BDUnun 10dan çox qrupu distant təhsilə keçib


Digərləri 29 Noy 2021 14:48:00 133 0

BDUnun 10dan çox qrupu distant təhsilə keçib

Bakı Dövlət Universitetinin (BDU) ümumilikdə 11 qrupu COVID-19 virusuna görə distant təhsilə keçib.

Bu barədə Trend-ə BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva məlumat verib.

O bildirib ki, həmin qruplar Kimya, Fizika və Hüquq fakültələrindədir.

"İki həftəlik karantin müddəti başa çatdıqdan sonra həmin qruplar yenidən əyani tədrisə keçəcək. Müəllimlər arasında isə koronavirusa yoluxma halı baş verməyib" - deyə, Günel Orucəliyeva əlavə edib.

BDU-da təhsil alan xarici tələbələrin əyani tədrisə cəlb olunmasına gəlincə isə qurum rəsmisi qeyd edib ki, bütün xarici tələbələr ölkəyə gəlib: