Məktəb intihar etdiyi deyilən şagirdlə bağlı açıqlama verib


Digərləri 25 Okt 2021 21:54:00 120 0

Məktəb intihar etdiyi deyilən şagirdlə bağlı açıqlama verib

Bakı şəhəri 311 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, 10 a sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) dərsdən yayınmaq üçün II mərtəbənin pəncərəsindən aşağı tullanıb.

Son.az xəbər verir ki, bBu barədə məktəbdən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Hadisə nəticəsində şagirdin qaşı partlayıb.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili yardım çağırılıb, şagirdin valideyninə məlumat verilib.