Myasnikov yeni ştamların yaranma səbəblərindən danışdı


Digərləri 23 Yan 2022 23:10:00 139 0

Myasnikov yeni ştamların yaranma səbəblərindən danışdı

Həkim Aleksandr Myasnikov immun çatışmazlığı olan xəstələri COVID-19-un yeni ştamlarının əsas mənbəyi adlandırıb.

Son.az xəbər verir ki, həkim bu barədə "Rossiya-1" kanalında yayımlanan "О самом главном" verilişinin efirində danışıb. 

Mütəxəssis qeyd edib ki, COVID-19-un bütün yeni variantları xaricdən gətirilmir. Onun sözlərinə görə, mutasiyaların əsas mənbəyi koronavirusa yoluxmuş immun çatışmazlığı olan xəstələrdir. Myasnikov bu qrup insanları yeni virusların "inkubatorları" adlandırıb. 

"Çünki koronavirusun normal mutasiyası illər çəkir, immun çatışmazlığı olan xəstələrin daxilində isə əksinə. Bu, sübut olunub. Belə xəstələr var. Kembricdə limfomalı bir xəstə var idi, onlar orada yüzlərlə mutasiyalar tapıblar", - həkim izah edib.