, bu, problemli borcların mübadiləsinin tamamlanmasını və məhdud defoltun aradan qaldırılmasını göstərir.