Koviddən sonra başımı itirmişəm, aqressiv olmuşam Məşhur aktrisa


Digərləri 14 Yan 2022 21:35:00 152 0

Koviddən sonra başımı itirmişəm, aqressiv olmuşam  Məşhur aktrisa

Rusiyanın tanınmış aktrisası Larisa Quzeeva 2021-ci ilin oktyabrında kovid keçirib. O, sağalandan sonra psixikasında, xasiyyətində dəyişiklik olduğunu bildirib.

Son.az xəbər verir ki, o ətrafdakılara qarşı qarşısı alınmaz aqressiv davranmağa başlayıb.

"Koviddən sonra başımda "kukuşkadır". Birdən-birə hirslənirəm, özümdən çıxıram. İşdə özümü güclə tuturam, evdə isə mümkün deyil. Ailədə məni anlayırlar, qəzəb tutmaları məndən asılı deyil. Bu kovidin günahıdır".

Aparıcı koviddən sonra yaddaşında da problemlər yarandığını bildirib. "Mən danışıram, nə danışdığımı, nə demək istədiyimi unuduram". /medicina.az