Müstəqillik Günü ilə əlaqədar dərs günləri belə olacaq


Digərləri 25 May 2022 18:52:00 129 0

Müstəqillik Günü ilə əlaqədar dərs günləri belə olacaq

28 May - Müstəqillik Günü ilə əlaqədar olaraq, beşgünlük iş rejimində çalışan məktəbəqədər və ümumi təhsil müəssisələrində mayın 27-si həftənin son iş (dərs) günüdür. Bayramdan sonrakı ilk iş (dərs) günü mayın 31-dir.

Təhsil Nazirliyindən verilən məlumata görə, altıgünlük iş rejimində fəaliyyət göstərən məktəbəqədər və ümumi təhsil müəssisələrində də mayın 27-si həftənin son iş (dərs) günüdür. Bayramdan sonrakı ilk iş (dərs) günü isə mayın 30-u müəyyən olunub.